Tənqid etmə xəstəliyi
Sual: Çox kiçik olaylar mənə təsir edir. Tez hislənir, ana-atamı və başqa böyüklərimi üzürəm. Səhvlərinə dözə bilmir, dərhal tənqid edirəm. Sonra da, peşman oluram. Bu pis xasiyyətimi tərk etmək üçün nə etməliyəm?
CAVAB
            İslam alimləri hirsin, əsəbiləşməyin, kibrdən, özünü bəyənməkdən irəli gəldiyini bildirir.
            Tənqid etmək ümumiyyətlə, “Mən bunu bilirəm, sən bilmirsən, səni tənqid edirəm, bu səhv yoldan dön” deməkdir. Bu heç kimə deyilməz, hələ ana-ata kimi böyüklərə əsla deyilməz. Bilgi, kibrlinin kibrini, təvazökarın təvazösünü artırar. Bilgisi ilə kibrlənmək böyük fəlakətdir. Hədisi-şərifdə, “Elm sahibinin fəlakəti özünü böyük görməsidir” buyuruldu. O halda ağılı olan kimsə, mən daha yaxşı bilirəm deyərək özünü fəlakətə atmaz.
            Kibr, pis xasiyyətdir, haramdır. Allahu təalanı unutmağın əlamətidir. Çox kimsə bu pis xasiyyətə tutulmuşdur. Kibrli olan saleh insan ola bilməz. Kibr, hər yaxşılığa maneədir. Kibrli deyiləm deyən, kibrlidir.
            Yanına başqasının oturmasını istəməmək və xəstələrlə birlikdə oturmamaq, evinə lazım olan əşyaları alıb evinə gətirməmək və köhnə paltarını təkrar geyməkdən xoşlanmamaq, iş başında iş paltarı geymək istəməmək, kasıbların dəvətinə getmək istəməyib zənginlərinkini seçmək, qohumunun və uşaqlarının ehtiyaclarını təmin etməmək, doğru sözü, haqlı tənqidləri qəbul etməyib münaqişə etmək, qüsurunu, qəbahətini bildirənlərə təşəkkür etməmək, içəri girəndə, oradakıların ayağa qalxmaları xoşuna getmək kimi şeylər kibr əlamətidir.  Başqasının tənqidindən xoşlanmır, onun məndən nə fərqi var, o da bir insandır, deyirsə, haqqı onun ağzından eşitmək çətin gəlirsə, bunun da kibrdən olduğunu anlamaq lazımdır.
            Kibr, insanı Allahu təalanın bütün əmrlərinə müxalifətə sövq edər. Çünki kibrli insan, başqa birindən haqq və həqiqəti eşitsə onu qəbul etmək istəməz, dərhal qarşı çıxar. Dini mövzularda belə dərhal inkara cəhd edər. Hətta haqqı, qarşıdakının dilindən eşitsə, dərhal müxtəlif yollardan, doğru olduğunu bilə-bilə onu çürütməyə çalışar. 
            Pisliklər hər vaxt əsəbdən doğular. Bir insanda kibr varsa, bunun əlaməti hirsidir. Kibrdən, hirs doğular. Bir kimsə, qaş-qabaqlı və hirsliysə, yaxşıya əlamət deyildir. Hirs, insanın ağılını örtər. O vaxt şeytanın ovucuna düşər. Şeytan da onu istədiyi yerə sürüyər. Hirslənmək insanın dinini imanını apara bilər, bundan çox qorxmaq lazımdır. 
Tənqid xəstəliyi
Sual: Bir yoldaş, gərək dünyəvi işlərdə, gərəksə dini işlərdə hər kəsi tənqid edir, yoldaşlarının qəlblərini qırır, elə deyil belədir deyir. Belə savadlı göstərərək tənqid etmə xəstəliyi nədən irəli gələr?
CAVAB
            Ümumiyyətlə tənqid xəstəliyi özünü bəyənməkdən, yəni kibrdən irəli gələr. Başqalarının səhvlərini araşdırmaq  günahdır. Əmri-məruf etmək ayrıdır. Onu yumşaqlıqla, kimsəni üzmədən, ümumi olaraq etmək lazımdır. Məsələn, sırğa taxan bir gənc görəndə, “Qadınlara bənzəmiş” demək yerinə, qadınların kişilərə, kişilərin qadınlara bənzəməsinin uyğun olmadığı ümumi bir söhbətdə anladılar. Məsələn, qadınlar kişilər kimi saçını qırxa  bilməz, şalvar geyə bilməz deyilir. Sonra kişilərin də qadınlara bənzəməməsi lazımdır. Məsələn, qadınlar kimi saçlarını uzatmamaları lazımdır, qadınlar kimi boyunbağı taxmamaları lazımdır deyilir. O buradan, sırğa taxmağın da qadınlara bənzəmək olduğunu anlayar.