Göyərti yığmaq
Sual: Bir kimsənin kənarları bağlı olan tarlasına girib özbaşına yetişən göyərtini və buna bənzər otları yığmaq olarmı?
CAVAB
Bağlı yerlərə icazəsiz girmək olmaz. Çünki Tam Elmihalda deyir ki:
“Tarlada yetişən yabanı otları biçmədən əvvəl və mülkündə olan bulaqdakı, çaydakı suyu olduğu yerdə ikən satmaq batildir. Özbaşına yetişən otdan, yerdən çıxan sudan istifadə etmək və birinin atəşində isinmək hər kəsin haqqı isə də, bu haqdan istifadə etmək üçün başqasının mülkünə icazəsiz girmək olmaz.”
Kənarları bağlı olmayan tarladakı, ərazilərdəki otları yığmaq olar. Binanın həyətindəki binanın rəhbərliyi tərəfindən əkilən çiçəkləri icazəsiz qoparmaq, bina rəhbərliyinin əkdiyi meyvə ağaclarındakı meyvələri icazəsiz yemək caiz olmaz.
Sual: Küçədə gedərkən yerə düşmüş meyvələri götürüb yemək caizdir?
CAVAB
Şəhərdə olsun, kənddə olsun, ağacdan küçəyə düşmüş, qoz kimi çürüməyən meyvələri, sahibinin icazə vermiş olduğu bilinirsə, alıb yemək caiz olar. Tut kimi çürüyəcək meyvədirsə, sahibinin qadağan etdiyi bilinmədikcə alıb yeyilə bilər.
Sual: Qəbiristanlıqdakı meyvələr kimindir?
CAVAB
Qəbiristanlıq salınmadan əvvəl əkilmiş isə, əkənə aiddir. Sonra əkilmişsə, əkən kimsə, meyvəni sədəqə verir. Sahibsizdirsə, adətə görə istifadə edilər. Yəni hər kəs yeyirsə, hər kəs yeyər. Yaxud yığıb məscidin xərclərinə verilirsə, elə edilər.