Ana Səhifə > Valideyn haqqı > Qadın-kişi və ana

Qadın-kişi və ana

Sual: Ayət və hədisdə ana haqqının əhəmiyyətinin böyük olduğu, bu baxımdan qadının kişidən üstün olduğu deyilir. Üstünlüyün cinsiyyət ilə əlaqəsi varmı?
CAVAB
Dinimizdə irq, rəng və cinsiyyət baxımından üstünlük yoxdur. Üstünlük təqvaya, Allah endindəki dərəcəyə görədir. Müsəlman zənci bir qadın müsəlman olmayan  ağ dərili bir kraldan çox üstündür. Müqayisə belə edilməz. Biri əbədi Cənnətlik, o biri isə əbədi Cəhənnəmlikdir. Ana haqqı mühümdür. Anaya hörmət və qulluq atadan öncə gəlir. Biri soruşur ki:
-Ya Rəsulallah, insanlar içində yaxşılıq görməyə ən layiq olan kimdir?
Anandır.
- Sonra?
Anandır.
- Daha sonra?
-Atandır. (Buxari, Müslim)
Başqa bir hədisi-şərifdə də, “Öncə anana, sonra atana, bacına, qardaşına və sıra ilə digər yaxınlarına yaxşılıq et!” buyuruldu. (Nəsai)
Üstünlük və Haqq
Üstünlük başqa, haqlı olmaq, yaxşılığa layiq olmaq başqadır. Ana kafir belə olsa ona yaxşılıq etməliyik. Bir nəfər, “Ya Rəsulallah, anam müsrikdir. Ona yaxşılıq etməyim caizdir?” deyə soruşunca, “Bəli, anana yaxşılıq elə və ehsan et!” buyuruldu. (əbu Davud)
Hər Peyğəmbər öz anasından da üstündür. Buna baxyaraq Peyğəmbərlər də analarına hörmət və qulluq etmişlər. Çünki, ana haqq sahibidir, qulluğa və hörmətə layiqdir. Haqqı olmaq, hörmətə və qulluğa layiq olmaq ayrı, üstün olmaq ayrıdır. Bir şəxs soruşdur ki: 
- Ya Rəsulallah, cihada getmək istəyirəm.
Anan varmı?
- Bəli var.
Ona qulluq elə, Cənnəti onu razı etməklə qazanarsan! (Tabərani)
Cihada getmək üçün gələn başqa bir nəfərə də, “Ananın yanından ayrılma! Cənnət onun ayağı altındadır” buyuruldu. (Nəsai)
Haqq sahibi olmaq üstün olmaq demək deyil. Hədisi-şərifdə “İnsanlar içində ən böyük haqq sahibi kişinin üzərində anası, qadının üzərində də əridir” buyurulur. (Hakim)
Ana-atanın övladı üzərində haqqı olduğu kimi övladın da ana-ata üzərində haqqı vardır. Kişinin xanımı üzərində haqqı olduğu kimi xanımın da əri üzərində haqqı vardır. Lakin ana-ata haqqı və ər haqqı daha öncə gəlir. Bu öncəlik üstün olmağı göstərməz. Buradan “islamiyyət övlada və ya qadına haqq tanımır” demək iftira olur. Kimin imanı daha qüvvətli və kim Allahu təalanın əmrlərinə daha çox riayət edirsə o daha üstündür. (K. Səadət)
 
 



Geri qayıt