Bəsmələni oxuna bilməyəcək şəkildə yazmaq
Sual: Bəsmələni oxuna bilməyəcək şəkildə və ya leylək və başqa heyvan şəklində etmək, B hərfinin və ya Sin hərfinin dişləri olmadan yazmaq  caizdir?
CAVAB
Heç biri caiz deyildir. Bəsmələdəki B hərfinin nöqtəsini qoymayan, Sin hərfinin dişlərini yazmayıb düz çəkən bir xəttatı Həzrəti Ömər cəzalandırmışdı. Hələ leylək, heyvan və ya insan şəklində yazmaq daha pisdir. Tərsinə simmetriya olaraq yazmaq da caiz deyildir.
Qurani-Kərimi düzgün yazan xəttatlar təriflənmişdir. Dinə zidd şəkildə yazı yazan xəttatlar günahkardır. (İzhar –ül haqq)
Qarahisarinin yazdığı bəsmələ
Sual: Əhməd Qarahisari Osmanlı dövründə yaşamış bir xəttat olduğu halda yazdığı Bəsmələ xətti niyə uyğun deyildir?
CAVAB
Qurani-Kərimdə, nemətin qiyməti bilinməzsə əldən gedəcəyi bildirilir. Osmanlının son dövrlərində dinə zidd olaraq məzar daşlarına ayəti-kərimələr yazılmışdı, hətta dizdən aşağı şəkildə olanlar mövcuddur. Dinə zidd işlər çoxalıb biganəlik də olduğuna görə, böyük Osmanlı dövləti yıxılıb getmişdir.
Satışda Qarahisarininkinə bənzətməyə çalışılmış bir çox Bəsmələyə bənzəyən şəkillər vardır. Heç birini Bəsmələ olaraq asmaq caiz deyildir.
Sual: Qarahisarinin səhv yazdığı Bəsmələ xəttini divara asmaq olar?
CAVAB
Divara asmaq caiz deyildir.
Sual: Asan oxunmayan Bəsmələni divara asmaq uyğun olar?
CAVAB
Uygun deyildir. Asan oxunanı asmaq lazımdır!