Ana Səhifə > Sağlamlıq haqqında > Ağılını itirməmək üçün

Ağılını itirməmək üçün

SualAğılını itirməmək üçün bir çarə vardırmı?
CAVAB
Nəhl surəsi 70-ci ayəti-kəriməsində, “Bildikdən sonra bilməz olar” buyurulur. Yəni, yaşlanar, çarəsiz və ağılı nöqsan olar, bir uşağa bənzəyər. [Beydavi]
Həzrəti İkrimə, “Quranı-kərimi oxumaya davam edən, ayəti-kərimədə bildirilən ağılını itirmiş qoca halına düşməz” buyurur. Hədisi-şərifdə buyuruldu ki:
“Quranı-kərim oxuyan ağılını itirməz.” [Tirmizi]
Ərzəli ömür
Sual: Ərzəli ömür nədir? Əgər ərzəli ömür qocalığın son günləri deməkdirsə, niyə ərzəli ömür istənilmir? Çox yaşamağın nə zərəri var?
CAVAB
Ərzəli ömür, qocalığın son günlərində görülən rəzil hallar deməkdir.Ərzəl, ən rəzil deməkdir. Bunun kimi əlzəm, ən lazım deməkdir. Əhəm, ən əhəmiyyətli deməkdir.
Ərzəli ömürdə, insanlar ağılını itirər, oğlunu, qızını, həyat yoldaşını tanıya bilməz. Evinin yolunu bilə bilməz. Yatalaq xəstəsi olar, pislik içində yatar. Kimsə qoxudan yanına yaxınlaşa bilməz. Bir stəkan su verəni olmaya bilər. Başqalarına möhtac olunan belə sıxıntılı qocalıq dövrünə, ərzəli ömür deyilir. Allahu təalanın bizi ərzəli ömürdən mühafizə etməsi üçün dua etməyimiz lazımdır.



Geri qayıt