Evlənməyin fayda və zərərləri
Sual: İndiki vaxtda evlilik zərərlidir? Evlilikdə diqqət ediləcək xüsuslar nələrdir?
CAVAB
Evlənməyin fayda və zərərləri şəxsdən şəxsə görə dəyişər. Kimisi üçün evlənmək dünya və axirət səadətinə səbəbdir. Kimisi üçün isə zərərli ola bilər. Biriylə evlənmək istəyənin bir neçə dəfə istixarə etməsi, Haqq Təalaya sığınması, nəfsin və pis kəslərin araya qatılmasından qorunmaq üçün, yalvarması lazımdır.
Evlənməyin faydalarından bir neçəsi bunlardır:
  • Evlilikdən uşaq ola bilər. Övladı saleh olarsa onun üçün dua edər. Onun səbəbiylə bir çox nemətlərə qovuşar. Hədisi-şərifdə buyuruldu ki:
“Öldükdən sonra savabı kəsilməyən yaxşı işlərdən biri də saleh övlad yetişdirməkdir. Ana-atası öldükdən sonra belə övladın etdiyi dualar ana-atasına yetər.” [Müslim]
Uşaq ana-atasından əvvəl kiçik ikən ölər, ana-atası da bu kədərə qatlanarsa, uşaq onlara şəfaətçi olar. Hədisi-şəriflərdə buyuruldu ki:
“Uşağa Cənnətə gir, deyilər. Hirslə, “Ana-atamı götürmədən girməm” deyər. Sonra ana-atası ilə Cənnətə girər.”  [Nəsai]
“Uşaqlar Cənnət qapısının önündə toplanıb, hamısı birdən qışqırıb, ana-atalarını istəyərlər. Qışqırmaları ana-ataları oraya gələnə və hər biri ana-atasının əlindən tutub Cənnətə girənə qədər davam edər.”  [İ.Qəzali]
  • Evlənməyən gözünü haramdan qorumaya bilər. Evlilik şeytanın pislik etməsindən uzaqlaşdıra və dinini qorumağa kömək edə bilər. Hədisi-şərifdə buyuruldu ki:
“Evlənən dininin yarısını qorumuşdur. Artıq digər yarısını qorumaq üçün də Allahu təalaya qarşı gəlməkdən çəkinin!” [Tabərani]
“Şükr edən qəlbə, zikr edən dilə və axirət barəsində sizə köməkçi olacaq salehə bir xanıma sahib olmağa çalışın!” hədisi-şərifində xanımın zikr və şükrlə birlikdə buyurulması salehə xanımların bir nemət olduğunu göstərir. Dinini qorumaqda köməkçidir. (Tirmizi)
Həzrəti Ömər buyurdu ki:
“İmandan sonra yaxşı bir xanımdan daha böyük bir nemət yoxdur.”
İndiki vaxtda subay qalaraq dini qorumaq çətindir. Evlənmək dini qorumağa köməkçidir. Hədisi-şərifdə buyuruldu ki:
“Bir gənc evlənəndə şeytan belə deyər: Eyvah, dinini məndən qorudu.”  [İ.Asakir]
Başqa bir hədisi-şərifdə də evlinin 2 rükət namazının, subayın qıldığı 80 rükətdən daha çox savaba qovuşacağı bildirilmişdir. (Ramuz)
  • Qadınların pis xasiyyətlərinə və onların ehtiyaclarını təmin etmək üçün səbr etmək üstün ibadətlərdəndir. Hədisi-şəriflərdə buyuruldu ki:
“Günahlardan bir günah vardır ki, ailəsindən çəkdiyi sıxıntıdan başqa bir şey ona kəffarə olmaz.”  [Tabərani]
Pis qadınlar arasına düşərək nəfsinə aldanıb haram işləməkdən qorxan gəncin, iffətli, təmiz müsəlman bir qız tapıb evlənməsi fərz olar. Belə pis vəziyyətdə olmayan gəncin, elm və əxlaq öyrənmək üçün çalışıb qadınlara aid xüsusi bilgiləri öyrəndikdən sonra evlənməsi lazımdır. Ailəsinə halaldan nəfəqə qazanmaqdan aciz olanın evlənməsi doğru olmaz. 
Müsəlman bir gəncin əvvəl dinini yaxşıca öyrənməsi lazımdır. Ondan sonra sünnəti yerinə yetirmək niyyəti ilə evlənə bilər. Ədəbi, həyası, əxlaqı gözəl olan dinini, imanını, İslamın şərtlərini öyrənmiş, İslamiyyətə tabe olan, küçədə dinin əmr etdiyi şəkildə geyinən bir qızla nikahlanması lazımdır! iffət sahibi dinini qoruyan bir qız axtarması lazımdır! Mütləq “Malı çox, gözəl bir qız olsun” deməməsi lazımdır! Mal üçün, gözəllik üçün iffəti və yaxşılığı əldən qaçırmamaq lazımdır. Hədisi-şərifdə buyuruldu ki:
“Qadın, ya malı üçün və ya gözəlliyi üçün, yaxud da dini üçün alınar. Siz dini olanını alın! Malı üçün alan malına qovuşa bilməz. Tək gözəlliyi üçün alan gözəlliyindən məhrum qalar.” [Müslim]
Din ilə gözəlliyin birlikdə olması çox yaxşıdır. Yenə hədisi-şərifdə buyuruldu ki:
“Gözəlliyi və malı üçün bir qadınla evlənən, ikisindən də məhrum qalar. Dini üçün evlənənə mal və gözəllik də verilər.” [Tabərani]
Nikahdan əvvəl qızı görmək sünnətdir. “Görmədən olan evliliyin sonu kədər və peşmanlıqdır” hədisi-şərifi nikahdan əvvəl qızı görməyin əhəmiyyətini bildirir.
Evliliyin külfətləri çoxdur. Ailənin və uşaqların məsuliyyətləri vardır. Hər igid bu məsuliyyətdən xilas ola bilməz. Hədisi-şəriflərdə buyuruldu ki:
“İkinci əsrdən sonra insanların ən xeyirlisi sıxıntısı az və ailəsi olmayandır” [Əbu Yala]
“Gün gələr adamın həlakı xanımının, ana-atasının və uşaqlarının əlindən olar. Bunlar onu yoxsulluqla tənqid edər. Gücünün çatmadığını ondan istəyərlər. Adam bu səbəblə təhlükəli işlərə girər və dini gedər, həlak olar.” [Beyhəqı]
“Qulun dağlar kimi yaxşılığı, savabı olduğu halda, Qiyamətdə ailə haqqından, onların baxımından, malını haradan qazanıb hara sərf etdiyindən soruşular. Beləcə bütün yaxşılığı borclarına ödənər. Bir şeyi qalmaz. Sonra bir mələk belə deyər: Bu ailəsi dünyada bütün savablarını yeyib bitirən və bu gün girov olaraq qalan kimsədir.” [İ.Qəzali]
Evliliyin külfətlərindən bəziləri bunlardır:
  • Halal qazanc təminində çətinlik çəkən kimsə harama sapar və özünü həlaka sürüyər. Subay olarsa özünü dolandırması daha asan olar.
Qiyamətdə insanın ilk düşməni ailə fərdləridir. Deyərlər ki: “Ya Rəbbi, bundan haqqımızı al! Biz bilmirdik. O bizə haram yedirdi.” Ailənin haqqı alınar. Yalnız mal baxımından deyil, elm baxımından da ailə  fərdlərini cahil buraxmamaq lazımdır! Hədisi-şərifdə buyuruldu ki:
“Adam, əhlini cahil buraxmaqdan daha böyük günahla hüzuri-ilahiyə çıxa bilməz.” [Deyləmi]
  • Ailəsiylə xoş dolana bilməmək, pis xasiyyətlərinə səbr edə bilməmək fəlakətdir. Çünki kişi çoban kimidir, əmir kimidir, məsuldur. Hədisi-şərifdə buyuruldu ki:
“Adama təkəffül etdiyi (məsuliyyətini aldığı) kimsəyə baxmaması günah olaraq yetər.” [Nəsai]
Allahu təala özümüzü və ailə fərdlərimizi Cəhənnəmdən qorumağımızı əmr edir. Halbuki insan özünü qorumaqdan aciz ikən, məsuliyyəti altındakıları necə qoruya bilər? Dolanışıqsız, əsəbi kəslər xanımlarının pis xasiyyətlərinə səbir edə bilməyəcəyi üçün evlənməmələri daha uyğun olar. 
  • Ailə qəlbi məşğul edə bilər. Özünü ibadətdən saxlaya bilər. Əbu Süleymani Darani həzrətləri buyurdu ki: “Subaylığa dözmək ailənin əzabına dözməkdən daha xeyirli, onların əziyyətinə dözmək, Cəhənnəm atəşinə dözməkdən daha xeyirlidir.”
Gözəl əxlaqa sahib olan, halal qazana bilən, xanımını üzməyəcək olan evlənməsi ibadətinə mane olmayan kimsənin evlənməsində zərər yoxdur. Halal qazanması çətin isə, yola getməyən və əsəbi isə, evlənməsi xeyirli işlərinə mane olursa, evlənməsi zərərli olar.