Xəstə yeməkləri və şəfalı bitkilər

        Allahu təalanın adəti belədir ki, hər şeyi bir səbəblə yaradar. Bir şeyə qovuşmaq üçün bir şeyin yaradılmasına səbəb olan şeyi etmək lazımdır. Hər şeyin yaradılmasında müştərək olan mənəvi səbəb sədəqə vermək, yetmiş dəfə “Əstagfirullah min külli ma kerihallah” duasını oxumaqdır. Bu iki mənəvi səbəb maddi səbəbləri tapmağa da kömək edər. 

Peyğəmbərimiz (sallallahü aləyhi və səlləm) “Allahu təala hər xəstəliyin dərmanını yaratmışdır. Yalnız ölümə çarə yoxdur” “Xəstəliklərin başı çox yeməkdir. Dərmanların başı pəhrizdir” “Xəstələrinizi sədəqə verərək müalicə edin!” buyurdu. 

Xəstələrin dərmanlarını bildirən kitablara, “Kitab-ül-ədviyə”, “farmakologiya” “Acrabadin” deyilir.

İnsanın xəstə olmaması üçün diqqətli olması lazımdır. Bunun üçün də İslamiyyətə uyğun yaşamaq lazımdır. İslamiyyətə tabe olmaqda laqeyd olaraq xəstə olan dərman almalı, pəhriz etməli və kasıblara sədəqə nəzir etməli və tez-tez sədəqə verməsi lazımdır.  Pəhriz, yəni rejim etmək caiz və lazım olduğunu, “Təyəmmüm ayəsi” göstərir. “Su zərər verərsə istifadə etməyin, təyəmmüm edin!” məalindəki ayəti-kərimə məşhurdur. Rəsulullah (sallallahü aləyhi və səlləm), Həzrəti Əli ilə bir evə getdi. Meyvə gətirdilər. Həzrəti Əlinin gözləri ağrıyırdı. Meyvədən özü yedi. Həzrəti Əliyə, “Sən yemə! Göz ağrısına zərər verər” buyurdu. Bişmiş pazı ilə ilə arpa gətirdilər. “Bundan ye! Gözünə fayda verər” buyurdu. Şişi olanlara, “Su içməyin! Suya pəhriz edin!” buyurardı. İslam alimləri tibb və müalicə ilə bağlı çox kitab yazdı.   Bunlardan Davudu Antakinin, “Təzkirət-ül ülil-əlbab” kitabı və Türkçə “Nusrət əfəndi risaləsi” və İbrahim Əzraqın “Təshil-ül-mənafi” kitabı və Əbu Abdullah Zəhəbinin, “Ət-tibbün Nəbəvi”si çox qiymətlidir. Son ikisi 1976-ci ildə İstanbulda Həqiqət Kitabevi tərəfindən ofset yolu ilə nəşr edilmişdir. Pəhrizi hədisi-şəriflərdən və təcrübəli şəxslərdən  və həkimdən öyrənmək lazımdır. Dərmandan istifadə etmək və pəhriz etmək sünnətdir. [Vacib və fərz olduğu yerlər də vardır.] Bunun üçün pəhrizə əməl edilməsi lazım olan xəstəliklərdən otuz altı xəstəlikdə necə pəhriz ediləcəyi və bunlara qarşı hansı dərmanlardan istifadə ediləcəyi aşağıda bildirilmişdir. Ayrıca uçuq, dodaq və əl çatlaması, qaşıntı, arı sancması, yanıq və arpacıq üçün qısa müalicə yolları göstərilmişdir.

Aşağıdakı pəhrizlər Fransada istifadə edilən məşhur Lemoine və Gerardın, “Formulaire consultation medicales” adındakı   Fransızca kitabından tərcümə edilmişdir. 

1. ALBÜMİNÜRİ: Sidikdə albuminin olmasıdır. Böyrək iltihabını göstərir. Sidik bulanıqdır, sancı ilə çıxar, qanlı ola bilər. Qızdırması olan xəstənin yalnız süd içməsi, sidik qovucu mayelər içməsi, duzsuz yeməklər belə yeməməsi lazımdır. Çox su içmək olmaz, böyrəkləri yorar. Qızdırma düşmədən, ayaqlardakı şiş çəkilmədən yeməyə başlamamaq lazımdır. Bunlar keçərsə, gündə bir litr süd verilir. Sonra, pudinq və duzsuz çörəyə başlayar. Daha sonra soyutma kartof və sıyıq verilər. 

Böyrəkdən olmayan albumin çıxaranlara pəhriz lazım deyildir. Lakin, konserv, ədviyyat, bibər, turşu, tünd qəhvə verilməməsi lazımdır. 

Təzyiqi yüksək olarsa, duzsuz pəhriz etmək, su az içmək lazımdır. Duzsuz pəhriz iyirmi doqquzuncu sıradakı “ÖDEM” xəstəliyində bildirilmişdir. Hər tərəvəz sərbəstdir. Podaqra [gut] da varsa, turş tərəvəz və meyvə yeməmək lazımdır. Bəzi xəstəyə süd şişkinlik edir. Bunlara qaymağı alınmış süd vermək lazımdır. Qeyri müsəlmanlar kefir verirlər. Bu olmazsa tərəvəz suyu verilir. Yüngül xəstələrə ət və yumurta çox bişmiş şəkildə verilə bilər. Heç bir vaxt çiy süd verməmək lazımdır. Həftədə bir iki gün üzüm verilir. Səhər, günorta, axşam bir kilodan təzə üzüm yeyər. Başqa bir şey yeməz. Belə üzüm pəhrizi prostat və qaraciyər xəstəliklərinə də faydalıdır. 

                Böyrək xəstəliyi yüngülləşdiyi zaman çox təzə qırmızı ət və quş ətləri verilir. Yağlı ət və iç yağı verilə bilər. Çünki, bunlarda xolesterin çox azdır. Lipidlərin həzmini də asanlaşdırar. Bunlar da xolesterini əridər. Xolesterin qumun hasil olmasını önləyər. Xəmir yeməkləri və tərəvəz də verilər. Meyvə də verilər. Az miqdarda lobya, mərcimək, paxla, noxud  verilər.      

QADAĞAN OLANLAR: Ət suyu, ov heyvanları, ağciyər, qaraciyər, böyrək, beyin, paça, dalaq, qarın, hər növ balıq, ət və balıq konservləri, yağlı maddələr qadağandır. Yalnız təzə kərə yağı və bitki yağları verilə bilər.

Kələm, turşəng, quşqonmaz, pomidor, göbələk qadağandır. Bibər, kərəviz, xiyar, sarımsaq kimi ədviyyatlı şeylər qadağandır. Sirkə yerinə limondan istifadə etmək lazımdır. Mayalı bütün pendirlər qadağandır. Yumurta az yeyə bilər. Tünd qəhvə və tünd çay qadağandır. Çiyələk, moruq qadağandır. Spirtli içkilər qadağandır. Böyrəkləri zədələyə biləcək dərmanlar, məsələn piramidon, antipirin verməmək lazımdır.  

FAYDALI QİDALAR: Tərəvəz şorbaları, qızarmış ət, soyutma ət, çox təzə balıq, yağlı ağ pendir, az miqdarda süd, meyvələr verilir. Duza icazə verilir.  

YEMƏK CƏDVƏLİ:

Səhər: Açıq çay, qızarmış çörək, kərə yağı, bal, meyvə cemi.

Günorta yeməyi: Bir ət parçası, iki qab tərəvəz, meyvə.

Axşam yeməyi: Həftədə üç gün tərəvəz şorbası, bir qab xəmir işi və ya tərəvəz, meyvə.

Günorta və axşam yeməklərindən sonra bir fincan çobanyastığı çayı içmək lazımdır. Siqaret çəkmək olmaz.  

SİDİKDƏ ALBUMİN AXTARMAQ: Sidik şüşə qıfdakı pambıqdan süzülür. Kolbanın yarısına qədər süzülmüş sidik qoyulur. Üzərinə beşdə biri qədər tünd duzlu su əlavə edilir. Çalxalayıb, yuxarı tərəfi alovda qızdırılır.   

a) Bulanmazsa, bir şey yox deməkdir. Bir neçə damcı turşu qoyulub, yenə qızdırılması lazımdır. Yenə bulanmamalıdır. 

b) Duzlu su əlavə edib qızdırılanda, bulanarsa:

1- Bir damcı sirkə turşusu (uksus) qoyulur. Bulanıqlıq təkrar əriyərsə, iyirmidə bir sulu nitrat turşusu (HNO3) damlatıb qızdırılır:

a)Təkrar bulanarsa, aseto-solübl albümin var deməkdir.

b)Tapılmazsa, əvvəlki bulanıqlığın fosfat olduğu aydın olar. 

2-Sirkə turşusu damladanda bulanıqlıq əriməzsə, albümin olduğu aydın olar.

Sağlam insanın sidiyində də, yorğunluq və başqa səbəblərlə albümin tapıla bilər. Albümin olan kimsənin böyrəklərinə nəzarət etmək lazımdır. Bunun üçün sidikdə silindir və qan serumunda sidik cövhəri axtarılar. 

Süleymaniyyə Kitabxanası (İstanbul-Laləli) qisimində, 3735 saylı kitabda deyilir ki, üç gün beş  qramdan Ravənd tozu udduqda, sidik kisəsi daşını əridər və sidik yollarını təmizləyər. Ağcaqovaq yarpağını çay kimi dəmləyib içmək də olar.

2. ANEMİYA (qansızlıq): 

Dəri, dodaqlar, göz qapaqları solğundur. Ürək döyünməsi, baş gicəllənməsi, nəfəs alma, ağrılar, mədə ağrısı olur. Qanda qırmızı   qan hüceyrələri azalır. Ağ qan hüceyrələrinin sayısı dəyişməz. Qan zay etmək, havasızlıq, işıq azlığı, hərəkətsizlik və bəzi xəstəliklərə səbəb olar. İştah azdır. Sevdikləri yeməyi vermək lazımdır. Bezdirərək ət yedirmək doğru deyildir. Tərəvəzli yeməklər ətdən daha faydalıdır. Çünki mədəni pozmaz.  

Əti müxtəlif şəkillərdə vermək lazımdır. Beyin çox yaxşıdır. Çünki, beyində dəmir vardır. Qan əmələ gətirir. Sümük suyu və iliyi vermək lazımdır. Qan əmələ gəlməsini asanlaşdırar. Mal əti bulyonu, yumurta sarısı çox vermək lazımdır. Qaraciyər və dalaq kababı çox yemək lazımdır. Bu ikisi qan əmələ gətirir. Tərəvəzi əskik etməmək lazımdır. Vəzəri, ispanaq, yaşıl kələm, hindiba (zəncir otu), cəfəri, quru meyvələr, dovşan əti, toyuq pətənəsi, yumurta sarısı, quşqonmaz, noxud, kartof, lobya, kök və mərciməkdə də dəmir vardır, çox faydalıdır. Hər meyvəni yemək lazımdır.   Ət yeyə bilməyənləri məcbur etməmək lazımdır. Əti tərəvəz, xəmir yeməkləri ilə vermək lazımdır. Dəmiri, yodu bol şeylər, məsələn, mərsin balığı, tuna [stavrida azması], hamsi, ilan balığı yeməli, təzə balıq yağı içmək lazımdır. Mədə və qaraciyər xülasəsi, folik turşusu və B12 vitamini almaq lazımdır. “Minadeks” adındakı qüvvət siropu da çox faydalıdır. 

3. ARTERİO-SCLEROZ (Damar sərtliyi): Təzyiq artır. Nəbzin atması yatarkən çoxalır. Ayaqda dayanarkən azdır. Nəfəs darlığı, ürək döyünməsi, gecələri sidiyə çox qalxmaq, aydın və bol sidik,  qaraciyər çatışmamazlığı bu xəstəliyin əlamətləridir.

Qaraciyər bədən fabrikinin böyük bir laboratoriyasıdır. Sağ qabırğa sümüklərinin və diafraqmanın altında olur. İncə bağırsaqlardan qida maddələrini və bir miqdar zəhərli maddələri almış olan qanı gətirən kapillyar damarlar birləşərək bir vena halında qaraciyərə girər. Burada təkrar kapillyar damarlara bölünür. Hər birindəki qan ələkdən süzülür kimi qaraciyərin içində ayrılır. Sonra yenə başqa kapillyar damarlara girir. Bunlar da birləşərək ciyərdən çıxan bir damar bu qanı ürəyin sağ qulaqcığına aparır. Qaraciyər, bağırsaqlardan gələn qandakı karbon-hidrat maddələrini tutur. Qana lazım olan az miqdarını qəlbə göndərir. Beləcə qaraciyər ehtiyat şəkər anbarı vəzifəsini görür. Yumurta ağı maddələrinə və yağlara da təsir edir. Gələn duzların bir qismini ürəyə göndərir. Bir qismini də sonradan tədricən göndərir. Bir qismini ödlə təkrar bağırsaqlara göndərir. Bağırsaqdan gələn zəhərli maddələri məhv edir. Qanla gələn zülal parçalarından sidik çövhərini sintez edir və yavaş-yavaş böyrəklərə göndərir. Xarab olan eritrosidlərin qırmızı boya maddələrinin artıqlarından öd piqmenti və öd turşusu əmələ gətirir. Bu turşu yağların həzmində iştirak edir. Bu iki maddə qaraciyərdə xolesterin deyilən yağ kimi bir maddə ilə birləşir. Xolesterin esteri olur. Esterləşən xolesterinin məcmu xolesterinə nisbəti normal olaraq yetmiş [0.70] faizdir. Bu nisbətin azalması qaraciyər çatışmamazlığını göstərir. Bunun üçün qaraciyər xolesterinlə əlaqədar maddə mübadiləsində təsirli olur ki, arteriya sərtləşməsində mühümdür. Bu üç maddə ödü meydana gətirir. Qaraciyər bu mayeni davamlı olaraq öd kisəsində toplayır. 

İnsan qaraciyərindən iyirmi dörd saatda yeddi yüz lirt qan keçir. 

Səhhəti yerində olan bir insanın qaraciyərində müxtəlif miqdarda yağ yığılır. Bu miqdar yeyilən yağ miqdarına, yağların sorulma və qaraciyərə nəqil sürətinə və qaraciyərdə yağların oksidləşmə sürətinə bağlıdır. Çox yağ yeyildiyi vaxt qaraciyərdə neytral yağ miqdarı artar. Xolesterinli maddələr yeyilərsə, yağ və xolesterin yığılar. Qaraciyərdə yağ yığılarsa, karbohidrat  [Glikogen] miqdarı azalar və ciyər hüceyrələrinin çoxalma qüvvəti pozular. Ac olduqda yağlı toxumalardan ayrılıb qana qarışan yağ da qaraciyərdə yığılar. Şəkər xəstələrində qanda yağ çoxaldığı üçün də, qaraciyərdə yağ yığılar. Yoluxucu xəstəliklərdə və fosfor, kloroform, dörd xlorlu karbon kimi qaraciyər zəhərləri alınmasında da yağ [Lipid] yığılar. 

Qaraciyərdə yağ yığılmasını azaldan və yağları ciyərdən çıxaran maddələrə “Lipotropik” deyilir. Kolin, metionin, inositol və B12 lipotropikdirlər. Çünki bu cisimlər Fosfolipid maddələr mübadiləsini tənzim edərlər. Bu maddələrin dəyişmələri pozulanda qanda xolesterin çoxalar. Bundan da siroz, diabet, nefrit, təzyiq artması, damar sərtliyi, ürək damarlarında xəstəlik hasil olur. Damarlarda lipoid yığılır. Lipotropiklər qaraciyərin zəhərləri təmizləmə qüvvətini də artdırır. 

Damar sərtliyi xəstəliyi iki yerə ayrılır:

a) Damarların iç üzləri xolesterin mayesi ilə örtülər. Təzyiq yüksəkdir. 

b) Qaraciyər və böyrəklər kifayətsizdir. 

Birinci hal üçün pəhriz etmək, az su içmək lazımdır. İkinci baxımdan qaraciyər və böyrəkləri zədələməmək üçün mədə və bağırsaqlardan gələcək zəhərləri çox azaltmaq lazımdır. Bu iki halı da qarşılamaq üçün xəstəyə xolesterini az və zəhər aradan qaldırıcı südlü tərəvəz pəhrizi verilər. Zeytun yağlı ənginar yeməyi qanda xolestərini azaldar. Yod və Yod birləşmələri faydalıdır. Məsələn, potassium iodür, lipiodol, pepton iode (İodopepton Kazım) verilir. “Sülfarlem” xolesterini əridər və qaraciyəri qüvvətləndirər.  

Xolesterini az pəhriz, damar sərtliyinə, gut (yəni nekris)də, bəzi şəkərlilərdə, qandakı çox miqdardakı xolesterini azaltmağa yarayar. Qanda çox xolesterin olarsa, damar içi səthlərdə yığılaraq “aterom” deyilən lövhələr əmələ gətirər.

QADAĞAN YEMƏKLƏR: Yumurta, süd, ağ pendir, xüsusilə bayat pendir, qaymaq, kərə yağı, beyin, içalat, kürü, yağlı ət, süni kərə yağları, şokolad, qatı bitki yağları, qoz, fındıq, badam, xurma kimi yağlı maddələr və siqaret qadağandır. Prof. Dr. Süleyman Yalçın, 16.7.1985-ci ildə Türkiyə qəzetindəki bəyanatında, “Donuz ətində yüksək miqdarda olan yağ və xolesterol damar sərtliyinə səbəb olur” deyir. 23 Mart 1988-ci ildə Türkiyə qəzetində deyir ki, “Avropanın ən çox oxunan gigiyenik məcmuəsi “Neuform Kurier”, donuz ətinin dəri xəstəliklərinə, xərçəngə, təzyiqin artmasına, romatizm və qripə səbəb olduğunu və donuz ətində heç bir vitaminin olmadığını, zərərinin çox olduğunu bildirir.” Maye yağlar və şəkərli maddələr az miqdarda verilə bilər. Tavada qızartmaq olmaz.  

Böyrək iltihabı da varsa, əti, tərəvəzi azaltmalı, turşəng, quşqonmaz və turş şeylər vermək olmaz. Təzyiq yüksəkliyi, şəkər, köklük varsa, bunların müalicəsi də edilməlidir. Təzyiq artmasına qarşı duzsuz pəhriz yaxşıdır.

4. KLOROZ (zəiflik): Dəri solğundur. Göz qapaqları və topuqlar şişər. Nəfəs darlığı, ürək döyünməsi, qadında heyz pozuqluğu, əsəb pozuqluğu, isteriya, iştahsızlıq, qəbz və qusma müşahidə olunur.

Açıq, təmiz havalı yerdə ev tutmaq lazımdır. Kədər, düşüncə olmamalıdır. Əl işi yüngül olmalı, bədən hərəkəti çox olmamalıdır. Geç yatmamaq, doqquz saat yatmaq lazımdır.

Müxtəlif və bol yeməsi lazımdır. Süd, yumurta, ət, göyərti, püre (əzmə), xəmir xörəklər yemək lazımdır. Çox ət yeməyə çalışmamalı, ağ əti seçmək lazımdır. Xəmir xörək, yaşıl tərəvəz çox yemək lazımdır. Bunlarda, xüsusilə ispanaqda dəmir vardır. Qəhvə və çay açıq olmalıdır. Dənli bitkilər, xüsusilə mərcimək, lobya yaxşıdır. Meyvə çox yemək lazımdır. Plov, sıyıq, dolma kimi düyülü yemək lazımdır. Yemək arasında isti şərbətlər və iştaha gətirən ot çayları içmək lazımdır. Paris Tibb Fakültəsi professorlarından M. Loeper və Saint Loise Xəstəxanası Laboratoriya müdiri M.Lesure tərəfindən hazırlanmış olan Fransızca tibbi formullarda deyilir ki, “Xına və xına qabığı qüvvətləndirir və hərarət salır. Zəiflik hallarında, xüsusilə vərəmdən, şəkər xəstəliyindən, qızdırmadan halsız qalanlara çox faydalıdır. Toz halında gündə 0.20 qramdan iki qrama qədər qüvvətlənmək üçün verilər.” Otuz qram xına-xına qabığı ilə yarım kilo qara kişmiş həvəngdəstədə əzilər.  Sonra, bir yarım kilo, yəni altı su stəkanı qədər su ilə yarım saat qaynadıb, süzgəcdən və ya tülbəntdən şüşəyə  süzülür. Üç   yemək arasında yarım fincan içilir.   

Kloroz xəstələrin çoxu qanı aşağı olduqlarından, bunlar anemiya pəhrizi də etmələri lazımdır. Dəmirli dərmanlar çox faydalıdır.   

5. SİROZ HEPATİK (Qaraciyər sərtləşməsi): Müxtəlif şəkilləri vardır. Spirt və donuz əti qaraciyərin və əsəb sisteminin   amansız düşmənidir. Qaraciyər şişər və ya kiçilər. “İstisqa” olur, Yəni, qarında su toplanır, ayaqlarda şişkinlik olur. Bəzən düz bağırsaqdan qan gəlir. Mədə ağrısı, qan dövranı pozuqluğu olur. Yaxud sarılıq, halsızlıq, hərarət, bulanıq sidik, dalaq şişməsi olur. Uremiya xəstəliyi kimi də görülür. 

Bol ət, az yağ vermək lazımdır. B vitamini çox faydalıdır. Məsələn, pivə mayası verilər. Pivə mayası pivə deyildir, spirti yoxdur. C və K vitamini olan dərmanlar və limon verilir. Qaraciyər xülasəsi, Bejektal və ya “Vitamin B Complex” iynəsi vurulur.  

Hər gün bir litr süd verilər. Çörək yeyə bilər. Yaşıl tərəvəz, yaxşı bişmiş ət verilir. Zəhər hasil etməyən şeylər yeməsi əsasdır. Bunun üçün bayat yeməklər, ov əti qadağandır. Çox təzə balıq yeyə bilər. Ədviyyatlı, turş, turşulu şeylər yeməməsi lazımdır. Bayat pendir qadağandır. Südlü-tərəvəzli qida yeməsi lazımdır. Dəmirli və arsenli dərmanlar qəbul etməsi lazımdır. Şiş və susuzluq pəhrizi edilməsi lazımdır.    

6. KONSTİPASİYON (Qəbizlik): Ayaq yoluna az və bərk çıxılır. Bütün bədəndə dəyişikliklərə səbəb olar: İştahsızlıq, nəfəs darlığı, öd kisəsi zökəmi, baş ağrısı, taqətsizlik, zəhərlənmə səbəbi ilə titrəmə və hərarətin artması görülür. 

Qəbizliyin müxtəlif səbəbləri vardır:

  • ·Bağırsaq tıxanması,
  • ·Qida səbəbi. Sürətli həzm edilən maddələri yemək,
  • ·Mədə şirəsinin pozulması,
  • ·Bağırsaq əzələsinin hərəkət qüvvəsinin azalması,
  • ·Məqəd halqasının təşənnücü [spazması, sıxılıb qalması] kimi. 

Qəbizliyi olanlar hər gün eyni saatda ayaq yoluna getməlidir. Məsələn, səhər oyananda və axşam yatarkən çıxması lazımdır. Bir dəfə çıxmaq bəs edər, iki dəfə daha yaxşıdır. 

Həzm edilə bilməyib, geridə qalan qismi çox olan yeməkləri yemək lazımdır. Bunlar bağırsaqları hərəkətə gətirir və şirə axmasına səbəb olur. Bunun üçün, sellülozu çox olan qidalar (tərəvəz, meyvə) yemək lazımdır. Yeməkləri yaxşı çeynəmək lazımdır. 

YEYİLƏCƏK ŞEYLƏR: Günorta və axşam tərəvəz şorbası. Tərəvəz yeməkləri, salatlar, xəmir xörək, xüsusilə yulaf unu ilə yemək lazımdır. Ət yalnız günorta vaxtı yeyilir. 

Hər növ ət, balıq, bol kərə yağı, qara çörək, çovdar çörəyi, suxarı, kartof, mərcimək, şalğam, kök, noxud əzməsi, bol tərəvəz, salat, ispanaq, ərik mürəbbəsi, ravənd qəbizlik üçün çox faydalıdırlar. Çiy və bişmiş hər meyvə, xüsusilə meyvə quruları, quru əncir, üzüm, ərik, tut, qoz, badam, bal yemək lazımdır. Seyid Abdülhakim Əfəndi, “Kəşkül” risaləsində deyir ki, “Əncir, gözəl bir meyvədir, lətif bir qidadır, həzmi asandır, mənfəətləri çox bir dəvadır. Təbiətə mülayimlik verər. Bəlğəmi əridər, böyrəkləri təmizləyər. sidik kisəsindəki qumları aradan qaldırar. Qaraciyərin və dalağın tıxanmış olan dəliklərini açar, bədəni kökəldər. Babasili aradan qaldırar. Nekrisə, romatizmə faydalıdır.” Əncirin Ərəbcəsi “Tin”dir. Tin surəsində Allahu təala ənciri mədh edir. Həm faydalı, həm mübarəkdir. Təzə və ya qurusu ac ikən üç ədədi bir neçə gün yeyilərsə, rahat ishal edər. Səhər və axşam yeməklərindən bir saat əvvəl, iki-üç ədəd təzə və ya quru  əncir yemək sancısız, ağrısız, rahat ishal edir. Şokolad və bənzərləri zərər verir. 

QADAĞAN OLANLAR: Yumurta qəbiz edər, çox az yemək lazımdır. Düyü, tünd çay, şokolad qadağandır. 

YEMƏK CƏDVƏLİ:

Səhər: Təzə meyvə, bir dilim çörək doğranmış şəkərsiz ballı isti süd 300 qram və bol kərə yağı. 

Nahar: Bir qab ət, bir qab tərəvəz, ağ pendir, turp, kərə yağı, kompot. 

Əsr (saat dörddə): Kompot, yüngül çay.

Axşam yeməyi: Tərəvəz şorbası, makaron, kartof və meyvə.

Bağırsaqlarda mayalanan, qaz edən yeməklər yemək lazımdır. Məsələn, bayat ət, qiyməli börək, göbələk, ədviyyatlı şeylər, bayat pendir, qatıq yemək lazımdır. Qazlı içki, limonad, bikarbonatlı su, açıq qəhvə və çay yaxşıdır. 

Bağırsaqları hərəkətsiz olanlar səhər ac qarnına dəymiş meyvə ilə çovdar çörəyi yeməlidir. Bununla təzə tərəvəz yeməyi yemək yaxşı olar. Bir qəhvə qaşığı Karbonat və ya süzülmüş bal bir stəkan ilıq suda əridilərək səhərləri ac qarnına içilməsi lazımdır. Yaxud, iki qəhvə qaşığı Karlsbad duzu bir stəkan ilıq suda əridilərək səhərləri ac qarnına içmək lazımdır. Həm öd qovar, həm bağırsaqları hərəkətə gətirər. Heç ağrı, sancı etmədən su kimi ishal edər. Erbalax və Bilagit həbləri də yaxşıdır.  

Spazmadan olan qəbzlilərin ət yeməməsi lazımdır. Xəmir xörək, tərəvəzli yemək lazımdır. Ədviyyatlı  yeməmək lazımdır. Qəhvə, çay içmək, bibər yemək olmaz. Yağlı yeməkləri də azaltması lazımdır.  

“Duphalac”, “Normacol”, “ Granocol” kimi sürüşdürücü dərmanlar çox faydalıdır. Bu siroplar təsir etməsələr, ertəsi səhər bir şorba qaşığı daha verilər. Sənameki, ravənd, sarı-səbr, fenolftalein kimi təhriş edici maddələrdən çox istifadə etməmək lazımdır. “Təshil-ül-mənafi” də deyilir ki, “Alınan qida bir saatda çölə çıxar. 24 saatda çıxmazsa, xəstəlik əlamətidir.”