Kasıb bir gəncin ibrətli məktubu
Biz kasıb gənclərin müştərək dərdi evlənib bir ailə qura bilməməkdir. Təhsillə birlikdə pul dərhal hər qapını açar. Bunlar yoxsa, istər ağzınızla quş tutun, istər saleh olun faydası yoxdur. Çoxu, “Həm saleh olsun, həm də zəngin və təhsilli olsun” deyir. Üçünün birlikdə olması hər zaman mümkündürmü? Saleh olduqdan sonra digərlərini istəmələrinin səbəbini anlaya bilmədik.
Tövsiyə ilə beş-on nəfərə getdik. Biri, “Qardaşım, namaz qıl yetər. Başqa şey istəmirik” dedi. Tamam dedim, işdə bu oldu. Qızın atası, “Madam bir ailə quracaqsan, ailənin möhkəm olması lazımdır. Evinə bunları al, nişanı edək” deyərək bir siyahı uzatdı. Qabyuyan maşını və təmizlik robotundan tutmuş, mebelə qədər, ancaq zənginlərin evində olan bütün ev əşyalarını yazmışdı. Hamısının dəyəri beş-on mini aşır. 
Siyahını verən şəxsə gedib, “Vallah mən bank soya bilmərəm” dedim. Mənə, qəribə-qəribə baxaraq, “ Nə bank, nə soyacaqsan?” dedi. “Verdiyiniz siyahıdakı əşyaları ala bilməyim üçün zəngin olmadığıma görə, başqa çıxış yolu yoxdur” dedim. Son cavabı bu oldu: “Evlənəcək gəncin bu əşyaları hazırlamış olması lazımdı. Mən övladımı küçədən tapmamışam. Mənim qızım bunlar olmadan iş görə bilməz.”
“Bəs namaz qılmağım bəs idi, madam qızına bunlar şərt isə, özünüz alın” deyə bilmədən ayrıldım. Başqalarına da getdim. Onlar da daha başdan, “Evin varmı, bunları ala biləcəksənmi?” deyə soruşurlar. Məndən xeyr, cavabını alanda, onlar da xeyr deyirlər. 
Bir də çox kasıb bir ailənin qızına elçi düşdüm. Atası, “Bilirsən, biz kasıbıq. Bütün toy xərclərini sən edəcəksən. Evinə də heç olmasa, bu əşyaları alacaqsan” dedi. “Gücüm çatdıqca alsam olmazmı?” dedim. “O biri qızımı sənin kimi birinə verdim. Quru evdə qızcığaz pərişan oldu. Bunu da eyni vəziyyətə salmaq istəmirəm” dedi. 
Heç bir problem çıxarmayan kasıb birinə getdim. O da, “Qızımı tək oturtacaqsan, yanına ananı istəmərik” dedi.
Digər kasıb yoldaşlarımız da buna bənzər hadisələrlə qarşılaşdı. Kiminə qısa boylu dedilər, kiminə çirkin dedilər. Kiminə də çox iri dedilər. Kimini də öz yanlarında oturtmaq istədilər. Fəqət, pul və təhsil olsaydı, bəlkə bunlara heç baxmazdılar.   
Vəziyyətimiz belədir. Bu gedişlə evdə qalacağam... Bir qızın küfvü  [tayı] nə deməkdir? Ana-atamız günahkar deyə başımıza bunlar gəlir? Zadəganlıq nədir?
CAVAB
Bəhs etdiyiniz hadisələr demək olar ki, hər yerdə, hər vaxt belədir. Əsrlərdən bəri, “İndi rəğbət gözəl ilə zənginə” demişdirlər. Bunu dəyişdirmək çox çətindir. Bunu ancaq həqiqətən dininə bağlı olanlar dəyişdirə bilər. Bunlar heç yox deyildir. Bizə rast gəlməmişsə də mütləq vardır. “Onlar zəngindir, bizə qız verməz” deyə sui-zənn etmək də doğru olmaz. Uyğun görülən qapıları açmaq lazımdır, bir açan tapılar inşallah. 
Allahu təalaya dua edib xeyirlisini istəmək lazımdır! Rəbbimizin bir adı Mucibdir. Yəni, Oa açılan əlləri boş çevirməz, boş çevirməkdən həya edər. Yetər ki, şərtlərinə uyğun dua edilsin! 
Ən şərəfli kəslər
Quranı-kərimdə isə məalən buyurulur ki:
“Allah qatında ən şərəfliniz, təqva əhli olanınızdır” [Hucurat 13]
[Təqva əhli olmaq, Allahdan qorxub dinin əmrlərinə tabe olmaq və qadağan etdiklərindən çəkinmək deməkdir.]
Rəsulullah sallallahu əleyhi və səlləm buyurdu ki:
“Bir qızın küfvünü  [tayını] tapanda dərhal evləndirin!” [Tirmizi]
Görülür ki, qadını, qızı küfvü ilə evləndirmək lazımdır. Küfv, kişinin soyda, malda, din işlərində və şərəfdə qadına uyğun olması deməkdir. Küfv demək, zəngin olmaq, maaşı çox olmaq demək deyildir. Küfv olmaq, kişinin saleh müsəlman olması, namaz qılması, spirtli içki içməməsi, yəni İslamiyyətə tabe olması və ehtiyacını qazanacaq qədər iş sahibi olması deməkdir. Kişinin, tək zəngin olmasını istəyənlər, ev sahibi olmasını istəyənlər,  qızlarını fəlakətə sürükləmiş, Cəhənnəmə atmış olarlar. Qızın da namaz qılması, başı, qolu açıq küçəyə çıxmaması lazımdır.