Yolda yerimə şəkli
Sual: Dinimizdə yolda yerimə şəkli də bildirilmişdir?
CAVAB        
Dinimizdə əskiklik yoxdur. Yerimə, oturma, qalxma, yatma, danışma şəkli kimi insana faydalı və ya zərərli olan hər şey ən incə təfərrüatına qədər bildirilmişdir. Digər dinlərdə belə şeylər yoxdur. Yeriməklə əlaqədar olaraq Quranı-kərimdə məalən buyurulur ki:
“Təkəbbür edərək yerimə!” [Loğman 18]
“[Nə çox yavaş, nə də qaçaraq] orta bir şəkildə yeri!” [Loğman 19]
“Rəhman olan Allahu təalanın [saleh] qulları yer üzündə təmkinlə və təvazö ilə gedərlər.”  [Furqan 63]
“Yer üzündə təkəbbürlə yerimə, çünki sən nə yeri deşə bilər və nə də boyca dağlara çata bilərsən.” [İsra 37]
Hədisi-şərifdə də buyuruldu ki:
“Qaçaraq getmək möminin dəyərini düşürər.” [Əbu Nuaym]
Gedərkən pəncərələrə və qadınlara baxmaq olmaz! Yolda gedərkən böyüklərin və alimlərin önündən və solundan getmək olmaz! Rütbəsi və ya elmi çox olan solda gedər. Getmədə sağın sola görə üstünlüyü vardır. Bir yerə gedərkən yol ikiyə ayrılarsa, soruşacaq kimsə də yoxsa, nə etmək lazımdır? Hədisi-şərifdə, “Qarşınıza iki yol çıxarsa, sağdan gedin” buyuruldu. (B.Arifin)
Qadınlar zərurətlə küçəyə çıxanda kənardan gedərlər. Xanımların ayaqqabıları sadə olmalı, gedərkən səs çıxartmamaları lazımdır! Peyğəmbər əfəndimiz də önünə baxaraq gedərdi, gedişi nə yavaş və nə çox sürətli idi. Hədis kitablarında Peyğəmbər əfəndimizin gediş vəziyyətini bildirən bir neçə hədisi-şərif məali:
“Gedərkən [dimdik getməz] yüngül önə meyilli gedərdi.” [Müslim]
“Yolda gedərkən sağa-sola heç baxmazdı.” [Hakim]
“Gedərkən çox vüqarlı, fəqət sürətli gedərdi.” [İbni Sad]
“Kölə və miskinlərlə birlikdə gedərdi.” [Hakim]
“Gedişindən aciz və tənbəl olmadığı aydın olardı.” [İbni Asakir]
Getməklə əlaqədar digər hədisi-şəriflərdən bir neçəsi belədir:
“Əsa ilə getmək təvazödandır. Əsa ilə gedən kimsənin hər bir addımına bir savab yazılar.” [Deyləmi]
“Əsa ilə getmək möminin əlamətidir, Peyğəmbərlərin sünnətidir.” [Deyləmi]
“Gedərkən yorulan gedişini sürətləndirərsə, yorğunluğu aradan qalxar.” [Deyləmi]
“Bir kimsə heyvana güc gələcək yerdə enib də gedərsə, bir kölə azad etmiş kimi savab qazanar.” [Hakim]