Əsilzadəlik əhəmiyyətlidirmi?
Sual: Kürəkən və ya gəlin seçilərkən, namizədin, yoxsa ailəsinin xüsusiyyətlərinə baxmaq lazımdır?
CAVAB
İkisinə də baxmaq lazımdır. Məsələn, etiqadı düzgün olmalı, namaz qılmalı, dinimizə uyğun geyinməlidir. Pis xasiyyətlərdən uzaq olmalıdır. Bundan sonra ən mühüm meyar ailənin xüsusiyyətləri gəlir. İndiki vaxtda bu çox əhəmiyyətlidir. İndiki vaxtda gənclərin evini ailələrin uşaqlıq hərəkətləri yıxır. Nişan, toy mərhələsindəki, ev qurmadakı lazımsız, pis adətlər isə ayrı bir mövzudur. 
“Əsilzadə azmaz, bal iy verməz” deyə bir atalar sözü var. Yaxşı bir ailədən gələn kimsə nə qədər təhrik edilərsə edilsin, ailəsindən aldığı tərbiyəni pozmaz deməkdir. Yəni, kübar ailədən asanlıqla problem çıxmaz. Çıxan problemləri də ədalətli və ciddi şəkildə həll edərlər. Dağıdıcı deyil, quruçu olarlar. Qocalarımızdan eşidərdik, amma mənasını tam anlaya bilməzdik. “Qız soydan alınıb, soya verilməli” deyərdilər. İndi ailə böyüklərinin etdiklərini, yeni evlənən gənclərə həyatı zəhər etdiklərini görüncə bu atalar sözlərinin qiymətini daha yaxşı anlamağa başladıq.
Bu barədə atalar sözlərindən bəziləri belədir:
  • Anasına bax qızını al, qırağına bax bezini al.
  • Əsilzadə ilə evlənmək çətindirsə də, dolanması asandır.
  • At alarsan dayçadan, qız alarsan soydan al.
  • Atı yazın al, dəvəni payızın, qızı da gəzin [araşdıraraq]
  • Parçanı Mosuldan, qızı əsildən al.
  • Alma soysuzun qızını, sürər gedər anasının izini.
Bir yoldaş bunu anlatdı: Sonradan görmə bir qonşumuz var. Çox kibrli birisi idi, xanımı da eyni...  Oğlu salehə bir qızla evləndi. Qayınana olan bu xanım evə gələr, mebellərin qoyuluş şəklini, evin dizaynını bəyənməz. Hər səfərində dəyişiklik edər. Evin yerləşmə nizamına belə etiraz edər. Gəlin sonra bəyəndiyi kimi edəndə,  “Bizim sözümüz niyə dinlənmir” deyərək gəlini hər dəfəsində danlayar. Təbii ki, onlar gedincə evdə gənclər bir-birilə dava edər. Nəticədə bir neçə ay sonra gənclər ayrıldılar.
Diqqət edilərsə, yalnız ev tənziminə qarışmaqdan irəli gələn hadisə nəticəsi ailə dağıldı. Bu hadisə də göstərir ki, yalnız kürəkənə və gəlinə deyil, ana-atasına, yəni soyuna da baxmaq lazımdır. 
Kübarlılıq belə çox əhəmiyyətlidir, evlənərkən əsilzadə ailə olmasına diqqət etmək lazımdır, ancaq əsilzadəlik hər şey də deyildir.
Əsilzadəlik hər şey olsaydı, haşa dinlər lazımsız yerə göndərilmiş olardı. Adəm atamızdan və Həvva anamızdan sonra heç bir insanın kafir olmaması lazım gələrdi.
Əsilzadəlik hər şey olsaydı, atası kafir olan bir insanın Müsəlman olmaması lazım gələrdi. Halbuki müsəlman olub övliya belə, İslam alimi belə olanları vardır. Məsələn, Əbu Cəhil kafirinin oğlu Həzrəti İkrimə əshabi-kiramdan idi. Yəni, sonra gələn övliyadan da böyük şəxs idi.
Əsilzadəlik hər şey olsaydı, atası peyğəmbər ikən kafir olanlar olmazdı. Halbuki Həzrəti Adəmin oğlu Qabil  və Həzrəti Nuhun oğlu Kənan kafir idi. Uşaq mütləq ataya oxşayar deyə bir qayda yoxdur.
Bir başqa xüsus, təhsillə, tərbiyə ilə də bir insan peyğəmbər olmaz. Peyğəmbərlik Allahu təala tərəfindən verilər.
Bir kimsə, kübar bir ailəyə mənsub olmasa da gözəl xasiyyətli isə, dindar isə, onun üçün gözəl xasiyyəti və dindarlığı kübarlılıqdan  çox qiymətlidir. Hədisi-şəriflərdə buyuruldu ki:
“Gözəl xasiyyət kimi əsilzadəlik olmaz.” [İbni Macə]
“Qadın, malı, gözəlliyi, əsilzadəliyi və dindarlığı üçün nikah edilər. Sən dindar olanı seç ki, maddi və mənəvi nemətə qovuşasan!” [Buxari]
“Qadını yalnız malı və gözəlliyi üçün alan malından da, gözəlliyindən də xeyr görməz. Dindarlığı üçün evlənənə Allahu təala ikisini də nəsib edər.” [Tabərani]
“Qadını gözəlliyi üçün seçməməli, gözəlliyi onu həlaka sürükləyə bilər. Yalnız mal üçün də seçməmək lazımdır, malı onu zərərə sala bilər. Dindar olanla evlənin!”  [İbni Macə]
Nəsihət ilə əsilzadə olmayan insan da tərbiyə edilə bilər. Onun üçün Qurani-kərimdə məalən buyurulur ki:
“Nəsihət et, nəsihət möminlərə əlbəttə fayda verər.” [Zariyat 55]
 Əsilzadə olmayanı tərbiyə etmək mümkün olmasaydı, Peyğəmbər əfəndimiz, “Əxlaqınızı gözəlləşdirin” buyurardı? (İbni Lal)
Həzrəti Loğmana, “Ədəb, əsilzadəlik, mal və elmdən hansı daha üstüdür” deyə soruşmuşlar. “Ədəb əsilzadəlikdən, elm maldan üstündür” buyurdu.