Tayı ilə evlənmək
Sual: Təcrübəli şəxslər, “Evlənərkən seçəcəyin həyat yoldaşın təhsili öz təhsilinizlə eyni olmasına və bir də eyni bölgədən olmasına diqqət etməniz lazımdır” deyirlər. Bu vəziyyət dini baxımdan da belədirmi? Bir qız kişidə nələri axtarması lazımdır?
CAVAB
Yaxşı dolanmaqda təhsilin və eyni bölgədən olmağın üstünlükləri vardır. Amma bunlar şərt deyildir. Təhsil fərqi çox olarsa, onun səviyyəsinə enib bir şey izah etmək çətin olar. Fərqli bölgələrdən olarsalar vərdişləri fərqli olduğu üçün razılaşma çətin ola bilər. Eyni bölgədən olarsa adətlərdə razılaşma asanlaşar. Amma qızda və kişidə bu üç xüsusiyyətin olmasına diqqət etmək lazımdır:
  1. Dininə bağlı olmalıdır.
  2. Sağlam olmalı, evliliyə kölgə salacaq xəstəlikləri olmamalıdır.
  3. Xasiyyəti, əxlaqı yaxşı olmalıdır. Hər şeyə hirslənən, birəyə görə yorğan yandıran şəxslərlə dolanmaq çətin olar.
Bu xüsusiyyətlərə sahib olan oğlanı da, qızı da tayı ilə evləndirmək lazımdır.
Hədisi-şərifdə buyurulur ki:
“Qızınızı küfvünə [tayına] uyğun olanla evləndirin.” [Tirmizi]
Küfüv, kişinin soyda, malda, din işlərində və şərəfdə qadına uyğun olması deməkdir. Yoxsa, zəngin olmaq, maaşı çox olmaq, təhsilli olmaq və eyni bölgədən olmaq demək deyildir. Küfüv, kişinin saleh Müsəlman olması, namaz qılması, içki içməməsi, yəni İslamiyyətə tabe olması və ehtiyacını qazanacaq qədər iş sahibi olması deməkdir. Kişinin bu xüsuslarda qadından üstün olması lazımdır. Eyni olsa da olar.
  1. Sənətdə kişi daha üstün olmalı və tay olmalıdır. Aşağı sənətli kişi, yuxarı sənətli qadının tayı olmaz.
  2. Kişi qadından zəngin olmalı, yaxud gəliri, qadınınkından çox və ya eyni olmalıdır. Zəngin qadın, kasıb kişinin tayı sayılmaz. Kişi, mehri muaccəli və bir aylıq qazanc verəcək imkandadırsa, zəngin qadına tay sayılı Kəndli kişi, şəhərli qızın tayı sayılır.
  3. Kişi qadından daha dindar olmalı və ya eyni olmalıdır. Fasiq kişi, salehə qızın, hətta saleh kimsənin qızının tayı ola bilməz.