Torpaq kimi olmaq
Sual: Torpaq kimi olmaq lazım olduğu deyilir. Torpağın xüsusiyyəti nədir ki?
CAVAB
            Torpaq təvazö simvoludur. Dağ kimi başını dik tutmaz. Hər kəs üstünə basar keçər. Kimsəyə bir şey deməz. Təhəmmüldə də torpaq kimi olmalı, insanlardan gələn sıxıntılara qatlanmalı demişdirlər. Torpaq kimi olmaq yaxşıdır. Torpaq bir səviyyədir. Nə çuxur olmalı, nə də təpə. Torpaq kimi təvazökar olan hər nemətə qovuşar, bir parça yüksələn torpaqda su dayanmaz. Susuz da həyat olmaz.  
            İmam Rəbbani həzrətləri buyurur ki:
            “Bu dünya axirətin tarlasıdır. Burada toxum əkməyib, yaradılışında olan torpaq kimi yetişdirici qüvvətini işlətməyənlərə, bundan fayalanmayanlara və əməl, ibadət toxumlarını əldən qaçıranlara təəssüflər olsun! Torpaq kimi yetişdirici qüvvəti işlətməmək, oraya bir şey əkməməklə və ya zərərli, zəhərli toxum əkməklə olur. Bu ikincisinin zərəri, pozuqluğu, birincisindən qat-qat daha çoxdur. Zəhərli, pozuq toxum əkmək, dini, din dərslərini, dindən xəbəri olmayanlardan öyrənmək və din düşmənlərinin əsərlərindən [zərərli mediadan öyrənmək] oxumaqdır. Çünki, din cahilləri nəfsinə uyar, kefi arxasınca qaçar. Dini özünə srəf etdiyi şəkildə söyləyər. Qarşısındakının da nəfsini azdırar və qəlbini qaraldar. Dini əsər verərkən, İslamiyyətə uyğun olmayanı uyğun olandan ayıra bilməz. Gənclərə nələri və necə izah etmək lazım gəldiyini bilə bilməz. Özü kimi tələbəsini də cahil yetişdirər. Bir çox şeylər oxuyub əzbərləməklə, [başqa elm qollarında söz sahibi olmaqla, fən və sənət şöbələrində ixtisas qazanmaqla] insan din adamı ola bilməz və din bilgisi verə bilməz. (1/23)
Özünü üstün görmək
Sual: Məktubatı Rabbanidə, “Özünü Frenk kafirindən daha üstün bilən bir kimsə, Allahu təalanı tanıya bilməz. Hətta özünü quduz itdən üstün bilən böyük şəxslərin feyzlərindən məhrum qalar” deyilir. Müsəlman, kafir olan birindən, insan da itdən üstün deyildir?
CAVAB
            Təvazö, özünü başqalarından daha üstün görməməkdir. Başqaları ilə bir görməyin zərəri olmaz. Çünki onun da imanlı və ya imansız olma ehtimalı vardır. İnsanın işi, nəticəsi ilə ölçülər. İmansız ölən kimsənin, həyatı imanla keçsə də nə qiyməti olar ki? Tərsi də belədir. Yəni, imansız yaşayar, sonunda imana qovuşaraq ölər. Artıq o, imanlıdır, imansız ölən hər kəsdən üstündür.
            Necə sərxoşlar vardır ki, etdiyindən peşmanlıq hiss edər tövbə edər, imanla gedər. Necə dərvişlər vardır ki, kibrlidir, günahları üçün tövbə etməz, imansız gedərlər. Bir hədisi-şərif məali:
            “Allahu təala, kibrli kimsəni alçaldar, təvazökarı yüksəldər.” [Tabərani]
            Cüneydi Bağdadi həzrətlərinə bir keşiş gəlib, mən üstünəm, yoxsa sənn, deyə soruşar. O da, bir həftə sonra gəl, deyər. Bir həftə sonra gəldiyində vəfat etdiyini görər. Bu gün mənə cavab verəcəkdi, deyəndə, tabutu göstərərək, bax orada, get soruş, o boşuna danışmaz, deyərlər. Tabutun başına gedib eyni sualı soruşar. Cüneydi Bağdadi həzrətləri Allahu təalanın izni ilə başını qaldırıb belə cavab verər: “Keçən həftə sonumun nə olacağını bilmədiyim üçün sənə cavab verə bilmədim. Mən imanla gedib özümü qurtardım, səndən üstünəm. Sən özünə bax.” Keşiş, ağlamağa başlayar, Kəlimeyi-şəhadət gətirər Müsəlman olar.
            Cüneydi Bağdadi həzrətləri, nəticə bəlli olmadan, mən Müsəlmanam, sən də kafirsən, mən səndən üstünəm deməmişdir. Üstünlük sona bağlıdır.
            Yaxşı, özünü itdən üstün görməmək nə deməkdir? Nəfsimiz kafirdir, köpəkdən aşağıdır, çünki köpək Cəhənnəmə girməyəcəkdir. Hətta Kıtmir adlı köpək Cənnətə girəcəkdir. Kafir olaraq ölən bir kimsə, əlbəttə itdən daha aşağıdır. Bir ayəti-kərimədə “O kafirlər heyvandan da aşağıdır” buyurulur. Bir kafir günahsız köpəkdən necə üstün ola bilər? İmanla öləcəyimiz qəti olmadığı üçün, özümüzü köpəkdən də, kafirdən də üstün görə bilmərik.
            İmamı Rəbbani həzrətləri buyurur ki:
            Təəccüblüdür ki, böyük şəxslərə gələn feyz, nemətlər bu qüsurları görməyə kömək edir. Ayıbları görmək qüvvətini artırırlar. Ücb [özünü bəyənmək] yerinə alçaqlıq göstərirlər. Yüksək yerdə olana təvazö yolunu açırlar. Həm övliyalığın ən yüksək dərəcəsini ehsan edirlər, həm də özünü qüsurlu görməyi təmin edirlər. Nə qədər çox yüksələrsə, özünü o qədər çox aşağı görür. Çox yüksəlmək, özünü çox aşağı görməyə səbəb olur. Yadlar, buna istər inansın, istər inanmasın əhəmiyyəti yoxdur. (1/222)         
            [Bidət əhli, eyni zamanda, təsəvvüfdə yad insan deməkdir. Hətta övliya olmayan kimsə övliyalığa yaddır. Hər kəs bilmədiyi şeyin yadıdır]
Nəticə: Təsəvvüfdə salik (təsəvvüf əhli), özünün yaradılmış, aciz bir qul olduğunu, özündə olan bütün nemətləri Rəbbinin yəni Allahu təalanın ehsan etdiyini bilər. Bunları haqq sahibinə, yəni Allahu təalaya təslim edər. Geriyə özündə pislikdən, qüsurdan, günahdan başqa bir şey qalmadığını görər. Bunlar isə öyünüləcək deyil, utanılacaq, aşağılanacaq şeylərdir.