İpəkdən istifadə etmək
Sual: İpək əşyanın haram və caiz olduğu yerlər haralardır?
CAVAB
Alt və digər paltar olaraq ipək geyinmək haram, qadınlara hər növ ipək əşya caizdir. Savaşda ipək geymək caizdir. Hədisi- şərifdə buyuruldu ki:
“Qızıl və ipək, qadına halal, kişiyə isə haramdır”(Tabərani)
İpək kişiyə haramdır. Ancaq paltardakı dörd barmaq enindəki ipək lentlər, məsələn dörd barmaq enindəki ipək qalstuk caizdir. İpək köynək və  paltar kişiyə haramdır.
İpək kəfən və tabutu ipəklə örtmək haramdır. İpək süfrə örtüsü və ipək yorğan caiz deyildir.
Oğlana ipək geydirmək məkruhdur. İpəkdən süfrə, dəsmal, alt paltar və araqçın məkruhdur.
Süni ipək, ağcaqanad toru, əl-üz dəsmalı, təsbeh ipi, bağ, Qurani-kərim örtüyü və boğçanın ipəkdən olması caizdir. Bəzək üçün olmaması şərtilə divara ipək xalça asmaq caizdir. İpək xalçaya oturmaq və ipək səccadədə namaz qılmaq caizdir.
Əshabı-kiramdan Həzrəti Zübeyr və Həzrəti Abdurrəhmanın ipək geymələrinə icazə verilməsi, tək bunlara məxsus idi. Arfəcə ibn Sad həzrətlərinə də qızıl burun taxması üçün icazə verilməsi, tək ona məxsus idi.
Sual:  İpək corab, qalstuk, alt paltar, bunlar saf ipək olarsa necə olar?
CAVAB
Caiz deyildir. Sadəcə qalstuk dörd barmaq enindədirsə caizdir.
Sual: İpək geymək kişiyə haramdır, ipək qarışıqlı corab, alt paltarı caizdir?
CAVAB
Həqiqi ipəkdirsə, 50% -dən çox olarsa haramdır, 50%-dən aşağı olarsa məkruh olar.
Sual: Qadınların ipək plaş geymələri caizdir?
CAVAB
Xeyr.
Sual: İpəkdən yorğan, yastıq üzü caizdir?
CAVAB
Bədənə  təmas edərsə haram olar.
İpək dəsmal
Sual: Kişilərin, tər silmək üçün ipək dəsmaldan istifadə etmələri caizdir?
CAVAB
Məkruhdur.
Sual: Kişiyə ipək hamam kisəsi caizdir?
CAVAB
Kişinin də ipək hamam kisəsindən istifadə etməsi caizdir. (Rədd-ül muxtar)
Sual: Bədənə dəydiyi üçün köynəyin yaxası ipək olsa caiz olar?
CAVAB
Xeyr.
Sual: Süni ipək əşyanı kişilərin də geyməsi uyğundur?
CAVAB
Bəli, geyilə bilər.
Sual: Donuzun hər kəsə, ipək və qızılın kişilərə haram olmasının hikməti nədir?
CAVAB
Dinimizdə bir şey haramdırsa, hikmətini bilməsək də onun haram olduğuna inanmaq lazımdır. Muhamməd əleyhissəlamın peyğəmbər olaraq bildirdiyi şeylərə ağıla uyğun olduğu, yaxud təcrübə ilə aydın olduğu üçün inanmaq iman olmaz. Çünki bu, ağılı təsdiq etmək deməkdir. Haramlarda mütləq bədənə zərər verən bir şey axtarılmamalıdır! Bunlarla birlikdə dinimizin əmrlərində mütləq faydalar, qadağanlarında da zərərlər vardır. Bir əmrdə heç bir fayda, bir qadağada heç bir zərər görülməsə də, bunlara riayət etmək lazımdır. Məqsəd, dinin əmrinə tabe olmaqdır. İpək və qızılın kişilərə haram edilmək səbəbinə də bu baxımdan baxmaq lazımdır.
İpək örtük
Sual: Faydalı Bilgilər kitabında , “Rəngli və ipək parça örtünmüş olan qadınlar, axirətdə əzab görəcəkdirlər” deyilir. Qadınlara ipək caiz deyildirmi?
CAVAB
Qadınlara ipək halaldır. Burada qadağan olan ipək geymək deyil, ipəkli və bəzəkli paltarlarla yad kişilərə görünməkdir.
İpək örtü
Sual: İpək yorğan və ya ipək yastıq üzündə yatmaqda zərər vardır?
CAVAB
Bədənə təmas etdirmək haramdır. Bədənə təmas etdirmədən istifadə etmək isə çox çətindir. Ən uyğunu, ipəkdən olmamasıdır.