Həccin ədəbləri
Həccin ədəbləri bunlardır:
1- Həcc səfəri üçün dininə, elminə etibar edilən saleh şəxslərlə məsləhətləşmək.
2- Xüsusilə həcc səfəri əsnasında göstərişdən çəkinmək.
3- Varsa qul borcunu və qul haqqını ödəyərək onlarla halallaşmaq.
4- Tanışları ilə, dostları ilə halallaşıb onların dualarını istəmək.
5- Küsülü olduğu müsəlmanla barışmaq.
6- Bir şeyi başqası görsün, başqası eşitsin deyə etməkdən, öyünməkdən çəkinmək.
7- Şübhəli olmayan tam halal pul ilə həccə getmək.
8- Həccə gedərkən din və dünya işlərində köməkçi ola biləcək yoldaşlar tapmaq.
9- Ailə üzvlərinin ehtiyaclarını qüsursuz təmin edib getmək.
10- Xüsusilə həcc səfərində Allahu təaladan çox qorxmaq.
11- Allahu təalanın adını çox zikr etmək.
12- Hirslənməməyə diqqət etmək, təmkinli olmağa çalışmaq.
13- Lazımsız söhbətləri və boş şeyləri tərk etməyə çalışmaq.
14- Həclə bağlı xüsusları yaxşı öyrənmək.
15- Həcc əsnasında alış-veriş və ticarət etməkdən uzaq qalmağa çalışmaq.
16- Cümə axşamı günü çıxa bilməzsə, Bazar ertəsi günü yola çıxmaq.
17- Hər zaman dəstəmazlı olmağa səy göstərmək.
18- Evindən çıxmadan əvvəl iki rəkat nafilə namaz qılmaq.
19- Həcc və ya umrədən qayıdanda iki rəkat nafilə namaz qılmaq. [Qəza borcu olanın qəza qılmalıdır]
Seyid Abdülhakim Arvasi həzrətləri buyurur ki:
Hərəmi-şərifə girərkən sədəqə vermək lazımdır. (Mümkün olduğu qədər hər kasıba)
Səfa və Mərvə təpələrinin ortasına qədər çıxmaq lazımdır.
Rəsulullah (sallallahu aleyhi və səlləm) əfəndimizə salam sırası belə olmalıdır:
Əssələmü aleykə, ya Rəsulallah.
Əssələmü aleykə, ya Nəbiyallah.
Əssələmü aleykə, ya Habiballah.