Xəstəliklər və çarələri
ANEMİYA (qan azlığı): Dəri, dodaqlar, göz qapaqları solğun olur. Çırpıntı, baş gicəllənməsi, tənginəfəslik, ağrılar, mədə ağrısı olur. Qanda eritrositlər azalır. Leykositlərin sayı dəyişmir. Qan itirmək, havasızlıq, işıq azlığı, hərəkətsizlik və bəzi xəstəliklər səbəb olur.
İştah az olur. Sevdikləri yeməklər verilməlidir. Bezdirənə qədər ət yedirmək doğru deyildir. Tərəvəzli yeməklər, ətdən daha faydalıdır. Çünki mədəni korlamaz.
Əti müxtəlif formada vermək lazımdır. Beyin çox yaxşıdır. Çünki, beyində dəmir var, qan əmələ gətirir. Sümük suyu və iliyindən verilməlidir. Qan əmələ gəlməsini asanlaşdırır. Dana əti suyu, yumurta sarısı çox verilməlidir. Qaraciyər və dalaq kababı çox yeyilməlidir. Bu ikisi qan əmələ gətirir. Tərəvəz əksik olmamalıdır. Vəzəri, ispanaq, yaşıl kələm, kasnı, cəfəri, quru meyvələr, dovşan əti, toyuq pətənəyi, yumurta sarısı, qulancar(quşqonmaz), yaşıl noxud, kartof, lobya, kök və mərciməkdə də dəmir vardır. Çox faydalıdırlar. Hər meyvəni yemək lazımdır. Ət yeyə bilməyənləri məcbur etməməlidir. Əti tərəvəz, xəmir yeməyi ilə verməlidir. Dəmiri, yodu bol olan qidalar, məsələn, nərə balığı, sazan, hamsi(kilkə), ilan balığı yeməli, təzə balıq yağı içməlidir. Mədə və qaraciyər cövhəri , fol turşusu və B12 vitamini qəbul etmək  lazımdır.
 ARTERİO-SCLEROZ (Damar kirəcləşməsi): Qan təzyiqi yüksək olur. Nəbz atması uzanarkən çoxdur. Ayaq üstə durarkən azdır. Nəfəs darlığı, döyüntü, gecələri sidiyə çox qalxmaq, şəffaf və bol sidik, qaraciyər çatışmamazlığı bu xəstəliyin əlamətləridir.
Qaraciyər, bədən fabrikinin böyük bir laboratoriyasıdır. Sağ qabırğa sümüklərinin və diafraqmın altında yerləşir. Nazik bağırsaqlardan qida maddələrini və bir miqdar zəhərli maddələri almış olan qanı gətirən kapilyar damarlar, birləşərək bir vena halında qaraciyərə girir. Burada təkrar kapilyar damarlara ayrılır. Hər birindəki qan, xəlbirdən süzülürmüş kimi, qaraciyərin içində yayılır. Sonra yenə başqa kapilyar damarlara girir. Bunlar da birləşərək, ciyərdən çıxan bir damar, bu qanı ürəyin sağ qulaqcığına aparır. Qaraciyər, bağırsaqlardan gələn qandakı karbohidratları saxlayır. Qana lazım olan, az miqdarını ürəyə göndərir. Beləcə qaraciyər, ehtiyat şəkər deposu vəzifəsini görür. Yumurta ağı maddələrinə və yağlara da təsir edir. Gələn duzların bir qismini ürəyə göndərir. Bir qismini də, sonradan yavaş-yavaş göndərir. Bir qismini öd ilə təkrar bağırsaqlara göndərir. Bağırsaqdan gələn zəhərli maddələri məhv edir. Qan ilə gələn zülal parçalarından sidik cövhərini sintez edib, yavaş-yavaş böyrəklərə göndərir. Xarab olan eritrositlərin qırmızı boya maddələri artıqlarından, öd boyası və öd turşusu hazırlayır. Bu turşu, yağların həzminə kömək edir. Bu iki maddə, qaraciyərdə xolesterin adlanan yağ kimi bir maddə ilə birləşir. Xolesterin efirə çevrilir. Efirləşən xolesterinin, cəmi xolesterinə nisbəti, normal halda, 70%-dir [0,70]. Bu nisbətin azalması, qaraciyər çatışmamazlığını göstərir. Bunun üçün qaraciyər xolesterinlə bağlı maddə mübadiləsində təsirli olur ki, arteriya kirəcləşməsində mühimdir. Bu üç maddə, ödü meydana gətirir. Qaraciyər, bu duru maddəni, davamlı olaraq öd kisəsində toplayır.
İnsan qaraciyərindən, iyirmi dörd saatda, yeddi yüz litr qan keçməkdədir.
Səhhəti yerində olan bir insanın qaraciyərində müxtəlif miqdarda yağ toplanır. Bu miqdar, mənimsənilən yağ miqdarına, yağların sovrulmasına, qaraciyərə nəql tempinə və qaraciyərdə yağların oksidləşmə sürətinə bağlıdır. Artıq yağ yeyildiyi zaman qaraciyərdə neytral yağ miqdarı artır. Xolesterinli maddələr yeyilərsə, yağ və xolesterin toplanır. Qaraciyərdə yağ toplanarsa, karbohidrat [glikogen] miqdarı azalır və ciyər hüceyrələrinin çoxalma qüvvəti pozulur. Aclıqda, yağlı toxumalardan ayrılıb qana qarışan yağ da qaraciyərdə toplanır. Şəkər xəstələrində, qanda yağ çoxaldığı üçün də, qaraciyərdə yağ toplanır. Yoluxucu xəstəliklərdə və fosfor, xloroform, dörd xlorlu karbon kimi qaraciyər zəhərləri alınmasında da yağ [Lipid] toplanır.
Qaraciyərdə yağ toplanmasını azaldan və yağları ciyərdən çıxaran maddələrə (Lipotropik) maddələr deyilir. Xolin, metionin, inositol və B12lipotropikdirlər. Çünki bu cismlər, Fosfolipid metobolizmini tənzim edirlər. Bu maddələrin dəyişmələri pozulduqda, qanda xolesterin çoxalır. Bundan da serroz, diabet, nefrit, qan təzyiqinin artması, damar kirəcləşməsi, ürək damarlarında xəstəlik əmələ gəlir. Damarlarda lipidlər yığılır. Lipotropiklər, qaraciyərin zəhərləri təmizləmə qüvvəsini də artdırmaqdadır.
Damar kirəcləşməsinin gedişatı iki cür olur: A) Damarların daxili səthləri xolesterinlə örtülür. Qan təzyiqi yüksəlir. B) Qaraciyər və böyrək çatışmazlığı əmələ gəlir.
Birinci hal üçün, pəhriz saxlamalı, az su içməlidir. İkinci baxımdan, qaraciyər və böyrəkləri zədələməmək üçün, mədə və bağırsaqlardan gələcək zəhərləri azaltmaq lazımdır. Bu iki halın qarşısını almaq üçün, xəstəyə xolesterini az və zəhərqovucu südlü tərəvəz pəhrizi verilir. Zeytun yağlı ənginar yeməyi qanda xolesterini azaldır. Yod və yod birləşmələri faydalıdır. Məsələn, kalium yodid, lipiodol, pepton iodé, (İodopepton Kazım) verilir. (Sülfarlem), xolesterini əridir və qaraciyəri qüvvətləndirir.
Xolesterini az pəhriz, damar kirəcləşməsində, podaqrada, bəzi şəkər xəstələrində, qandakı çox miqdardakı xolesterini azaltmağa yarayır. Qanda xolesterin artıq olarsa, damardaxili səthlərdə toplanaraq (aterom) adlanan lövhələr əmələ gətirir.
QADAĞAN OLAN YEMƏKLƏR — Yumurta, süd, ağ pendir, xüsusilə, boyat pendir, qaymaq, kərə yağı, beyin, daxili orqanlar, balıq kürüsü, yağlı ət, süni kərə yağları, şokolad, qatı bitki yağları, qoz, fındıq, badam, xurma kimi yağlı maddələr və siqaret qadağandır.
Prof. Dr. Süleyman Yalçın, 16.7.1985 tarixli Türkiyə qəzetindəki bəyanatında, (Donuz ətində yüksək miqdarda aşkarlanan yağ və xolesterol, damar kirəcləşməsinə səbəb olur) deməkdədir. 23 Mart 1988 tarixli Türkiyə qəzetində deyilir ki, (Avropanın ən çox oxunan sağlamlıq jurnalı (Neuform kurier), donuz ətinin dəri xəstəliklərinə, xərçəngə, qan təzyiqinin artmasına, revmatizm və qripə səbəb olduğunu və donuz ətində heç bir vitamin olmadığını, zərərinin çox olduğunu bildirməkdədir.) Duru yağlar və şəkərli maddələr az miqdarda verilə bilər. Qızardılmış yeməklər vermək olmaz.
Böyrək iltihabı da varsa, əti, tərəvəzi azaltmalı, turşəng, qulancar(quşqonmaz) və turş şeylər verməməlidir. Qan təzyiqinin yüksəkliyi, diabet, köklük varsa, bunlar da müalicə olunmalıdır. Qan təzyiqinin artmasına qarşı, duzsuz pəhriz yaxşıdır.
 — XLOROZ (zəiflik): Dəri solğundur. Göz qapaqları və topuqlar şişir. Nəfəs çatmazlığı, döyüntü, qadında aybaşı pozulması, sinir pozulması, isteriya tutmaları, iştahsızlıq, qəbzlik və qusma müşahidə olunur.
Açıq, havalı yerdə yaşamalıdır. Üzüntü, kədərlənmə olmamalıdır. Fiziki yükü yüngül olmalı, bədən hərəkəti artıq olmamalıdır. Gec yatmamalı, doqquz saat yatmalıdır.
Müxtəlif və bol qidalar yeyilməlidir. Süd, yumurta, ət, göyərti, püre (əzmə), xəmir yeməyi yeyilməlidir. Çox ət yeməyə çalışmamalı, ağ ətə üstünlük verilməlidir. Xəmir xörəyi, yaşıl tərəvəz çox yemək lazımdır. Bunlarda, xüsusilə, ispanaqda dəmir vardır. Qəhvə və çay açıq olmalıdır. Dənli qidalar, mərcimək, lobya yaxşıdır. Meyvə çox yeməlidir. Plov, sıyıq, dolma kimi düyülü yeməklər yeməlidir. Yemək arasında isti şərbətlər və iştahaçıcı bitki suları içməlidir.
Xloroz xəstələrinın çoxunda, qan azlığı olduğu üçün, bunlar anemiya pəhrizi də saxlamalıdır. Dəmir tərkibli dərmanlar çox faydalıdır.
— SİRROZ (Qaraciyər sərtləşməsi): Müxtəlif formaları vardır. Alkoqol və donuz əti, qaraciyərin və sinir sisteminin amansız düşmənidir. Qaraciyər şişir və ya kiçilir. Qarında su yığılır. Ayaqlarda ödəm olur. Bəzən anal dəlikdən qan gəlir. Mədə ağrısı, qan dövranı pozğunluğu olur. Yaxud sarılıq, halsızlıq, qızdırma, rəngli sidik, dalaq şişməsi olur. Uremiya kimi də görünür.
Bol ət, az yağ verməlidir. B vitamini çox faydalıdır. Məsələn, pivə mayası verilir. Pivə mayası, pivə deyildir. Alkoqolu yoxdur. C və K vitamini olan dərmanlar və limon verilir.
Hər gün, bir litr süd verilir. Çörək yeyə bilər. Yaşıl tərəvəz, yaxşı bişmiş ət verilir. Zəhər əmələ gətirməyən şeylər yeməsi əsasdır. Bunun üçün boyat yeməklər, ov əti qadağandır. Çox təzə balıq yeyə bilər. Ədviyyatlı, turş, turşulu şeylər yeməməlidir. Boyat pendir qadağandır. Südlü-tərəvəzli qida yeməlidir. Dəmir və arsen preparatı qəbul etməlidir. Ödəm pəhrizi və susuzluq pəhrizi saxlamalıdır.
— KONSTİPASİYA (Qəbizlik): Ayaq yoluna az və qatı çıxılır. Ümumi bədəndə dəyişikliklərə səbəb olur: İştahsızlıq, nəfəs darlığı, öd yollarının iltihabı, baş ağrısı, taqətsizlik, zəhərlənmə səbəbi ilə titrətmə və bədən temperaturunun yüksəlməsi ilə müşahidə olunur.
Qəbizliyin müxtəlif səbəbləri vardır: 1- Bağırsaq tıxanması, 2- Qida səbəbi. Sürətli həzm edilən maddələri yemək, 3- Mədə şirəsi ifrazının pozulması, 4- Bağırsaq əzələsinin hərəkət qüvvəsinin azalması, 5- Anal dəliyin halqasının yığılması [spazmı, büzülüb qalması] kimi. Qəbizliyi olanlar, hər gün eyni saatda ayaq yoluna çıxmalıdır. Məsələn, səhər qalxdıqda və axşam yatarkən çıxmalıdır. Bir dəfə çıxmaq kifayət edir. İki dəfə, daha yaxşıdır.
Həzm olunmayıb geridə qalan qismi çox olan yeməkləri yeməlidir.
Tövsiyyə olunan yeməklər - Günorta və axşam, tərəvəz şorbası. Tərəvəz yeməkləri, salatlar, xəmir xörəkləri, xüsusilə, yulaf unu ilə yeyilməlidir. Ət, yalnız gündüz vaxtı yeyilir.
Hər növ ət, balıq, bol kərə yağı, qara çörək, çovdar çörəyi, quru çörək(suxari), kartof, mərcimək, qırmızı turp, kök, noxud püreləri, bol tərəvəz, salat, ispanaq, ərik mürəbbəsi çok yaxşıdır. Çiy və bişmiş hər meyvə, xüsusilə quru meyvələr, quru əncir, üzüm, ərik, tut, qoz, badam, bal yeməlidir. Seyyid Abdülhakim əfəndi, (Kəşkül) risaləsində deyir ki, (Əncir, təmiz bir meyvədir. Lətif bir qidadır. Həzmi asandır. Mənfəətləri çox olan bir dəvadır. Təbiətə yumşaqlıq verir. Bəlğəmi parçalayır. Böyrəkləri, sidik kisəsindəki qumları təmizləyir. Qaraciyərin və dalağın tıxanmış olan dəliklərini açır. Bədəni kökəldir. Babasili aparır. Padaqraya, revmatizmə faydalıdır.) Əncirin ərəbcəsi (Tin)dir. Tin surəsində Allahü təala, ənciri mədh etməkdədir. Həm faydalı, həm mübarəkdir. Təzə və ya qurusu ac vaxtı üç ədədi bir neçə gün yeyilərsə, rahat ishal olar. Səhər və axşam yeməklərindən bir saat əvvəl, iki-üç ədəd təzə və ya quru əncir yemək, sancısız, ağrısız, rahat ishal etdirir. Şokolad və madlen şokoladı, bunlara zərər verməkdədir.
Qadağan olan yeməklər - Yumurta qəbz edir. Çox az yeməlidir. Düyü, tünd çay, şokolad qadağandır. Yemək cədvəli – Səhər: Təzə meyvə, bir dilim çörək doğranmış şəkərsiz ballı isti süd, 300 qram və bol kərə yağı.
Günorta: Bir boşqab ət, bir boşqab tərəvəz, ağ pendir, turp, kərə yağı, kompot.
Günortadan sonra (saat 4-də): Kompot, açıq çay.
Axşam yeməyi: Tərəvəz şorbası, makaron, kartof və meyvə.
Bağırsaqlarda mayalanan, qaz əmələ gətirən yeməklər yeməlidir. Məsələn, boyat ət, qiyməli kökə, göbələk, ədviyyatlı şeylər, boyat pendir, qatıq yeməlidir. Qazlı su, limonad, açıq qəhvə və çay yaxşıdır.
Bağırsaqları hərəkətsiz olanlar, səhər ac qarnına, yetişmiş meyvə ilə çovdar çörəyi yeməlidir. Bununla, təzə tərəvəz yeməyi yemək yaxşı olar. Bir çay qaşığı çay sodası və ya süzülmüş bal bir stəkan ilıq suda əridilərək səhərlər ac mədəyə içilməlidir. Yaxud, iki çay qaşığı Karlsbad duzu bir stəkan ilıq suda əridilib səhərlər ac ikən içilməlidir. Həm ödü təmizlər, həm bağırsaqları hərəkətə gətirər. Heç ağrı, sancı vermədən, su kimi ishal etdirər.
Spazmlı olan qəbizlilər, ət yeməməlidir. Xəmir xörəyi, tərəvəzli yeməlidir. Ədviyyatlı qidalar yeməməlidir. Qəhvə, çay, bibər qadağandır. Yağlı yeməkləri də azaltmalıdır.
Bağırsaq yumşaldıcı dərmanlar çox faydalıdır. Səna otu, Aloe Vera, fenolftalein kimi qıcıqlandırıcı maddələri normadan artıq istifadə etməməlidir. “Təshil-ül-mənafi” də deyilir ki, (qəbul olunan qida, bir saatda xaricə çıxır. 24 saatda çıxmazsa, xəstəlik əlamətidir.)
— XOLEMİYA (Sarılıq):  Öd turşuları qana keçdiyinə görə, dərisi, üzü, gözləri sarı olur. Pəhriz ilə birlikdə, bədən hərəkətləri və isti hamam lazımdır. Ağır hallarda uzanmalıdır.
Xolemiya xəstəsi yağsız süd, yağlı pendir, qravyer pendiri yeməlidir. Yumurta az yeməli və ilıq olmalı, yəni az bişməlidir. Xəmir xörəyi, düyülü, kartoflu yeməklər yeməlidir. Bişmiş salat, tərəvəz yeməklərinin çoxu yaxşıdır. Lakin turşəng, ispanaq, pərpətöyün yeməməlidir. Hər yetişmiş meyvə, qızarmış çörək, bəyaz kərə yağı yaxşıdır.
Ərinmiş yağ, sana yağı, marqarin kimi yağlar, kərə yağının yerini tutmaz. Bəli, bunlar həqiqi yağdır. Lakin duru yağlardakı yağ turşusu kimi çox karbonlu böyük molekulların, nikel katalizatoru ilə hidrogen verilərək doyurulması ilə hazırlanır. Yağ turşusu, stearik turşusuna çevrilərək qatı yağ, donmuş yağa çevrilir. On səkkiz karbonlu, böyük yağ molekulları, həzm mayaları tərəfindən rahat parçalana bilmir. Çətin həzm olunur. Kərə yağındaki tri bütirin efiri isə, kiçik molekul olduğuna görə tez həzm olunur. Bundan başqa, kərə yağı emulsiya (supya) halındadır. Mayalar, kərə yağı zərrələrini rahat həzm edir.
Qatılaşdırılmış yağlar isə, supya halında deyildir. Bədən temperaturunda ərimir. Zərrələr halında dağılmış olmadığına görə mədə və bağırsaqlarda, daş parçaları kimi qatı qalırlar. Ancaq, səthlərindən aşınaraq çətin həzm olunurlar.
[Marqarin, yəni süni kərə yağı satışda müxtəlif uydurma adlarla mövcuddur. Marqarin ilk dəfə 1286 [m. 1870] da üçüncü Napoleonun arzusu ilə Parisdə Mege-Mourié tərəfindən oleomarqarindən hazırlanmışdır. Oleomarqarin, iç yağının yüksək temperaturda təzyiq altında süzülməsindən əldə edilən duru yağdır. Otuz hissə oleomarqarin, iyirmi beş hissə qaymağı alınmış inək südü və əlli beş       hissə su ilə uzun müddət qarışdırılıb emulsiya, yəni supya halına gətirilir. Duz, boya əlavə edilərək hazırlanırdı. Beləcə otuz yeddi dərəcədə əriyən, həzmi rahat, yaxşı bir marqarin əldə edilirdi. Bu  gün oleomarqarin yerinə maye bitki yağların və balıq yağlarının, hidrogenlənərək qatılaşdırılmasından əldə edilən stearin yağları istifadə olunur. Qatılaşdırılmada vitaminlər məhv olduğu üçün, sonradan A və D vitaminləri əlavə edilərək, qida dəyəri yaxşı olsa da, həzmləri çətin olmaqda, kərə yağının yerini tutmamaqdadır. Marqarin, yunanca inci demək olan marqaron kəliməsindən alınmışdır].
Qadağan olanlar - İç yağı, yağlı ət, boyat ət, dəniz və ov heyvanları, ətli xəmir yeməkləri, kələm, ispanaq, pərpətöyün otu, turşəng, turp, ədviyyat, boyat pendir qadağandır.
Yalnız günorta yeməyində, yağsız ət, kabab, toyuq, yağsız təzə balıq, dil yemək olar. Quru tərəvəz yeməyi, çay, qəhvə qadağandır. Şəkərli qidalar  və tortlar yeməlidir.
— ÜRƏK XƏSTƏLİYİ — Ürək zədələnməmiş, sağalması mümkündürsə, pəhrizə ehtiyac yoxdur. Xüsusilə, axşam yeməkləri yüngül olmalıdır. Çox su içməməli, sulu yemək az olmalıdır. Ov əti, konservləşmiş qidalar, ədviyyat, mayalanmış pendir yeməməlidir.
Ürək qüsuru varsa və tam aradan qaldırılmazsa çox ciddi pəhriz lazımdır. Ət heç yeməməli və ya fasilələrlə, az miqdarda, yaxşı bişmiş yeməlidir. Nəfəs darlığı varsa, duzu azaltmalıdır. Axşamlar az yeməli, yeməkdən sonra yeriməməlidir.
Yağsız süd, yumurta, gündüz vaxtı bir az suda qaynadılmış ət, qızarmış çörək, tərəvəz, unlu, xəmir yeməyi, təzə pendir, meyvə yeməlidir.
Gündə bir litrdən çox su içməməlidir. Xəstə tez-tez bədən çəkisini ölçməlidir. Çəkisi artarsa bədənə su yığıldığı aydın olur. Mayeni azaltmaq lazımdır.
 — ASİSTOLİYA (Ürək çatmamazlığı): Ürək tam sıxışmayıb, venalardakı qanı çəkə bilmir. Kiçik və böyük qan dövranında qanın hərəkəti azalır. Ayaqlar şişir (ödəm). Qarında su yığılır, sidik kəsilir.
Yataqda istirahət etməlidir. Həyəcanlanmamalı, sinirlənməməlidir. Tam istirahət etməlidir. Çox az yeməlidir. Qatı yeməklər qadağandır. Duru yeməklər də az olmalıdır. Beləcə, bədəni yormamalıdır. Bunun üçün, gündə yeddi dəfə yeməlidir.
Səhər 8-də: 50 qram nişasta ilə hazırlanmış sıyıq. Saat 10-da: Bişmiş alma və ya mürəbbəsi. 12-də: 50 qram yaxşı bişmiş balıq ilə 30 qram çörək. 14-də: Bir bişmiş alma və ya mürəbbəsi. 16-da: Bir fincan süd. 20-də: Buğda əzməsi və ya xəmir yeməyi verilir.
Gündə 900 qramdan çox su içməməlidir. Bu pəhriz 1-2 ay davam etməlidir. 
 — DİABET (Şəkər xəstəliyi): Sidikdə şəkər aşkar olunur. Sağlam insanın qanında, ac vaxtı litrdə 1 qram qlükoza olur. Litrdə 1,30 qramı keçərsə, xəstəlik əlaməti olur. 1,60 qram olduqda, sidikdə şəkər var deməkdir. Sidik artır, susuzluq, aclıq, zəifləmək, halsızlıq, çiban, qaşıntı müşahidə olunur. Diabet iki cürdür:
1 — Bədəni əritməz. Yağlı və oynaq ağrısı olan kimsələrdə çox olur. Sidikdəki şəkər, qidadan olur.
2 — Bədəni əridir. Az təsadüf olunur. Pankreas pozulmuşdur. Sidikdəki şəkər, qidadan və toxumaların əriməsindən əmələ gəlir.
Diabet xəstələrində, həzm pozulması, albüminuriya, bronxit, vərəm, çiban, qara yara (şir pəncə), qanqrena (barmaq və s. çürüməsi), qıc olma, inadçı nevralgiya (sinir ağrısı), diabetik koma (uzun bayılma) ola bilər.
Həftədə iki dəfə, ilıq hamama girməlidir. 20 dəqiqə yuyunub, sonra dəsmal ilə ovmalıdır. Dəniz və soyuq su hamamı yasaqdır. İsti paltar geyinməli, isti yerlərdə yaşamalıdır. Bədən hərəkəti etməli, massaj, yürüyüş, velosiped, qılıncoynatma faydalıdır. Namaz qılmaq, çox faydalıdır.
Pəhriz mühimdir. Diqqət etmək lazımdır. Sinirlənməməli, həyəcanlanmamalıdır.
Yağlı diabet pəhrizi – Əvvəlcə üç gün sulu pəhriz (rejim) edilir. Gündə 3-4 litr su içilir, yataqdan qalxmır. Səhər işlədici dərmanlar verilir. Beləcə qan şəkəri sürətlə azalıb normaya enir. (Bir litr qanda bir qram şəkər olur. Yəni, yüz qram qanda yüz milliqram şəkər olur.) Yaxud, üç gün, yaşıl tərəvəz yeməlidir. Üç gün sonra az ət verilir. Artıq ət, asidoz və aseton əmələ gətirə bilər ki, ikisi də təhlükəlidir. Bol tərəvəz yeməlidir.
Yasaq olanlar - Şəkərli və nişastalı hər maddə yasaqdır. Bunlara (karbohidrat) deyilir. Hər cür şirniyyat, meyvə, xəmir yeməkləri, karbohidratlı tərəvəzlər, məsələn kök, qırmızı turp, soğan, çuğundur, turp, lobya və bu kimi paxlalı,dənli qidalar qadağandır.
Hər cür ət yemək olar. Tərkibində qlikogen olduğu üçün qaraciyər yasaqdır. Hər yeməkdə, 50 qram çörək yeyilə bilər. Qabığı daha yaxşıdır. Buğda və qlüten çörəkləri yeməlidir. Artıq zülal (ət) və yağ asidoz əmələ gətirə bilər. Bu isə zəhərdir. Yağ az yeməlidir. Kərə yağı və zeytun yağına üstünlük verilməlidir. Qoz, fındıq, püstə, badam kimi yağlı meyvə yeməlidir. Vəzəri, kahı, xiyar, kasnı, ispanaq, yaşıl lobya kimi tərəvəzlər və kələm, gül kələm, ənginar, kərəviz, turşəng, yeralması, yerdombalanı göbələyi yeyilə bilər.
Kartofda 17 % nişasta olduğu halda, yeyilə bilər. Çörək yerinə, zeytun yağlı kartof püresi verilir. Kartofda qələvi duzları olması faydalıdır. Yumurta, pendir yemək lazımdır. Şəkərsiz halda süd içilə bilər.
Limonad, qazlı su yasaqdır. Su və mineral suları, bikarbonatlı sular sərbəstdir. Şəkərsiz, çay və qəhvə içilə bilər. Şəkər yerinə saxarin həbləri istifadə etməlidir. Hər susadıqda, az su içməlidir. Çox su, mədəni korlayar.
Asidoz təhlükəsi olduğu zaman, bir gün yulaf unu verilir. Yulaf unu, uzun zaman, az duz və kərə yağı ilə bişirilir. Soyuduqda yumurta ağı ilə qarışdırılır. 250 qram un, 100 qram yumurta ağı və 300 qram kərə yağı qarışımı bir gündə yeyilməlidir. Bundan sonra üç gün, müxtəlif tərəvəz və yumurta verilir. Albüminuriya da varsa, daha artıq süd verilməlidir. Şəkəri deyil, zülalı düşürmək lazımdır. Diabetlə podaqra [yəni oynaq ağrıları] birləşərsə, ağ ət və bala heyvan ətləri yeyilməməlidir. Az qırmızı ət və çoxlu tərəvəz yeyilməlidir.
Bədəni əridən diabet -Arıqladır. Yenə də çox ət verilməməlidir. Normadan artığı, aseton zəhərlənməsinə səbəb ola bilər. Kərə yağı verməli, balıq yağı içirilməlidir. Bol yaşıl tərəvəz yeməlidir. Kartof yeməlidir. Karbohidratlı (şəkərli, nişastalı) maddələri arada bir verməlidir. Bunlar, şəkəri yüksəltsə də, aseton zəhəri əmələ gətirməzlər. Bunları, təsiri əks olan ət ilə tarazlaşdırmaq lazım olur.
İşləyən bir şəkər xəstəsinə gündə 250 qram qlükoza [və ya karbohidratlı maddələr] ilə 100 qram yağ və 60 qram zülal verilir. Xəstə bu qədər qlükozaya dözə bilməsə, insulin iynəsi vurmaq lazım olur.
Qanda aseton olarsa, yataq rejimində istirahət edilməlidir. Yalnız süd verməlidir. Gündə 2-3 litr verilir. Limon suyu, bikarbonatlı su içməlidir.
Sidikdə şəkər axtarmaq : Fehling meyarı ilə axtarılır. Lakin Fehling məhlulu, uzun zaman saxlanıla bilməz, xarab olar. Təzə hazırlamaq lazımdır. Daha rahat olması üçün, qapaqlı şüşəyə 5 %  mis sülfat (CuSO4) məhlulu qoyulur. Rezin və ya tıxac qapaqlı başqa bir şüşəyə 10 %  Natrium hidroksid (Na OH) məhlulu qoyulur. Bunlar, illərlə korlanmadan qalır.
İyirmi dörd saatlıq sidik yığılıb bundan və ya yeməkdən sonra götürülən sidikdən təcrübə şüşəsinə, yarıdan çox qoyulur, qaynadılır. Sonra, 2-3 damla etan turşusu əlavə olunur. Albümin(zülal) çökür. Şüşə qıfdakı pambıqdan və ya qıvrılmış süzgəc kağızından süzülür. Süzülən məhluldan, bir kolbanın üçdə birinə qədər qoyulur. Üzərinə, eyni miqdarda sodium hidroksid məhlulu qoyulur. Üzərinə, mis sülfat (gözdaşı) məhlulu damladılır. Sidikdə şəkər varsa, meydana gələn mavi bulanıqlığın təkrar əridiyi görülür. Sidik tünd mavi olur. Mis sülfat məhlulu, o qədər damladılmalıdırki, meydana gələn mavi (mis iki hidroksid) Cu (OH)2 çöküntüsü, kolba çalxalandıqda, artıq əriməz olsun və bir az bulanıqlıq görülsün. Çöküntü çox olmamalıdır. Bunun üçün, məhlulu daha artıq damlatmamalıdır. Tünd mavi məhlul atəşdə qızdırılır. Qaynamadan əvvəl, sarı (mis bir hidroksid) Cu OH bulanıqlığı olarsa, şəkər olduğu anlaşılar. Sarı narıncı bulanıqlıq yavaş-yavaş əmələ gələrsə, şəkərin az olduğunu göstərir. Qaynadıqda əmələ gəlsə, şəkər çox azdır.
Halvada, tortda və şirniyyatlarda qlükoza olub-olmadığı da, belə aydınlaşır.Adi şəkərlə [saxaroza ilə] hazırlanan şirniyyatlar, sarı narıncı olmur.
Sağlam insanın sidiyində şəkər olmaz. Sidiyin bir litrində olan qlükoza miqdarını bilməyin faydası yoxdur. İyirmi dörd saatda çıxan şəkər miqdarı, xəstəliyin dərəcəsini və pəhrizin necə olacağını göstərir. Xəstəlik olmayıb, artıq qidadan da qlükozuriya ola bilər. Bunu anlamaq üçün, səhər ac qarına, 150 qram qlükoza şəkərinin 300 qram suda ərinmişi, birdəfəyə içilir. Hər saat, sidikdə şəkər araşdırılır. Şəkər olarsa, qidadan olduğu aydın olur. Qaraciyərin şəkər tutmadığını göstərir.
Yüngül diabet xəstələri, qidalarına diqqət etdikdə, şəkər normaya düşür. Orta dərəcədəkilər, ciddi pəhrizlə idarə edilir.
Ağır şəkli, ciddi pəhriz və dərmanla, yataq rejimində, müalicə tələb edir.
Sağlam insanın sidiyində iki santiqram aseton vardır. Ac olanda, miqdarı artır. Qanda aseton, sirkə turşusu və oksibutrat turşusu olarsa, asidoz deyilir. Asidoza, yağlar çox, zülallar az səbəb olur. Şəkər və nişastalı qidalar isə, asidozu azaldır. Asidozu olmayan şəkər xəstələrində, aclıq, sağlam insanda olduğu kimi, asidoz əmələ gətirir. Asidozu çox olan xəstələrdə isə aclıq, asidozu azaldır. Asidoz komasında olana, şəkərli su içirilir. Bikarbonatlı su içirilir. Bir litr, 3% məhlulu damara daxil edilir.
 — DİAREYA (İshal): Ayaq yoluna tez-tez və maye halda çıxılır. Əvvəlcə qarın ağrısı olur. İnsanı zəiflədir. Anemiyaya (qan azlığına) səbəb olur. Diareya, bir çox xəstəliklərin əlamətidir. Məsələn, enterit(bağırsaq iltihabı) və ya mədə sıxıntısı, həzm pozulması, zəhərlənmə və ya infeksion xəstəlik olduğunu xəbər verir. Pəhriz də bu xəstəliklərə görə müxtəlif olur.
İnfeksion mənşəli ishallarda, sulu qidalar verməli, ancaq süd verməməlidir. Yalnız bağırsaqlardakı mikroblardan və ya əsəb səbəbilə osmosun artmasından isə, təzə qızarmış ət, çiy və ya suda qaynadılmış (az bişmiş) yumurta, düyü və ya arpa unundan hazırlanmış qidalar, heyva kompotu, evdə bişmiş boyat çörək verilir. Çiy alma, kök, keçi buynuzu yeməlidir.
Öncə bol su içilir. Qaynanmış su, düyü həlimi və ya mineral su içirilir. Sonra karbohidratlı qidalar verilir. Süd məhsulları yaxşı təsir etməz. Süd yerinə tərəvəz suyu verilir.
Tərəvəz suyu, buğda, arpa, quru ağ lobya, noxud, mərcimək kimi quru tərəvəzlərdən birindən otuz qramı, üç litr suda, üç saat qaynadılır. Sonra 5 qram duz əlavə edilir, süzülür. Bir litr qalır ki, bir gündə içilir. Arpa suyu da yaxşıdır.
Qeyri infeksion ishal, iki cürdür. I: Maddəi-qaita(nəcis) köpüklü, qazlı olarsa və nişasta da varsa, (Fermantasion)lu (qıcqırmış)Kolopati deyilir. Bunlara təzə çörək, kartof, quru tərəvəz, xəmir yeməyi, pendir verilməz. Şirniyyat da azaldılır. II: Nəcis qara, çox qoxulu, amonyaklıdırsa, (Pütrefaksion)lu(çürümüş) Kolopati deyilir. Unlu və şəkərli qidalar verilir. Ət suyu verilməz. Bəyaz ət və balıq kababları verilir.
Az bal və qatıq verilir. Alkoqollu, ədviyyatlı, çay, qəhvə kimi qıcıqlandırıcı qidalar verilməz. Kələm, gül kələmi, pomidor, qabaq, ispanaq kimi sellülozu çox olan tərəvəzlər də verilməz. Salat, kərəviz, kök, ənginar verilir. Günlük yumurta, yetişmiş meyvələr və kompot verilir.
Şiddətli ishalda zülallı su verilir. Bunun üçün, dörd yumurta ağı, bir litr suda çalxalanır. Bir az şəkər və gül suyu qoyulur. Qarın, pambıq və ya yun mayka və ya canlıq ilə sarılmalıdır. Ağır hallarda uzanmalıdır.
 —  Mədə genişlənməsi: Boş olduğu zaman kiçilməyən mədə deməkdir. Mədədən çalxantı səsləri gəlir. Yeməklərdən sonra qarın şişir. Gəyirmə, çoxlu qaytarma, qəbz, baş ağrısı olur.
Gündə iki yemək yeməlidir. Arada bir şey yeməməlidir. Qidanın həcmi az olmalıdır. Anomal fermentasiya (mayalanma)lardan uzaq durulmalıdır. O halda, az su içməlidir. Qazlı su və qaz əmələ gətirən mayelər içməməlidir. Çiy tərəvəzlər, salat, şorba, sulu qidalar, mədəni şişirən hər şey qadağandır. Qara və qanlı ət, konservləşdirilmiş ət yeməməlidir. Yağlı balıq, iç yağı, quyruq yağı, yağsız pendir yeməməlidir.
Yaxşı bişmiş qırmızı və bəyaz ət, nişastalı tərəvəz püreləri, az miqdarda bişmiş yaşıl tərəvəz, qızarmış çörək, yumurta, şəkərsiz meyvə kompotları yeməlidir. Açıq çay, çobanyastığı içilir. Tamamilə susuz qalmaq doğru deyildir.
Yemək iki növ olur: 1- 11-də və 18-də iki dəfə yeyilir. Arada, aclığa dözülməzsə, çörəklə, peçenye ilə bir açıq çay içməlidir. 2- Üç saatda bir yüngül yeməkdir. Günorta və axşam, bir az qüvvətli olur. Yemək arasında isti su içməlidir. Sulu qidalar heç yeyilməzsə, sidiyə çıxılmaz, Oynaq xəstəliyi olar.
Yeməklərin mədədə toplanmaması, ağırlıq verməməsi üçün yeməklərdən sonra, yarım saat sağ yan üstünə uzanmalıdır. Xəstəxanaya yatırmalıdır.
 — ENTERİT (Qarın ağrısı): Qalın bağırsaqların yüngül iltihablanmasıdır. Bağırsaq membranı pozulur. Əsəbi və oynaq ağrılı kimsələrdə görülür. Bəzən ishal, bəzən qəbz olur.
Əsəbiliyi aradan qaldırmaq üçün səhərlər, xəstə ilıq (35 dərəcədə) suda hamamda yuyunmalıdır. Açıq havada gəzməlidir. Evdə bədən hərəkətləri etməli, [qəza namazları qılmalıdır].
1 — Mədə və bağırsaqların yükünü yüngülləşdirməlidir.
2 — Bu xəstələrə qəbz çox zərərlidir. Qəbz olmamaq üçün, mədə və bağırsaqlar boş qalmamalıdır. Bunun üçün çörək yeməlidir.
Qəssab və broyler heyvanları yeyilir. Təzə və yağsız olmalıdır. Kabab olmalı, lakin quru olmamalıdır. Konservləşdirilmiş ət qadağandır. Ərimiş kərə yağı yeyilə bilər. Yağsız balıq (çay balığı, ala balıq, durna balığı, çapaq balığı kimi) yeyilir.
Nişastalı tərəvəzlərin yağsız püresi yeyilir. Yaşıl tərəvəz çətin həzm olunur.
Süd və südlü məhsullar heç verilməz. Süd, qəbz edər. Süd yerinə tərəvəz suyu verilir. Yumurta da qəbz etdiyi üçün qadağandır. Bişmiş pendir az verilir. Maya pendiri heç verilməz. Xəmir yeməkləri verilir. Düyü, çörək verilir. Ancaq, yaxşı bişmiş olmalıdır. Yalnız; təzə və ərinmiş kərə yağı qoyula bilər. Kəklikotu və portağal çiçəyindən başqa bütün ədviyyatlar, duz və bibər qadağandır. Şəkər və tort az verilir. Yetişmiş meyvə yeyilir. Şirin meyvə kompotları verilir. Heyva, tut, çiyələk kimi dənəli meyvələr, qəbz etdiklərinə görə qadağandır. Su sərbəstdir. Açıq çay, ot çayları sərbəstdir. Yağlı ət suları, ancaq çörək doğrayaraq və az verilir.
Ağır hallarda, sulu pəhriz edilir. Tərəvəz suları verilir. Yüngülləşdikdə, nişastalı, düyü unu verilməyə başlanır. Sonra kartof, sonra ümumi pəhrizə görə yeyilir.
Süleymaniyyə kitabxanası, (Laləli) bölümündə, [3735] saylı kitabda deyir ki, (Qarın ağrısı və qarın qaçması və qarında su toplanmasına qarşı, 10 qram şəkəri, 20 qram sadə yağ ilə əzib qarışdırılır, içirilir. Yaxud, ərəbcə Fak və ya Arhun adlanan ağ və yumşaq tomlan göbələyi, [Beletus] qurudulub döyülür. Bal mumu ilə qızdırılır, qarışdırılır. Soyuduqda, qarının üzərinə yaxıb yapışdırılır. Yaxud raziyana döyülüb sirkə ilə qaynadılır. Süzüb yanmış zəy ilə xəmir hazırlanıb qarın üzərinə çəkilir. Çox faydası görülmüşdür, təcrübə edilmişdir). Ağır bir şey qaldıran, rəf kimi yüksək yerlərə uzanan və ya çox üzülənlərdə, (Qarın sallanması) əmələ gəlir. Qarın üzərinə barmaq ilə və ya ayaq topuğu ilə basdırıldığı zaman, altındakı damarın atışı(pulsasiya) eşidilməkdədir. Qarnı sallananın, damar atması eşidilmir. Başı dönür, ürəyi bulanır, daxili sıxıntı gəlir, huşunu itirəcək kimi olur. Epigastralgie adlanan qarın ağrısı olur. Yorğunluq, halsızlıq olur. Qarın sallanması əleyhinə, səhər ac ikən, arxası üstə uzanıb, qarın açılıb, üzərinə ikiqat parça və bunun üzərinə, qaynar su dolu, dibi geniş çaydan qoyulur. Qulpu parçayla tutulur. Üzəri yorğanla örtülür. Belə yarım saat uzadılır. Qarın yerinə gələnə qədər, yəni damar atması eşidilənə qədər, bir neçə səhər, buna davam edilir. (Fəvaidi Osmaniyyə)dəki mıska da yaxşıdır.