Limonad və kola içmək
Sual: Bəzi qurumlar bəzi limonad və kolalarda spirt olduğunu təsbit etmişdir. Spirtin damcısı da haram olduğuna görə belə içkiləri içmək haram deyilmi?
CAVAB
Limonadlardakı spirtin olması yeni deyildir. Bunu bəlli bir zamana gətirmələri məqsədlidir. Məqsədləri, “Baxın Müsəlmanlar şirə belə içmirlər” sözünü yaymaq və bu vəsilə ilə “Bax, Müsəlmanlıq budur, baxın Müsəlmanlar nə hala gəlmişlər” dedirdə bilməkdir. Bəlkə də bəzi provokatorlar çıxıb, “Rədd olsun spirtli limonadlar” şüarı ilə etirazlar edə bilərlər. Müsəlmanların bu fitnəyə, Müsəlmanlığın pislənməsinə alət olmamaları lazımdır.
Şərab, araq kimi spirtli içkilərin damcısı da haramdır. Lakin, içki olaraq deyil, başqa səbəblərlə olan spirtlər bu hökmə daxil deyildir.
Bir neçə örnək verək:
1- Təzə sirkələrdə spirtin olduğu qəti olaraq təsbit edilmişdir. Amma bu spirtli bir içki olmayıb sirkə olduğu üçün içilməsi haram edilməmişdir. Şərabdan hazırlanan sirkənin fəziləti hədisi-şəriflərlə də  mədh edilmişdir.
2-  Xəmirdə, yəni çörəklərdə də spirtin olduğu bu gün qəti olaraq təsbit edilmişdir. Amma Peyğəmbər əfəndimiz çörək yeməyi qadağan etməmişdir.
3- Portağal və digər meyvələrdəki spirtin nisbəti limonadda da olandan az deyildir. Amma dinimiz içində spirt olduğu halda meyvə yeməyi haram etməmişdir. 
4- Dərmanları və qoxuları islah üçün içlərinə qoyulan nəcis mayelər (spirt kimi mayelər) əfv edilmişdir. (İslam Əxlaqı, Ey Oğul Elmihalı qismi)
5- S. Əbədiyyədə deyilir ki: Şafidə nəcis mayedən (məsələn spirti) dərman və ətriyyatın  islahı üçün istifadə edilməsi əfv edilmişdir.  (Məzahibi-ərbəa, Əl-mafüvat)
6- Nəcis olan maye, məsələn spirt, dərman, qoxu kimi şeylərə qarışdırılanda, qarışım təmiz olar. Bunun üçün yod və odekolon hənəfidə təmizdir.  (İslam Əxlaqı)
(Odekolon, yod içilməz amma, paltara töküləndə onunla namaz qılmaq caizdir. Təmizləmək əlbəttə daha yaxşıdır.)
Nəcis yağlardan sabun hazırlananda, şərap sirkə olanda təmiz olar. Bütün kimyəvi dəyişmələr belədir. (Rədd-ül muxtar, Taxtavi, Mənahic-ül-ibad, S. Əbədiyyə)
Limonad məsələsini mərhum xocamızdan da soruşmuşdum. Xocamız, din alimi olmağın yanında kimya elmini də yaxşı bilən bir kimyagər idi. “Ətri spirtlə əridib limonada qoyurlar. İçmək caizdirmi?”  deyə soruşmuşdum. Bir qövlə görə içməyin caiz olduğunu, axır zamanda zəif sözlə belə əməl etməyin, qüvvətli sözlə əməl etmək kimi səhih olduğunu bildirmişdilər. İçinə ətir qoyulan içkilərin, limonadların hamısında az da olsa spirt mövcuddur. Limonad kimi bu cür içkilərdə ətri əritmək üçün istifadə edilən bu spirt əfv edilmişdir, belə içkiləri içmək caizdir.
Çoxu sərxoş etməzsə
Sual: “Çoxu sərxoş edənin azı haramdır, qaydası var. Bu qaydaya görə içkilərin, kolanın içində olsa da, çox içiləndə sərxoş etmədikləri üçün, içilməsi caiz olar” deyilir. Məsələn, yeməyə və ya bir qab suya az bir miqdar şərab qoyulsa, bunların çoxu sərxoş etmədiyi üçün, o suyu və ya o yeməyi bu qaydaya görə yeyib-içmək caiz olar?
CAVAB        
Caiz olmaz. Su da yemək də nəcis olar.  Din kitablarında  deyilir ki:
Bir damcı şərab içən də cəzalandırılır. Şərabın bir damcısı da haramdır. Spirt də, şərab kimi qaba nəcisdir. İçilməsi haramdır. (Hidayə)
İçkilərə xüsusi olaraq spirt qoyulmur. Ətri əritmək üçün qoyulur. Din kitablarında, dərmanları və qoxuları islah üçün içlərinə qoyulan nəcis mayenin (spirtin) əfv edildiyi bildirilmişdir. (İslam Əxlaqı)
Kolaların sirri açıqlanmışdır
Sual: Spirtli limonad vəziyyətindən sonra, indi də kolaların sirrinin açıqlandığı və Cochinəal  deyə bir böcəkdən, kimyəvi filtrləmə yolu ilə əldə edilən, qarmin adlı maddədən, boya maddəsi olaraq hər marka kolanın içinə qoyulduğu və bu vəziyyətdə kola içməyin haram olduğu söylənir. Kola içmək haramdır?
CAVAB
Xeyr, kola içməkdə heç zərər yoxdur. İslam alimləri buyurur ki:
Rəsulullah əfəndimiz, bir Yəhudinin çörəyini və kərəyağlı yeməyini təmizmi deyə soruşmadan, araşdırmadan yemişdi. Bu donuz yağımı, qoyun yağımı, çörəyin xəmiri suylamı, yoxsa şərablamı yoğuruldu  deyə soruşub araşdırmamışdı. Müşrik qadının su qabından dəstəmaz almışdı. Bunlar, yeyilən qidaların içində nə var deyə araşdırmağın lazım olmadığına bir dəlildir. (Bəriqə)
Kafirlər qidalara nəcis də, zəhər də qata bilərlər. Necə ki, Yəhudi yeməyə zəhər qatmışdır. Peyğəmbər əfəndimiz də araşdırmadan o yeməyi yemişdir, çünki nəcis olduğu bilinməyən şeyləri yeməmək təqva deyil, vəsvəsə olar. Dinimiz də vəsvəsədən çəkinməyi əmr edir. (Hadiqa)
Lə Məkkə
Sual: “Coca Cola yazısı tərsdən oxunanda, Lə Muhamməd, Lə Məkkə yazılır. Belə içkiləri içmək haramdır. Bunu hər kəsə eşitdirmək çox savabdır” kimi şeylər söylənir. Bir də maillərlə  və ya SMS ilə müxtəlif mesajlar göndərilir.  Məsələn “ Mədinədən gələn vəsiyyətnamə, yaxud içində dualar da olan bir mesajı 13 və ya bu qədər adama göndərən çox zəngin olar. Əlinə keçib,amma göndərməyənin başına böyük fəlakətlər gələr” deyilir.  Bunlar doğrudur?
CAVAB
Qətiyyən doğru deyildir. Coca Cola yazısını tərsdən oxuyanda Lə Muhamməd, LəMəkkə yazılı olduğu da doğru deyildir. Zorlama bənzədilərək o hala soxulmağa çalışılır.  Deyək ki, Lə Məkkə yazılsa nə olar?  Yəni Məkkə yoxdur desə nə olar? Biz də New York, Paris, Berlin yoxdur desək nə olar? Bu şəhərlər dağılar? Bunları, digər vəsiyyətnamə və mesajları missionerlər hazırlayır. Məqsədləri Müsəlmanları belə xurafatlarla məşğul etmək,  ciddi məsələlərdən, elmdən uzaq qalmasını təmin etməkdir. Onların bu oyunlarına alət olmamalıyıq.
Kola içmək haramdır?
Sual: “Filan marka kolanın gəliri, İslam düşməni müsəlman olmayan bir ölkəyə getdiyi üçün o kolaya haram fətvası verdik” deyilir. Qeyri-müsəlmanların hamısı İslamiyyətin düşmənidir.  O zaman heç bir qeyri müsəlmanın malını almamaq lazımdır?
CAVAB
Fətva dedikləri görüş bir neçə yöndən səhvdir:
O fətva deyil bir fikirdir. Şəxsi düşüncədir. İndiki vaxtda fətva verəcək əhl kəslər yoxdur. Sadəcə verilmiş fətvaları nəql edənlər vardır. İbni Abidin, dördüncü cild, üç yüz birinci səhifədə, qazılıq bəhsində buyurur ki:
Fasiq müftinin verdiyi fətvalara etibar edilməz, çünki fətva vermək, din işlərindəndir. Din işlərində fasiqin sözü qəbul edilməz. Digər üç məzhəbdə də belədir. Belə müftilərdən bir şey soruşmaq caiz deyildir. Müftinin Müsəlman olması və ağıllı olması da, sözbirliyi ilə şərtdir. Müfti, İmam Azam Əbu Hənifənin sözünə uyğun olaraq fətva verər. Axtardığını onun sözlərində açıqca tapa bilməzsə, İmam Əbu Yusifin sözünü alar. Onun sözlərində də tapa bilməzsə, İmam Muhamməd Şeybaninin sözünü alar. Ondan sonra İmam Züfərin, daha sonra Həsən ibn Ziyadın sözünü alar. Müctəhidi  fil-məzhəb alimlərindən Əshabi tərcih olan müftilər, inanclar arasında dəlilləri qüvvətli olanları seçərlər.  Müctəhid olmayanlar, bunların fətvalardan seçdikləri sözə tabe olarlar. Belə etməyən müftilərin sözü qəbul edilməz. Demək ki, tərcih əhlinin seçməmiş olduğu şeylərdə, İmam Azamın sözünü almaq lazımdır. Müftinin müctəhid fil-məzhəb olması lazımdır. Belə olmayana müfti deyilə bilməz, nəql, fətvanı  ötürücü deyilir. Nəqllər  fətvaları, məşhur fiqh kitablarından alar. (S. Əbədiyyə)
Bəhcet-ül Fətva kimi qiymətli kitablar belə fətva kitabları deyil, fətvaları nəql edən, çatdıran kitablardır. Bunları yazanlar müfti deyil, bir nəql və yığıcıdır. Fətva verənin, yəni müftinin müctəhid olması lazımdır. Bir kimsə fətva verdim deyirsə, müctəhid olduğunu iddia edir deməkdir. Yusif Nəbhani həzrətləri,  Bu gün müctəhidlik göstərən, ağılı və ya dini nöqsandır” buyurmuşdur. Ağıl və ya dini nöqsan olanın da fətva dediyi fikrinə etibar edilməz.
Qeyri-müsəlman demək, müsəlman olmayan deməkdir. Bunlar əlbəttə İslamiyyətə düşmən olar. Bunlarla da ticarət edilməzmi? Peyğəmbər əfəndimiz  və Əshabı-kiram hər növ ticarəti etmişdirlər.
Əsas İslamiyyətə düşmən olan mürtədlərdir. Din düşməni yerli mürtədlərlə ticarəti uyğun görüb, amma Əhli-kitab olan müsəlman olmayanlarla alveri caiz görməmək çox səhvdir. Müsəlman şirkətlərin mallarını yaşıl sərmayəyə pulumuz getməsin deyə almayan mürtədləri, müsəlman olmayanlardan uyğun görmək çox qəribədir. Bu səhv fikrə fətva demək də, daha qəribədir.
 
 
Dovşan əti yeyilərmi?
Sual: Peyğəmbər əfəndimizin çəyirtkəni, sidik süzmə orqanı olduğu üçün böyrəkləri, qanlı olan dalaq və qaraciyəri yemədiyi kimi, yenə bir qanlı heyvan olan dovşanı yemədiyi deyilir. Bunları haram olduğu üçün yeməmişdir?
CAVAB
Xeyr, böyrək, qaraciyər, dalaq haram deyil, halaldır.
Çəyirtkə də halaldır. (Buxari, Müslim, Tirmizi, Əbu Davud)
Başqa bir hədisi-şərifdə də belə buyurmuşdur:
“Çəyirtkəni nə yeyərəm, nə də haram edərəm.” (İbni Macə, Əbu Davud)
Rəsulullah əfəndimizin yeməməsi onu haram qılmaz. Soğan, sarımsaq da yeməzdi. Yeyilməsi üçün icazə vermişdir.
Dovşan əti də halaldır. (Dürər, Məcmaul — ənhür)
Abdullah ibn Abbas həzrətləri buyurdu ki: Rəsulullah ilə oturarkən bir kəndli dovşan kababı hədiyyə gətirdi. Bizə “Yeyin” buyurdu. Muhamməd ibn Safvan dedi ki: iki dovşan tutdum, kəsdim. Rəsulullahdan soruşdum. Ikisini də yeməyimi əmr etdi.  (Bədayi)
Həzrəti Ənəs deyir: Övladığımız dovşanı Əbu Talhaya gətirdim. O da dovşanı iti bir daşla kəsdi. “Bu dovşanın budunu Rəsulullaha apar” dedi. Dərhal apardım. Rəsulullah onu yedi.  (Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsai)
Həzrəti Cabir buyurur: Qövmümüzdən bir nəfər daşla kəsdiyi dovşanı Rəsulullahdan soruşana qədər gözlətdi. Əfəndimiz yeməsini əmr etdi. (Tirmizi)
Xalid ibn-ül Huveyris həzrətləri deyir: Bir adam ovladığı dovşanı Abdullah ibni Ömərə aparıb, “Bunun əti yeyilərmi?” deyə soruşdu. O da, “Bir dovşan Rəsulullaha gətirildi. Nə yedi, nə də yeyilməsini qadağan etdi” dedi.  (Əbu Davud)
Bu hədisi-şəriflər də dovşanın halal olduğu bildirilməkdədir. Fiqh kitablarında buyurulur ki:
Dovşan yemək halaldır. (Mültəqa)
Dovşan əti yemək halaldır, çünki dovşan yırtıcı heyvan deyildir. (Dürr-ül—müntəqa)
Hər növ dovşan ətini yemək halaldır. (Quduri)
Dovşan ətini yemək halaldır. Dovşan yırtıcı heyvan deyil və leş yeməz, maral kimidir. (Cövhərə)
Ernəb, yəni dovşan ətinin mübah olduğu sözbirliyi ilə bildirilmişdir, çünki dovşan yırtıcı heyvan deyildir və leş yeməz. Maral kimidir. Ot yeyər. Fiqh kitabları dovşanın halal olduğunu açıqca yazırlar.  Beləcə, haram deyənləri rədd edirlər. (Dürər haşiyəsi)