Kiçik mushaflar (Qurani-kərim kitabı)
Sual: Gümüş və ya qızıl qutulu kiçik mushafları boyunbağı kimi boyuna asıb istifadə etmək caizdir? Bir də, bəzi duaları da eyni şəkildə gümüş və ya qızıl zəncirlə boyuna asırlar. Bunlardan da istifadə etmək caizdir?
CAVAB
Qızıl və gümüş qab ilə yeyib-içmək və hər cür istifadə etmək caiz deyildir. Qızıl və gümüş qaşıq, saat, qələm, bıçaq və bənzəri şeylərdən istifadə etmək də, belə caiz deyildir. Qızıl və gümüşü bəzək olaraq taxmaq tək qadınlara halaldır. Kişilərə isə haram olub, tək gümüş üzük və cib saatının zəncirinin gümüşdən olması caizdir. Qızıldan olarsa haramdır. (Rədd-ül muxtar)
Həmçinin, kişilərin qadın kimi zərurətsiz boyunbağı, bilərzik taxması da caiz deyildir. Ancaq revmatizm kimi hər hansı bir xəstəlik zamanında istifadə etmək isə caizdir.
Qurani-Kərimi oxuna bilməyəcək qədər kiçik hərflərlə yazmaq ona təhqir olur. Belə kiçik mushafları almaq, daşımaq, qızıl qutu içində boyuna taxmaq, faydasız və böyük günahdır.
Sual: Dəri ilə örtülü, zəncirbəndli kiçik mushafla ayaq yoluna girmək caizdir?
CAVAB
Bəli.