Ağız təmizliyi və misvaq
SualMisvaqın əhəmiyyəti nədir?
CAVAB
Misvaq, əraq ağacının budağından kəsilən parçadır. Ərak budağı olmazsa, zeytun və ya başqa budaqlardan da ola bilər. Nar budağından misvaq olmaz.
Bu gün müasir tibbin diş sağlamlığı mövzusunda ortaya qoymağa yeni başladığı müalicə üsullarını İslamiyyət 14 əsr əvvəl öyrətmişdir. Diş sağlamlığına böyük bir fayda təmin edən misvaq çox sadə və ən yaxşı diş təmizləmə vasitəsidir. Dişlərin çürüməsini önləmək üçün misvaqdan istifadə etmək çox faydalıdır.
Bütün diş pastaları və tozları dişlərə zərər verir. Ən yaxşısı sərt bir fırçadır. İlk əvvəl dişləri qanatarsa da qorxmamaq lazımdır. Diş ətlərini qüvvətləndirər və artıq qanatmaz. (Larousse İllustre Medical)
Bu şəkildə diş təmizliyini təmin edən ən yaxşı vasitə misvaqdır. Diş pastaları ağızdakı faydalı və zərərli bütün mikrobları öldürərkən, misvaq yalnız zərərli mikrobları öldürər. Dinimiz təmizliyin hər növünü əmr etmişdir. Allahu təala, “Təmiz olanları sevərəm” buyurur. (Bəqərə 222)
Hədisi-şəriflərdə buyuruldu ki:
“Cəbrayıl əleyhissalam misvaqdan istifadə etməyi o qədər tövsiyə etdi ki, misvaqın fərz olacağından qorxdum.” [İbni Macə]
“Gecə namazı üçün qalxanda ağzınızı misvaqla təmizləyin! Çünki bir mələk, namazda Quran oxuyanın ağzına yaxınlaşaraq dinləyər.” [Deyləmi]
 “Misvaq ağzı təmizləyər, görməni kəskinləşdirər, diş ətlərini qüvvətləndirər, dişləri ağardar və çürüməyi önləyər, həzmi asanlaşdırar, mədəyə kömək edər, bəlğəmi kəsər, həsənatı artırar. Allahu təalanı razı edər, mələkləri sevindirər.” [Əbu Nuaym]
“Misvaq insanın fəsahatını [danışma gözəlliyini] artırar.” [İ.Adiy, Hatib]
Misvaqın faydaları çoxdur. Ən azı sıxıntını aradan qaldırar, ən yaxşısı da ölərkən şəhadət gətirməyi xatırladar. Siratı keçməyi asanlaşdırar, yaşlanmağı yavaşladar. Rəsulullah əfəndimiz hər vaxt yanında güzgü, daraq və misvaq daşıyardı. Əshabı-kiram hərblərdə belə misvaqlarını əsirgəməzdilər. İmamı Azzm həzrətləri, “Misvaqdan istifadə etmək dinin sünnətlərindəndir”, buyurdu. 
Misvaqdan istifadə etməyin ən az miqdarı üst dişlərə üç, alt dişlərə də üç dəfə sürtməkdir. Misvaqlayarkən dişlərin içi, çölü, üst və alt qisimləri ovuşdurular. Misvaqdan sağ əl ilə istifadə etmək lazımdır. Misvaqı ovucunun içinə almamaq və əmməmək lazımdır. Misvaq, sağ əlin kiçik və baş barmağı altda, digər üç barmaq üstdə olaraq tutular.  Misvaqlamaya başlayanda ağızdakı yaşlığı udmaq yaxşıdır. Ondan sonra udmaq yaxşı deyildir. İstifadə etdikdən sonra misvaqı yumaq lazımdır. Misvaqı yerə yatırmamaq, ağız qismi aşağıya gələcək şəkildə dikinə qoymaq lazımdır. Misvaq, çox yaş, çox quru və bir qarışdan uzun olmaması lazımdır! Yeni alınan misvaqın ucu yüngülcə çəkiclə döyüləndə tel-tel ayrılar. Suya qoymaq lazım olmaz.