Qızıl-gümüş əşyadan istifadə etmək
Sual: Qadınlar qızıl və gümüş əşyadan istifadə edə bilərmi?
CAVAB
Qadınların da qızıl və gümüş əşyadan istifadə etmələri caiz deyildir, tahrimən məkruhdur. Qadınlar qızıl və gümüş zinət taxa bilərlər, yəni bilərzik, sırğa, boyunbağı, üzük taxa bilərlər, lakin, qızıl və gümüş əşyadan istifadə edə bilməzlər. Məsələn, qızıl və ya gümüş qaşıq, çəngəl, bıçaqdan da istifadə edə bilməzlər.
Sual: Gümüş qabı başqa materialla örtüb istifadə etmək caizdir?
CAVAB
Xeyr.
Sual: Gümüş çay qabından istifadə etmək caizdir?
CAVAB
Xeyr.
Sual: Bir nəfər, “Qızıldan bəzək üçün istifadə etmək haram, lakin, əşya, alət olaraq istifadə etmək caizdir”  deyərək, saatının qızıldan zəncirini göstərdi. Qızıl əşyadan istifadə etmək caizdir?
CAVAB
Qızıl və gümüş qab ilə yeyib-içmək və hər cür istifadə etmək caiz deyildir. Qızıl və gümüş qaşıq, saat, qələm, bıçaq və bənzəri şeylərdən istifadə etmək belə caiz deyildir. Qızıl və gümüşü bəzək olaraq taxmaq yalnız qadınlara halaldır. Kişilərə isə haram olub, tək gümüş üzük və cib saatının zəncirinin gümüşdən olması caizdir. Qızıldan olarsa haramdır. (Rədd-ül muxtar)
Sual: Gümüş qab ilə verilən şəkəri götürmək caizdir?
CAVAB
Gümüş qabdan birbaşa istifadə etmək caiz olmaz. Ancaq şəkəri götürməklə gümüşdən  birbaşa istifadə edilmədiyi üçün zərəri yoxdur.
Sual: Qızıl və ya gümüş divar saatından istifadə etmək caizdir?
CAVAB
Bəli, caizdir.
Sual: Qızıl və ya gümüş qol saatından istifadə etmək caizdir?
CAVAB
Caiz deyildir.
Sual: Gümüş bıçaqla yağı çörəyə sürtmək caizdir?
CAVAB
Yağı gümüş bıçaqla çörəyə sürtmək  və bu çörəyi əli ilə yemək caizdir. Gümüş bıçağa yağ sürüb bıçağı yalamaq caiz olmaz.
Sual: Gümüş çay qaşığından istifadə etmək caizdir?
CAVAB
Gümüş çay qaşığı ilə çay qarışdırmaq caizdir. Lakin, gümüş çay qaşığı ilə və ya gümüş qaşıqla yeyib-içmək, yəni ağıza aparmaq caiz olmaz.
Sual: Gümüş qələmdən istifadə etmək caizdir?
CAVAB
Caiz deyildir.
Sual: Gümüş təsbehdən və ya gümüş kəmərdən istifadə etmək caizdir?
CAVAB
Bəli, caizdir.
Sual: Yas mərasimində, gümüş qabdan ovuca gülab səpib, ovucu üzə, paltara sürtmək caizdir?
CAVAB
Caiz deyildir.
Sual: Ağıza qızıldan diş qoymaq caizdir?
CAVAB
Bəli olar. Zərəri olmaz.
Sual: Kişilərə qızıl haramdır. Lakin, sıxıntını aradan qaldırmaq üçün bir qızıl götürüb cibinə qoymaq və ya paltarının iç tərəfinə tikmək caizdir?
CAVAB
Bəli, caizdir.  Faydalı olduğunu alimlər bildirir.
Sual: Yeni doğulmuş körpəyə qızıl bilərzik taxmaq haramdır?
CAVAB
Həm lazımsız, həm də faydasız,  həm də caiz deyildir. Amma, Maşallah yazılı qızılı, körpənin yastığına və ya beşiyinə tikmək faydalı olar.
Qızıl rozet
Sual: Kişilərə, qızıl rozet taxmaq caizdir?
CAVAB
Xeyr. Gümüş rozet caizdir.
12 əyar qızıl
Sual: “14 əyardan aşağısı qızıl deyil” deyilir. Yarısından çoxu qızıl olarsa qızıl olmur?
CAVAB
Xalis qızılın əyarı 24-dür. Yarısından yəni, 12 əyardan çoxu qızıl olur. 14 əyardan aşağısına qızıl deyilməməsi, bazarda məsələn 13 əyar qızıl olmadığı üçündür. 12 əyar var. Onun üçün elə deyilmiş ola bilər. Yoxsa 12.5 əyar belə olsa qızıldır. İpək pambıq qarışığı paltarlar var. Onların da yarısından çoxu ipəkdirsə kişiyə haram olur, azı ipəkdirsə məkruh olur.