Arıqlamaq üçün praktik bilgilər
Sual: Arıqlamaq üçün nə tövsiyə edərdiniz?
CAVAB             
Necə ki, doğru bir Müsəlman haramlardan çəkinirsə, arıqlamaq istəyən də kökəldən qidalardan çəkinməsi lazımdır. Beyinin hər vaxt arıqlamağa hazır olması lazımdır. Arıqlamaq istəyən şəxsin önünə qoyulan nəfis bir paxlava üçün, “Xeyr mən yemərəm” deyəcək əzmə sahib olması lazımdır. Nəfsinin çəkdiyi qidalardan imtina edə bilməzsə, pəhrizindən fayda görməz. 
Mədəni kiçiltmədən tutulan bütün pəhrizlərin təsiri çox az olar, iradəsini itirdiyi an daha çox yeyib içməsinə, daha çox kilo almasına səbəb olar. Hər şeydən əvvəl mədəni böyüdəcək və ya mövcud böyük şəkli dolduracaq qədər çox yeyib içməsi lazımdır.
Pəhrizdə əsas bədənə lazım olan qidaları, mineralları, vitaminləri tam olaraq almaq lazımdır, amma xərclənən kalori alınan kaloridən çox olması lazımdır.
Arıqlayarkən bədənin səhhətinə xələl gəlməməsi, hər gün kafi zülal miqdarını mütləq qəbul etmək lazımdır. Yeməklərin zülalla zəngin olması lazımdır. Ən faydalı zülal yumurta ağında, sonra balıq, süd, ət və paxlalılarda mövcuddur. Zülalın itkisi ilə olan arıqlama əslində bədəndən suyun tükənməsidir. Normal pəhrizə riayət edilən zaman, itirilən su vücud tərəfindən saxlanılır və əvvəlki çəki bərpa edilir. Ayrıca bədənin əzələ quruluşu da əriyərək bədənin zəifləməsinə səbəb olar. 
Arıqlamaq müvəqqəti bir üsul deyil, ömür boyu riayət edəcək bir işdir. Arzu olunan çəki əldə etdikdən sonra, ən az 6 ay bu çəki qorunmazsa, pəhrizə riayət edilməməsilə əvvəlki çəki geri dönər və hətta aşar. 
Əməl olunması lazım olan tədbirlər aşağıdakılardır:
  • Qəbizliyə səbəb olan qidalardan uzaq durmaq lazımdır. Qəbz olmamağın yolu da, kafi miqdarda lifli qida qəbul etməkdir. Lif, taxıllarda, bəzi meyvə və tərəvəzlərdə çox olur. Məsələn, portağal, qreyfut, naringi kimi meyvələr, xiyar, kök, kahı, cəfəri, vəzəri kimi tərəvəzlər liflidir. Yulaf əzməsi də liflidir. 100 % saf olan yulaf əzməsini qatıqla qarışdırıb yemək lazımdır.
  • Səhərləri ac qarnına 2-3 stəkan su içmək lazımdır. Suyun içinə alma sirkəsi əlavə edilərsə, daha yaxşı olar.
  • Gündə 3 litrə qədər su içmək lazımdır. Normadan çox su içməmək lazımdır. Ürək, böyrək və bəzi xəstələrə çox su zərər verir.
  • İki gündə üç pay yemək ən uyğun olanıdır. Əgər buna dözə bilməzsə, iştah kəsici, kalorisi az qidaları az miqdarda qəbul etmək lazımdır. Məsələn; qatıq, xiyar, ləbləbi kimi qidaların yeyilməsi lazımdır. İştahı azaldmaq üçün yağsız qatıq, az miqdarda süd kimi qidaları qəbul etmək lazımdır.
  • Acmadan süfrəyə oturmamaq, doymadan südrədən qalxmaq lazımdır.
  • Unu, şəkərli və yağlı qidalardan uzaq durmaq lazımdır. Çovdar çörəyi yemək lazımdır. Çovdar olmadığı vaxt kəpəkli çörək yeyilə bilər.
  • Yeməyə duzla başladıqdan sonra, acmağı gecikdirmək üçün yeməyə başlayarkən əvvəlcə ət, süd, qatıq, yumurta kimi zülallı qidalar yemək lazımdır.
  • Paxlalıları, tərəvəz və bəzi meyvələri bol yemək, şəkərli meyvələri az yemək lazımdır. Meyvələri yeməkdən əvvəl yemək lazımdır. Gündə bir alma yeməyi əldən qaçırmamaq lazımdır.
  • Yeməkləri çox yavaş yeməli və çox çeynəmək lazımdır.
  • Axşam yeməkləri yüngül olması lazımdır, çünki gecə enerji sərfi az olar.
  • Hər gün bir alma və həftədə bir balıq yemək lazımdır.
  • Hərəkətli olmaq lazımdır, enerji verən işlərdə çalışmaq lazımdır, bu mümkün olmazsa, bol məşq etmək lazımdır. Sürətli getmək də bir məşqdir. İlk 20 dəqiqədən sonra bədəndəki yağın yandırılmasına başlanır. Bunun üçün edilən məşq 20 dəqiqədən çox davam etməsi lazımdır.
  • Sağlamlıq üçün duru yağlara üstünlük vermək, amma arıqlamaq üçün bütün yağları az miqdarda yemək lazımdır. Marqarini heç evə gətirməmək lazımdır. Çünki marqarin maye bitki mənşəli yağların və balıq yağlarının, hidrogenlənib qatılaşdırılmasından əldə edilir. Marqarin, bədən istiliyində ərimiş hala gəlmir. Zərrələr halında dağılmış olmadığı üçün mədə və bağırsaqlarda daş parçaları kimi qatı qalır, səthlərindən aşınaraq həzmi çətinləşir. Bu baxımdan marqarindən uzaq durmaq lazımdır.
  • Yağlı qızartmalardan çəkinmək lazımdır. Kola, qazlı içkilər, qutu meyvə sularından uzaq durmaq lazımdır.
  • Sirkə, limon kimi turş şeylər, zəifləməyə köməkçi olsalar da, iştah açıcı olduğu üçün çox yemək yeməyə səbəb ola bilərlər. Süfrədən qalxarkən sirkə içilə bilər.
  • Yeməklərdən sonra bir xörək qaşığı kəklik otu suyu içmək də faydalıdır.
  • Fındıq, fıstıq, qoz kimi quru meyvələri az yemək lazımdır.
  • Biskvit, tort, vafli, şokolad kimi qidalar, marqarinli, şəkərli və unlu olduğu üçün zəifləməyə mane olur.
  • Yeməklər karbonhidrat [şəkərli qidalar] baxımından az olması lazımdır. Çörək, yarma, düyü, makaron, xəmir yeməklərində çox miqdarda şəkər vardır.
  • Xırda duz yerinə xörək duzundan istifadə etmək lazımdır. Yaxud dəniz və ya qaya duzundan da istifadə edilə bilər.
  • Sıxıntıdan, stressdən uzaq durmaq lazımdır. İnsan sıxıntılı ikən çox yeyər, çox içər. Ailə daxili münaqişə, uşaqların ana-atalarını sevməmələri stressə yol açar. Stress də çox yeməyə səbəb ola bilər.
  • Nə çox, nə də az yatmaq lazımdır. Yetərli yuxunu almaq lazımdır. Az yuxularda maddələr mübadiləsinin sürəti düşər, enerji sərfi azalar və piylənmə artar.
  • Yatmadan əvvəl bir şey yeməmək lazımdır. Tox qarnına yatmamaq lazımdır, xüsusilə göbək qismində piylənməyə səbəb olur. Bunun üçün axşam yeməklərinin bir az erkən və yüngül yeyilməsi lazımdır.
  • Hər dəfə bir növ yemək lazımdır. İkinci dəfə yemək birinci yeməkdə yeyiləndən fərqli olması lazımdır.
  • Bütün arıqlama metodları pəhrizlə birlikdə olarsa istənilən nəticə alınar. Ancaq hər kəsin bünyəsi və bədən ehtiyacı fərqlidir. Birisinə faydalı olan bir şey, digərinə zərər verə bilər. Yaxud bir xəstəlik səbəbiylə bəzi şeylər ona zərərli ola bilər. Bu pəhrizləri həkim tövsiyəsinə uyğun etmək lazımdır.
[Bu yazı həkim və diyetoloqların nəzarətindən keçmişdir. ]