Xəstəlikdə şəfa vardır
  • Sual: İslam alimləri, “Xəstəlikdə şəfa vardır. Bədən nə qədər sıxıntı çəkərsə, ruh o qədər rahat olar. Bu bədənə narahatlıq verən hər şey insanın acizliyini anlamasına, Cənabı Haqqa dönməsinə səbəb olar. Bu səbəblə qəlb üçün şəfadır.” buyururlar. Lakin, mən xəstələnəndə ruhum çox acı çəkir, sanki  işgəncə çəkirəm. Demək ki, xəstəlikdə şəfanın olması hər kes üçün deyildir. Elə deyilmi?
    CAVAB
    Siz ruhla nəfsi qarışdırdığınızdan dolayı belə deyirsiniz. İnsanın bir yeri ağrıyanda, az və ya çox xəstələnəndə narahat olan, keyfi pozulduğu üçün, istəklərinə qavuşa bilməyəcəyi üçün dəli-divanə olan nəfsdir. Rahatsızlığımızın nisbətində onun da narahatlığı artar. Qulaq rəngdən zövq almadığı kimi göz də səsdən zövq almaz. Hamısının zövqü fərqlidir.
    Nəfs, Allahu təalanın düşmənidir, hər zaman haram olan şeylərdən zövq alar. Ruhun qidası namazdır və digər ibadətlərdir, haramlar ruhun zəhəridir. Məsələn; musiqi nəfsi bəsləyir. Nəfsimiz musiqidən xoşlanar. Ruh xoşlanmaz, sıxıntı çəkər. Nəfsi ruh ilə qarışdırmamaq lazımdır. İnsan xəstələnəndə günahları əfv olar. Isa əleyhissəlam , “Xəstə olan, müsibətə, fəlakətə uğrayan günahları əfv olacağı üçün sevinməyən alim deyildir” buyurdu. Musa əleyhissəlam da bir xəstəni görüb, “Ya Rəbbi bu quluna mərhəmət et, xəstəlikdən qurtar!” dediyi zaman Allahu təala, “Rəhmətimə qovuşmaq üçün, göndərdiyim səbəblər içərisində olan bu quluma necə rəhmət edim. Çünki, onun günahlarını bu xəstəliklə əfv edəcəm. Cənnətdəki dərəcəsini bununla artdıracam” buyurdu.   
    Müsibətlərə, ələmlərə savab verilməz. Bunlara səbr etməyə savab verilər. Lakin, ələmlərə səbr edilməsə də günahların bağışlanmasına səbəb olarlar. Xəstəlik də müsibətdir, səbr edilməzsə yalnız günahlar əfv olar. Səbr edilər, kimsəyə şikayət edilməzsə, o zaman savab da alınar. Görüldüyü kimi xəstəlik faydalı bir şey