Yabanı meyvələri yemək
Sual: Dağdakı meyvələr yabanı heyvanların ruzisi olduğu üçün bizim yeməyimiz caiz olmaz deyilir.  Bunun üçün yemişan, itburnu, quşüzümü, yabanı armud, göbələk yemək günahdır? Yenə heyvanın ruzisi olan digər yabanı heyvanları yemək caiz deyil?
CAVAB
Hamısı caizdir. Ayəti-kərimə və hədisi-şəriflərdə bunların halal olduğu açıqca bildirilmişdir. Qurani-Kərimdə məalən buyurulur ki:
“Allahın qulları üçün yaratdığı (yerdən çıxardığı) zinət və təmiz ruziləri kim haram edə bilər?” (Əraf 32)
“Yerdə olan hər şeyi sizin ehtiyacınızı qarşılamaq üçün yaratdım.” (Bəqərə 29)
Bəriqə kitabındakı hədisi-şərifdə Allahu təala, “Ey Adəm oğulları, sizi özüm üçün yaratdım. Canlı cansız hər şeyi də sizin üçün yaratdım” buyurmuşdur.
Deməli, yabanı meyvələr də, yaban heyvanlar da insan üçün yaradılmışdır.
Heç kimsə, Qurani-Kərimdə də bildirildiyi kimi, Allahu təalanın halal qıldığını haram edə bilməz.  Kiçik balıq böyük balığın qisməti ola bilər. Bir ceyran aslanın nəsibi ola bilər.  Bir dovşan bir canavarın ruzisi ola bilər. Amma bunlar insanların da ruzisi, qisməti ola bilər.  Dağda yetişən meyvələri, otları və heyvanların yeyilməsini qadağan etmək dinimizə ziddir.  Bu baxımdan nəqli əsas almayan, ağıldan yazılan kitablar oxumaq uyğun deyildir. Əgər filan alimin kitabında belə yazılır deyə nəqli  əsas almırsa o mötəbər bir kitab deyildir.