Ata övladının yaxşı olmasını istəyər
Sual: Atam namaz qılmağımda həddindən çox nəsihət edir. Özü isə hər şeyi tam eləmir. Nə edim?
CAVAB
Atanızı şikayət edirsiniz. Bizim yazmağımızla atanız dərhal düzəlməz. Şikayətlərdə hər iki tərəfi dinləmək lazımdır. Sizin dediyinizə görə atanızın etdiklərinin bir qismi normal deyildir. Lakin namaz qılmağınız üçün göstərdiyi səyi ayıblamamaq lazımdır. Hər müsəlman atanın etməli olduğu edir. Allahu təalanın əmrini xatırladana hirslənmək olarmı? Özü etməsə belə haqqı tövsiyə edən bir müsəlmanı ayıblamaq doğru deyil.
O sizin yaxşılığınız üçün, sizi namaza öyrəşdirmək üçün çalışır. Belə atanın əlini öpmək lazımdır.
Ata zalım olsa da ona qarşı çıxmaq, onunla sərt danışmaq, onu üzmək caiz deyil. Ana-atası günah işləyən övlad bunlara bir dəfə nəsihət edər. Qəbul etməzlərsə susar. Onlara dua edər.
Namazın əhəmiyyəti çox böyükdür. Namaz qılmaq böyük bir ibadət olduğu üçün tərk edilməsi də çox böyük günahdır. Hanbəlidə namazı tərk edən küfrə düşdüyü üçün Şafii və Malikidə böyük günah işlədiyi üçün cəza olaraq qətli lazım olduğu fiqh kitablarında yazılıdır. Hədisi-şərfdə buyuruldu ki:
“Beş vaxt namazı qəsdən, səbəbsiz tərk edən Allahın hivz və əmanından məhrum olur” [İbni Macə]