Yaxşı kimsə ilə evlənmək lazımdıri
Sual: Dinimizdə irqi ayrıseçkilik vardır? Zənci ilə, alman ilə, yapon ilə, qaraçı ilə, sünni ilə şiə ilə, xristian ilə, buddist ilə, ateist ilə evlənmək günahdırmı?
CAVAB
Kişi və ya qadın olduğunuzu yazmamışsınız. Çünki cavab fərqli olar. Dinimizdə Müsəlman kişilərin Əhli-kitab [Xristian və ya Yəhudi] olan qadın ilə evlənmələri təhrimən məkruh olsa da caizdir. Fəqət Müsəlman bir qadının Əhli-kitab olan bir kişi ilə evlənməsi caiz deyildir. Evlənməyə niyyət etdiyi an Müsəlmanlıqdan çıxar. Müsəlman kişi də, Müsəlman qadın da Buddist ilə, Ateist ilə evlənə bilməz. Evlənən, Müsəlmanlıqdan çıxmış olar. 
Dinimizdə irqi ayrıseçkilik qətiyyətlə yoxdur. Dini ayrıseçkiliyi vardır. Qaraçı olmaq, zənci olmaq bir irqdir. Saleh bir müsəlmandırsa, evlənməkdə heç bir zərər yoxdur.
Bir qadın müsəlman olan alman ilə və ya yapon ilə evlənə bilər. Ancaq o kimsənin saleh olması mühümdür. Namaz qılması və haramlardan çəkinməsi lazımdır.
Kişinin də evlənəcəyi qadında olması olan xüsusiyyətlərin əvvəlində namaz qılması və təsəttürə riayət etməsi gəlir. Mən müsəlmanam. deyən bir qadın namaz qılmırsa, təsəttürə riayət etmirsə onunla evlənmək günah olar. Mən müsəlmanam deyən bir kişi də namaz qılmırsa, spirtli içki, zina, oğurluq kimi haramlardan çəkinmirsə, onunla da evlənmək günah olar. Çünki Şirət-ül İslam kitabındakı hədisi-şəriflədə buyuruldu ki:
“Qızını fasiqlə evləndirənin duası və ibadətləri qəbul olmaz.”
“Fasiq kişi ilə evlənməyə razı olan kimsənin qəbrindən qalxarkən alnında, “Allahın rəhmətindən ümidini kəsmiş” yazısı olar.”
“Şəfaətimə qovuşmaq istəyən qızını fasiqlə evləndirməsin!”
[Fasiq, açıqdan günah işləyənə deyilir. Məsələn, namaz qılmayan, təsəttürə riayət etməyən fasiqdir. Fasiqlə, yəni açıqdan günah işləyənlə evlənmək doğru deyildir. Hələ inancı pozğun biri ilə evlənmək heç doğru deyildir.]
Müsəlman kişinin də ədəbi, həyası, əxlaqı gözəl olan dinini, imanını, İslamın şərtlərini öyrənmiş, İslamiyyətə tabe olan, küçədə dinin əmr etdiyi şəkildə geyinən namuslu bir qız ilə evlənməsi lazımdır. iffət sahibi dinini qoruyan salehə bir qız axtarmalı, “malı çox, gözəl bir qız olsun” deməməsi lazımdır. Mal üçün, gözəllik üçün, irq üçün, rəng üçün iffəti və salahı [dinə olan bağlılığı] əldən qaçırmaması lazımdır! Bir hədisi-şərif məali belədir:
“Gözəlliyi və malı üçün bir qadınla evlənən ikisindən də məhrum qalar. Dini üçün, salehə olduğu üçün evlənənə mal və gözəllik də nəsib olar.” [Tabərani]
Nəticə:
Kişi olsun qadın olsun evlənəcəyi kişinin, haramlardan qaçan, namazını qılan və digər ibadətlərini edən, gözəl əxlaqlı biri olması lazımdır. Yalnız boyuna, qaşına, gözünə baxan, böyüklərin sözünü dinləməyən dünyada və axirətdə inləyər.
Evlənəcək şəxsin irqi və rəngi mühüm deyildir. Mühüm olan yaxşı insan yəni saleh Müsəlman olması, fasiq olmaması və etiqadının düzgün olmasıdır.
Sual: Namaz qılmayan biri ilə irəlidə qılar ümidi ilə təsəttürsüz bir qız ilə irəlidə təsəttürə girər ümidi ilə evlənmək uyğundur?
CAVAB
Namaz qılmadıqca, təsəttürə girmədikcə evlənmək uyğun deyildir.
Düşmənlik təhlükəlidir
Sual: Heç bir qrupa mənsub olmayan, fəqət doğru kitabları da oxumamış olan bir qızla evlənmək uyğun olar?
CAVAB
Doğru kitabları oxumamasının o qədər zərəri olmaz. Zərərli olan, başqa kitabları oxuyub lakin doğru olan kitablara düşmənlik bəsləməkdir. Evlilik üçün digər şərtlər mövcud isə, məsələn etiqadı düzgündürsə, namaz qılırsa, təsəttürə riayət edirsə, Əhli-sünnət kitablarına düşmənliyi də yoxdursa, evlənməkdə zərər olmaz.
Evlənərkən
Sual: Evlənmək üçün talib olduğum qızların heç birini bəyənmirəm. Kimisinin boyu uzun, kimisinin qısa, kimisi kilolu, kimisi zəif, kimisi məndən böyük, kimisi də məndən kiçik deyirəm. Kimisinə çirkin, kimisinə kasıb deyirəm. Heç kimi bəyənmirəm. Bu mövzuda ölçümüzün nə olması lazımdır?
CAVAB
Ölçümüzü dinimiz bildirmişdir. Yaş və boy fərqi dində önəmli deyildir. Çirkin və kasıb da ola bilər. Olmaması lazım olan tək şey dində zəiflikdir. Dini nöqsandırsa, hər şeyin mükəmməl olmasının əhəmiyyəti yoxdur. Çünki Peyğəmbər əfəndimiz buyurur ki:
“Qadın, ya malı üçün və ya gözəlliyi üçün yaxud da dini üçün alınar. Siz dindar olanını alın! Tək malı üçün alan, malına qovuşa bilməz. Tək gözəlliyi üçün alan, gözəlliyindən məhrum qalar.” [Müslim]
Peyğəmbər əfəndimizə inanmasaq kimə inanacağıq? Öz nəfsimizə inanacağıq? Dindar isə gözəllik də ona verilər, deyilir. Allahu təala hər şeyə qadirdir, çirkin belə olsa bizə çox gözəl göstərər onu. Demək ki, bizim tək seçimimizin dindarlıq olması lazımdır. Dindar olarsa, xoşbəxt olmamaq üçün heç bir səbəb qalmaz.  
Qızların da, qadınların da, yalnız dindar olanını, yəni beş vaxt namaz qılan, Əhli-sünnət etiqadında olan və yaxşı xasiyyətli olub günahlardan çəkinənlərini seçmək lazımdır. Dindarlıq ön plana alınmazsa, o ailədə rahatlıq olmaz.