Xaç, zünnar və s.
Sual: Tüldən və ya parçadan düzəldilmiş xaç, keşiş papağı və s. şeyləri bəzək olaraq divara, pərdəyə asmaq, xaç şəklində saç sancağından istifadə etmək və ya xaçı boyunbağı olaraq taxmaqda zərər vardır?
CAVAB
Xristianlığın dini simvolu olan belə şeylərdən istifadə etmək caiz deyil. (İ. Abidin, Birgivi)
Kafirlərin ibadət olaraq etdikləri və kafirlik əlaməti olan və ya İslamiyyəti inkar etmək, inanmamaq əlaməti olan və hörmət etməməyimiz vacib olan şeyləri düzəltmək, ya da istifadə etmək küfrə səbəb olar. Bunlardan məşhur olanlarını bilməyərək və ya lətifə olaraq , hər kəsi güldürmək üçün etmək də küfrdür. Məsələn, zünnar deyilən keşiş qurşağını bağlamaq da belədir. Bunlardan yumor üçün, başqalarını güldürmək üçün də istifadə etmək küfrə səbəb olar. Etiqadın doğru olması fayda verməz.
Sual: Yumurta boyamaq caizdirmi?
CAVAB
Niyyətsiz olarsa məkruhdur. Xristianlara bənzəmək üçün olarsa haramdır. Novruz günü atəşpərəstlərə bənzəmək niyyəti ilə olarsa küfrdür.
Sual: Səlib, yəni xaç işarəli heykəl düzəltmək haramdır?
CAVAB
Bəli.
Sual: Belimizə bağladığımız kəmər, dəsmal qurşağı kimi şeylər də zünnar sayılar?
CAVAB
Xeyr, bunlar zünnar sayılmaz, ancaq yenə də, zünnara bənzəməməsi üçün, uclarını dörd barmaqdan uzun sallamamalıdır.
Şalvar bağını sallamaq
Sual: Bəzi bölgələrdə kişi və ya qadın tərəfindən geyilən şalvarın bağının uclarını sallamaq caizdir? Zünnar sayılar?
CAVAB
Xeyr, zünnar sayılmaz, sallamaq caizdir. Ancaq yenə də, zünnara bənzəməməsi üçün uclarını sallamamaq lazımdır.