Sınamadan yaxşı demək
Sual: Abdullah ibn Mübarək həzrətlərinin “Bu dörd cümlə dörd min hədisi-şərifdən seçilmişdir; qadına güvənmə, mala aldanma, mədəni çox doldurma, işinə yarayacaq qədər elm öyrən” nəsihətində keçən qadına güvənmə nə deməkdir? Burada qadın pislənirmi?
CAVAB
Xeyir qadın pislənmir. Çünki Peyğəmbər əfəndimiz buyurur ki:
“Qadınlara ancaq zadəganlıq və şərəf sahibi kimsə deyər verər. Onları ancaq pis və alçaq kəslər xor görər.” [İ.Asakir]
Tədbirsiz hərəkət etmə, təcrübə etmədən, yaxşı tanımadan hər qadına güvənmə deməkdir.
İşin əhəmiyyətini ifadə etmək üçün hər dildə mübaliğəli izahat olar. Bizim dildə bir az gözləyən kimsənin, “Neçə saatdır gözləyirəm, səhərdən bəri gözləyirəm, sənə min dəfə söylədim bunu” deməsi kimi. 
Peyğəmbər əfəndimiz, “Cəhənnəmə baxdım; qadınların və zənginlərin çoxu orada idi” buyurur. Salehə qadın və saleh zəngin Cəhənnəmə getməz. Demək ki, əksəriyyət olaraq Cəhənnəmdə qadın və zəngin var. Qadına güvənmə demək, bəzi qadınlara etibar edilməz, yaxşı tanımadan güvənmə deməkdir. Məsələn, bir hədisi-şərif məali belədir:
“Qardaşına belə güvənmə.”  [Tabərani]
Bu da heç bir qardaşa güvənmə demək deyildir. Təcrübə etmədən, yaxşı tanımadan güvənmə deməkdir.
Yəhya ibn Muaz Razi həzrətləri buyurur ki:
“Allahdan başqa heç kimə güvənmə.”
Saleh insanlara da güvənmə demək deyildir. Bunlar tədbir üçün deyilmiş sözlərdir.
Həzrəti Əli Əhli-beytə buyurardı ki:
“Soyunuza güvənməyin, ibadət etməyə davam edin.”
Halbuki onların Cənnətə gedəcəkləri hədisi-şəriflə bildirilmişdir. Sanki belə bir şey yoxmuş kimi dinin əmrinə tabe oldun deyə xəbərdarlıq edir.
İmam Azam həzrətləri İmam Əbu Yusifə etdiyi nəsihətdə buyurdu ki:
“Elm sahiblərinə hörmət et. Qocalara hörmət, gənclərə sevgi göstər. Fasiqlərdən uzaqlaş, yaxşılarla otur-dur. Heç kimi aşağı görüb biganə qalma. Sirrini kimsəyə açma. Çox yaxşı bilmədikcə heç kimin yoldaşlığına güvənmə.”
İmam Azam həzrətlərinin sözü soruşduğunuz hədisi-şərifi açıqlayır. “Çox yaxşı bilmədiyiniz kimsəyə güvənmə” buyurur. Buna qadın da daxildir əlbəttə.
Zeynal Abidin həzrətləri oğlu Muhamməd Baqirə buyurdu ki:
Ey oğlum, dörd növ insanla yoldaşlıq etmə və onlara güvənmə!
  • Fasiqlərlə,
  • Xəsislərlə,
  • Yalançılarla,
  • Sılayı-rəhmi tərk edənlərlə.
Demək ki, güvənilməyəcək şəxslər pis şəxslərdir. Yalançı, xəsis bilmədən, tanımadan dərhal güvənmə deyə bir xəbərdarlıq var burada.
Bir atalar sözü:
Güvənmə varlığa, düşərsən darlığa.
Bu sözlər həmişə tədbir üçün deyilmişdir.
Bir alim də özünü üzünə qarşı tərifləyənə buyurdu ki:
“Məni nə üçün tərifləyirsən? Hirsli ikən təcrübə etdin ki, məni mülayim şəxs bildin? Mənimlə səfərə çıxdın ki, yaxşı biri olaraq gördün? Mənə bir əmanət verdin ki, buna riayət etdim? Bilmədiyin insanı necə tərifləyərsən?”