Təsiri qəti olan dərmanlar
Sual: Xəstələndikdə, təsiri qəti olan dərmanlardan istifadə etməmək günahdır?
CAVAB
Əlbəttə günahdır. Bəzi dərmanların məsələn antibiotiklərin və sülfamidlərin bakteriyalara qarşı təsiri, çörəyin aclığı, suyun susuzluğu aradan qaldırması kimidir. Yanğını su ilə söndürmək də belədir. Təsiri qəti olan bunun kimi dərmanlardan istifadə etməmək təvəkkül deyil, axmaqlıqdır, haramdır. Hədisi-şərifdə buyuruldu ki:
“Hər xəstəliyin dərmanı vardır. Yalnız ölümə çarə yoxdur” (Tabərani)
Həzrəti Musa xəstələnəndə, “Dərmansız da Allahu təala şəfa verər” deyərək dərmandan istifadə etmədi. Allahu təala, “Dərmandan istifadə etməzsən şəfa lütf etmərəm”  buyurdu. Dərmandan istifadə etdi, sağaldı,ancaq səbəbini maraq etdi. Allahu təala, “Təvəkkül etmək üçün mənim adətimi,  hikmətimi dəyişdirmək istəyirsən? Dərmanlara təsir verən kimdir? Əlbəttə təsirləri yaradan mənəm” buyurdu. (K. Səadət)
Həkimə getmək, dərmandan istifadə etmək lazımdır. Lakin, şəfanı həkim və dərmandan deyil, Allahu təaladan gözləməlidir.  Qurani-Kərimdə məalən buyuruldu ki:
“İmanınız varsa Allahu təalaya təvəkkül edin!” (Maidə 23)
Dərman almaq, ayəti-kərimə, dua oxumaq və yanında daşımaq, insanın ömrünü uzatmaz, ölümə mane olmaz, əcəli gecikdirməz. Ömrü olanın dərdlərini, ağrılarını aradan qaldırıb, sağlam, rahat və yaxşı yaşamasına səbəb olar. Dərmandan istifadə edib yaxşı olmayan, əməliyyat stolunda ölən az deyildir. Bu baxımdan dərmana, həkimə deyil, Allahu təalaya güvənmək lazımdır. Allahu təalaya güvənən müsəlman da dinimizin əmrinə uyaraq həkimə gedib dərmandan istifadə edə bilər.