Ölmüş ana-ata haqqı
Sual: Ölmüş ana-ata haqqı necə ödənilir.
CAVAB
Aşağıdakıları etməyə çalışmaq lazımdır.
Namazlardan sonra dua edib savablarını onların ruhlarına göndərmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:
“Ana-atasına qarşı gələn, vəfatlarından sonra onlar üçün dua etsin, Allahu təala onu ana-atasına itaət edənlərdən yazar” [İbni Əbiddünya]
Savabı onlara olmaq üzrə oruc tutmaq.
Savabı onlara olmaq üzrə həccə getmək. Alimlərin çoxuna görə ana-ata üçün həcc caizdir. Ana-atasının ruhuna müjdə verilir. [Darə Qutni]
Savabı onlara olmaq üzrə sədəqə vermək. Hədisi-şəriflərdə buyuruldu ki:
“Sədəqə verərkən savabını müsəlman ana-atanızın ruhuna niyə hədiyə etməzsən? Hədiyə edərsinizsə verdiyiniz sədəqənin savabı onların ruhuna gedəcəyi kimi savabından heç bir azalma olmadan sizə də yazılır. [Tabərani]
Qəbirlərini ziyarət edib Qurani-kərim oxumaq. Hədisi-şərflərdə buyuruldu ki:
“Ana-atasının və ya birinin qəbrini ixlasla və bağışlanma umaraq ziyarət edən qəbul olunmuş bir həcc savabı alır və bunu adət edənin qəbrini də mələklər ziyarət edər” [Hakim]
Qəbirlərini Cümə günləri ziyarət etmək lazımdır. Hədisi-şərflərdə buyuruldu ki:
“Ana-atanın qəbrini Cümə günləri ziyarət edənin günahları əfv olur, haqlarını ödəmiş olur” [Tirmizi]
Ziyarətdə dua və Qurani-kərim oxumaqla məşğul olmaq, uyğunsuz söz danışmamaq lazımdır. Sağlıqlarında incinmiş isələr övlad saleh olunca razı olurlar. Onların öyrətdikləri yaxşı şeylərlə əməl etdiyi müddətcə savabı onlara da çatır.
Onlardan pis bir şey əldə etmiş isə hər dəfə əməl etdiyi zaman onlara da günah və əzab gedər. Bunun üçün onlardan və ya onların vasitəsilə öyrəndiyi pis şüyləri tərk etmək, öz pis əməlləri ilə onlara qəbirdə əzab etdirməmək lazımdır.
Sual: Atam qarğış etdi. O öldüyündən bəri işim alınmır, çarəsi varmı:
CAVAB
Tövbə, istiğfara davam edib ölmüş atanız üçün xeyirli işlər etməlisiniz. Məsələn, bir kasıba bir ayaqqabı aldınız, savabını atanıza və Peyğəmbər əfəndimizə və bütün müsəlmanlara bağışlasanız, savabı heç əskilmədən hamısına gedər. Atanız savablara qovuşunca məmnun  olur və işləriniz də artıq uğurlu olar. Buna bənzər xeyir həsənə etmək lazımdır.