Çiy ət və çiy tərəvəz yemək
Sual:  Mübah olan şey üçün dəlil axtarılmaz, haram olan şey üçün dəlil axtarılar, deyirsiniz.  Bir də Tam Elmihalda dini mövzularda hər məsələnin cavabı var deyirsiniz.  Çiy ət və çiy tərəvəz yemək haram deyə yazmır.  Bunları yemək halaldır?
CAVAB
Tam Elmihalda yeyib içilməsi haram olanlar deyə səkkiz maddə var. Bu maddələrin birində zərərli şeyləri yemək, o birisində də zəhərli şeyləri yemək deyə bildirilir. Kitabda ölçü bildirilir. Bədənə zərər verən hər şey haramdır. Bir çox zəhərli ot var. Zəhərli olanını,məsələn, zəhərli göbələk yemək haramdır. Tərəvəz və meyvələrdən də zərərli olanlar vardır. Allergiya edənlər vardır. Allergiya edənə, özünə zərər verənlərə bu tərəvəz və meyvəni yemək haram olar. Başqasına haram olmaz. Bəzi kəslərə çiyələk allergiya edər. Bunların çiyələk yeməsi caiz olmaz.
Badımcan, kartof kimi çiy tərəvəz yemək bəzi kəslərə zərərlidir. Zərərli olanlara zərər verdiyi miqdar günah olar. Məsələn, on dənə çiyələk bir adama zərər verirsə, üç dənə yeyəndə bir şey olmursa üç çiləyək ona günah olmaz. Vegetarian deyilən kimsələr çiy tərəvəzlərə alışdıqları üçün onlara zərər vermir. Zərər  vermədiyi üçün də çiy tərəvəz yemək onlara günah olmaz.
Çiy ət də çiy tərəvəz kimi mübah qidadır. Yeyilməsində zərər olmaz, ancaq çiy tərəvəzlərin bəziləri insanı zəhərləyə bilər. Bunun üçün bədənə zərər verməyəcək qədər yeyilə bilər. Ət də onun kimi çox yeyilərsə bədənə zərər verə bilər. Məsələn yarım qaşıq çiy qiymə yeyilə bilər. Haram olmasının ölçüsü vardır. Bədənə zərər verəcək miqdarı caiz olmaz. Bu zərər də adamdan adama görə deyişər.
Apteklərdə dərman üçün, şəfa üçün satılan dərmanlar da belədir. Bir insana 1-2 həb zərər vermirsə içə bilər. On dənəsi zəhərləyirsə haram olar. Halal yemək də belədir.  Çoxu zərər verdiyi üçün həddindən çox yemək haram olar. Hətta siqaret də belədir. Astma xəstəsini bir dənə siqaret komaya sala bilər.  Amma kimisinə 10 dənə siqaret zərər verməyə bilər.  Hər kəsə zərər verən miqdarı haramdır. Bir insan çəkməyib, içində nikotin zəhəri olan tütünü yesə nə olar? Zərər vermirsə günah olmaz. Zərər verirsə günah olar. Bütün otlar belədir.
Sual:  Çiy yumurta içmək, kolbasa kimi çiy ət yemək günahdır?
CAVAB
Çiy yumurta içmək, kolbasa, basdırma və çiy küftə yemək günah deyildir.