Kibrliyə kibrli görünmək
Sual: Kimlərə qarşı kibrli görünmək lazımdır?
CAVAB
            Kibrlənməklə, kibrli görünmək fərqlidir. Kibrliyə qarşı, kibrli görünmək sədəqə vermək kimi savabdır. Hədisi-şərifdə, “Kibrliyə kibrli görün ki, onu alçaq və kiçik edəsən” buyuruldu. (İ.Qəzali)
            Kibr sahibinə qarşı təvazökarlıq göstərən şəxs özünə zülm etmiş olar. Bidət sahiblərinə və zənginlərə qarşı da kibrli görünmək caizdir. Bu kibr özünü yüksək göstərmək üçün deyildir. Onlara dərs vermək, qəflətdən oyatmaq üçündür. Hərbdə, bidət əhli ilə mübahisə edərkən onlara qarşı kibrli görünmək də savabdır. Sədəqə verərkən də sevinc ilə qarışıq kibrli görünmək, malı, pulu zibilə atar kimi vermək lazımdır. Sədəqə verənin kibrli görünməsi, kasıba qarşı deyildir. Verdiyi malı kiçiltmək, mala qiymət vermədiyini göstərər. Göstərişli riyakarlara qarşı da kibrli görünmək caizdir.  
            Özündən aşağı olanlara qarşı təvazökarlıq göstərmək yaxşı isə də, bunun çox olmaması lazımdır. Çox olan təvazöya yaltaqlanmaq [alçaldılma] deyilir ki, bu ancaq ustada və alimə qarşı caizdir. Başqalarına qarşı caiz deyildir. Hədisi-şəriflərdə buyurulur ki:
            “Yaltaqlanmaq, Müsəlman əxlaqından deyildir.” [Bəriqa]
            “Haqq üçün zillətə girmək, kibrlənməyə görə izzətə daha yaxındır.” [Deyləmi]
            “Kasıb ilə oturmaq, eşşəyə minmək, qoyun-keçisini mal-qarasını sağmaq kibrdən uzaqlaşdırar.” [Beyhəqı]
            “Kasıblıqdan ötəri köhnə paltar geyənlərdə də kibr olar.” [İ.Əhməd]
            “İnsanlar çox pozuldu deyərək özünü onlardan üstün görən həlak olmuşdur.” [Müslim]
            “Salamı əvvəl vermək kibrdən uzaqlaşdırar.” [Beyhəqı]
            “Sədəqə vermək kibri də aradan qaldırar.” [Tabərani]
            “Cırıq yeri tikən, ayaqqabısını təmir edən, xidmətçisi ilə yemək yeyən və bazardan yükünü özü daşıyan kibrdən uzaqdır.” [Əbu Nuaym]
            Yanına başqasının oturmasını istəməmək və xəstələrlə birlikdə oturmamaq, evinə lazım olan əşyaları alıb evinə gətirməmək və köhnə paltarını təkrar geyinməkdən xoşlanmamaq, iş başında iş paltarı geyinmək istəməmək, kasıbların dəvətinə getmək istəməyib zənginlərinkini seçmək, qohumunun və uşaqlarının ehtiyacını təmin etməmək, doğru sözü, haqlı tənqidləri qəbul etməyib münaqişə etmək, qüsurunu, qəbahətini bildirənlərə təşəkkür etməmək, içəri girəndə, oradakıların ayağa qalxmalarını xoşlamaq kimi şeylər kibr əlamətidir. Başqasının tənqidindən xoşlanmır, onun məndən nə fərqi var, o da bir insan deyirsə, haqqı onun ağzından eşitmək çətin gəlirsə, bilsin ki, bu da kibrdəndir.
            Kibr insanı Allahu təalanın bütün əmrlərinə müxalifətə sövq edər. Çünki kibrli insan başqa birisindən haqq və həqiqət eşitsə, onu qəbul etmək istəməz, dərhal qarşısına çıxar. Dini mövzularda belə müzakirə edilsə, dərhal inkara cəhd edər. Hətta haqqı qarşıdakının dilindən eşitsə, dərhal müxtəlif yollardan onun doğru olduğunu bilə-bilə onu çürütməyə çalışar.