Məcusinin (atəşpərəst) yeməyi və zülmət
Sual: Hindli Məcusi birisinin yeməyini yeyincə məndə narahatlıq olur.  Kafirlərin yeməyində zülmət vardır? Belə müsəlman olmayanla yoldaşlıq etməkdə zərər vardır?
CAVAB
Bəli, zülmətə səbəb olar. Məqamati mazhəriyyəkəramət qismində deyilir ki:
Qulam Həsəni görəndə, “Kafir yeməyi yemisən. Qəlbində küfr zülməti hasil olmuşdur”  buyurdu. Qulam, “Bəli, Hindunun verdiyini yedim” dedi. Küfr və haram əlamətləri olan yeməklər qəlbi qaraldır. (S. Əbədiyyə)
Haram yollardan əldə edilən qazanclar xəbis və bərəkətsiz olur. Sonu dünyada da axirətdə də zərər və ziyan olar. Bidətlərin və günahların zülmətləri qəlbləri qaraldıb yaddaşları zəiflədər. (F. Bilgilər)
Bidət əhliylə, fasiqlərlə, kafirlərlə və məzhəbsizlərlə yoldaşlıq edənlərin qəlblərində ixlas qalmaz. Zülmət hasil olar. Silsiləyi-aliyyə böyüklərindən Seyid Nur, “Küçədə fasiqlərlə qarşılaşmaq  qəlbdə zülmət hasil edər”  buyurur. (S. Əbədiyyə)
Allahu təala, “Ya Davud, məni sevməkdə sənə tabe olmayanla yoldaşlıq etmə! Çünki onlar sənin düşmənindir, qəlbini qaraldar və səni məndən uzaqlaşdırmağa çalışar”  buyurdu. (İ. Qəzali)