Sirkə faydalıdır
  • Sual: Süfrədə sirkə  olmasının  bir faydası vardır?
    CAVAB
    Evdə, süfrədə sirkə saxlamaq çox yaxşıdır. Hədisi-şəriflərdə buyuruldu ki:
    “Sirkə nə gözəl qatqıdır. Allahu təala sirkəyə bərəkət versin, o, məndən əvvəlki Peyğəmbərlərin də qatqısı idi. Sirkə varsa, başqa qatqıya ehtiyac olmaz.” [İbni Macə]
    “Sirkə yeyənə, Allahu təala iki mələk vəzifələndirər. Yemək bitənə qədər o adama dua, istiğfar edərlər.”  [İ.Asakir]
    “Sirkə olmayan evdə, dolanışıq sıxıntısı olar.” [Əbuşşeyx]
    Sual: Bəzi kəslər sirkənin şərabdan edildiyini, bu baxımdan sirkə yeməyin doğru olmadığını söyləyirlər. Doğrudurmu?
    CAVAB
    Bir çox nəcis şey kimyəvi dəyişmələrlə təmiz olar. Sirkə üzümdən başqa maddədən də edilər. Fəqət, üzüm suyundan edilən daha məqbuldur. Üzüm suyu əvvəl şərab, sonra sirkə olur.
    Şərab sirkə halına dönəndə, artıq bir daha şərablaşmaz. Onun üçün sirkədən istifadə etməkdə zərər yoxdur. Hədisi-şərifdə, “Sirkə nə gözəl yeməkdir” buyuruldu. (Müslim)