İnsan parçasından istifadə etmək
Sual: İnsan parçasından istifadə etməyin və qadın südünü içməyin hökmü nədir?
CAVAB
İnsan parçasından zərurətsiz istifadə etmək və qadın südünü içmək haramdır.
Nihayə, Haniyyə və Təhzib kitablarında deyir ki:
Təbibi-müslimi hazik (Müsəlman və mütəxəssis həkim) şəfa verəcəyini və başqa dərman olmadığını söyləyincə xəstənin qan içməsi, leş yeməsi caizdir. Hələ ölümdən xilas olmaq üçün söz birliyi ilə halal olar. (Rədd-ül-muxtar c.5, s. 249)
Müsəlman mütəxəssis həkim qadın südünün mütləq yaxşı edəcəyini və başqa dərman olmadığını söyləyərsə,  xəstənin qadın südü içməsi caiz olar. (İ. Hümam-Fəth-ul Qədr)
Göründüyü kimi qadın südü içmək zərurət olanda caiz olur.  Bu baxımdan damara qan verilməsinin də caiz olduğunu, Şeyx Tahir-üz-Zavi (Həyd-ül İslami) də bildirilmişdir.  Qan və orqan nəqlinin caiz olmadığını söyləyənlər tamamilə əsassızdır.