Ata-ananın dinə zidd əmrləri
  • Sual: Valideynlərim hicab geyinmələrimə qarşıdırlar. Etiraz edərkən də ana-ata haqqından bəhs edirlər, nə etməyimi məsləhət bilirsiz?
    CAVAB
    Ana-atanın dinə uyğun əmrləri yerinə yetirmək lazımdır. “İçki iç, namaz qılma, açıq gəz” deyərlərsə bu əmrlərinə tabe olunmaz. Belə əmrlərə tabe olmayan kimsə üsyankar övlad deyildir. Uşaqlarını dinə uyğun böyütməyən ana-atanın övladı üzərində haqqı olmaz. Ana-atanızı incitmədən həll etməyə çalışın. Sizin dinə tabe olmağınızdan ana-atanız narazı olarsa, bunun sizə bir zərəri olmaz. Kim nə deyərsə desin, təsəttürə riayət edib, namazınızı qılmağa çalışmağınız lazımdır.
    Munasib vaxtlarında bu yazıları onlara oxuyun. Qurani-kərimdə məalən buyurulur ki:
    “[Ey ailə rəisləri] Özünüzü və ailə şəxslərini Cəhənnəm atəşindən qoruyun!” [Tahrim 6]
    Hədisi-şərifdə də buyuruldu ki:
    “Hamınız çobansınız və hamınız  raiyəsindən [saxladıqlarından, evindəkilərdən və əmri altındakılardan] cavabdehdir. Çoban sürüsünü qoruduğu kimi siz də evinizdə və əmriniz altında olanları Cəhənnəmdən qorumalısınız! Onlara Müsəlmanlığı öyrətməsəniz cavabdeh olarsınız.” [Buxari, Müslim, Tirmizi, Əbu Davud, İ. Əhməd, Tabərani]
    Sual: Atam “Qızım, açıq gəzməsən haqqımı halal etmərəm” deyir. Mən də atamın qəlbinin qırılmaması üçün və mənə haqqını halal etməsi üçün açıq gəzsəm günah olarmı? Ərim də açıq gəzməyimi istəyir. “Mən də haqqımı halal etmərəm” deyir.
    CAVAB
    Dinə zidd olan işdə heç kimin sözünə riayət etmək olmaz. Ana, ata, ər və rəis də əmr etsə, onun sözü yerinə yetirilməz. Bir hədisi-şərif məalı belədir:
    “Xaliqə üsyan olan işdə, məxluqa itaət olmaz.” [Hakim]
    Yəni, Allaha qarşı olan və günah olan bir işdə məxluqa, yəni insanların sözünə uyulmaz. Edilən iş Allahın rizasına uyğun deyilsə, ana-ata da, ər də söyləsə mənası yoxdur, qəlbi qırılmış olmaz. Bədduaları da keçərli olmaz. Ana-atanın və ərin xətri üçün günah işləmək olmaz. Onlara ana haqqını, ata haqqını, ər haqqını verən də Allahu təaladır. Səni də onlara əmanət etmişdir. Bəs sənin haqqın nə olur? Sənin haqqını niyə heç gündəmə gətirmirlər? Hamımız ən əvvəl Allahu təalanın haqqına, yəni dinimizin əmr və qadağalarına riayət etməliyik.
    Sual: Atalığım Allaha inanmır, Peyğəmbər əfəndimizə təhqir edir. Bunun rizasını almağım lazımdırmı?
    CAVAB
    Belə bir kimsə dinsiz deməkdir. Dinsiz atalığın rizasını almaq gərəkməz. Hətta öz ana-ataları da belə olsa, dinsiz kimsələrin bayramlarda əllərini öpmək caiz olmaz.
    Atam həyatını yaşa, deyir
    Sual: Atam öləndə yazdığı vəsiyyəti tapdıq. Orada, “Oğlum, kəfənin cibi yoxdur, qəbrə bir şey apara bilməzsən. Onun üçün uzaqgörən ol! Ye, iç, əylən, həyatını yaşa! Geridə qalanlar kimi dünyanın nemətlərindən məhrum qalma!” deyir. Atamın vəsiyyətinə tabe olmağım lazımdırmı?
    CAVAB
    “Allaha üsyan olan işdə qula itaət olmaz” əmrinə görə Allahın bildirdiklərinə zidd olan vəsiyyətlərə tabe olunmaz. Tabe olunarsa Allaha üsyan edilmiş olar.
    Atanız açıq söyləyə bilmirsə də ateist olduğu başa düşülür. Ateist, öldükdən sonra dirilməyə inanmadığı üçün “Qəbrə mal apara bilməzsən, ölərkən torpaq olacaqsan, dünyada nə edərsən yanına qazanc qalar. Bu isə uzaqgörənlikdir. Geridə qalanlar kimi malını xeyrə, həsənətə sərf etmə!” demək istəyir. Köhnə dediyi insanlarda Müsəlmanlardır. Ateist namuslu olmadığı üçün Müsəlman deyə bilmir, belə geridə qalanlar kimi sözlərlə sataşır.
    Atanız Müsəlman olsaydı belə deyərdi:
    “Oğlum, öldükdən sonra sonsuz həyat başlayacaqdır. Bu həyata hazırlanmaq lazımdır. Orada lazım olanları buradan götürməyimiz lazımdır. Dünya axirətin tarlasıdır. Burada nə əkərsən, axirətdə onu biçərsən. Əvvəlcə namazını axsatma, xeyir həsənət et ki, axirətdə qarşına çıxsın.”
    Dinsiz kimsələrin çoxu utanmamaq üçün “Biz də Müsəlmanıq, amma o qədər çox deyil, içki də içərik, ibadət də edərik” deyərlər. İçki içdikləri doğrudur, ibadət etdiyi yalandır. Çünki ibadət edənləri “geridə qalan” ləqəbiylə damğalayırlar. Necə olur ki, özü ibadət edər.