Həcdə cəzaya səbəb olan hallar
Cəzaya səbəb olan hallar dörd yerə ayrılır: Bunlar aşağıdakılardır:
1- İri buynuzlu (dəvə və ya mal) kəsməyə səbəb olanlar.
2- Xırda buynuzlu (qoyun və ya keçi) kəsməyə səbəb olanlar.
3- Sədəqə verməyə səbəb olanlar. (Fitrə miqdarı)
4- Əvəzini ödəməyə səbəb olanlar.
İri buynuzlu (dəvə və ya mal) kəsməyə səbəb olanlar:
1- Ərəfat vaqfəsindən sonra və ziyarət təvafından əvvəl cima (cinsi əlaqə) etmək. (Ərəfatda qalmadan əvvəl olarsa həcci pozular)
2- Ziyarət təvafını cünub (qüslsüz) olaraq etmək.
3- Xırda buynuzlu (qoyun və ya keçi) kəsməyə səbəb olanlar:
4- Qudum və ya vida təvafını cünub olaraq etmək.
5- Bir üzvün tamamına ətir vurmaq.
6- Saçına yağ sürtmək və ya xına yaxmaq.
7- Tikişli paltarı tam bir gün geyinmək.
8- Başını bir şeylə örtmək.
9- Təraş olmaq.
10- Qoltuq və ya üz tüklərini və yaxud boynundakı tükləri qopartmaq.
11- Dırnaq kəsmək.
12- Həccin vaciblərindən birini tərk etmək və ya vaxtında etməmək.
Fitrə miqdarı sədəqə verməyə səbəb olanlar:
1- Bir üzvdən az bir yerə ətir vurmaq.
2- Bir gündən az paltar geyinmək.
3- Başın və ya saqqalın dörddə birindən daha azını təraş etmək.
4- Bir dırnaq kəsmək.
5- Qudum və ya vida təvafını dəstəmazsız etmək.
6- Vida təvafından bir şavtı tərk etmək.
7- Cəmrələrdə atılan daşlardan birini əskik atmaq.
8- Başqasını təraş etmək və başqasının dırnağını kəsmək.
Fitrə miqdarından az sədəqə verməyə səbəb olanlar:
Bit və ya çəyirtkə öldürmək.
Əvəzini ödəməyə səbəb olanlar:
Ov heyvanını öldürmək. Ayrıca, Hərəmin kəsilməsi haram olan bitkilərini kəsmək.