Cəmiyyətdə ədəb qaydaları
Sual: Cəmiyyət həyatında ədəb qaydaları olaraq nələrə diqqət etməyimiz lazımdır?
CAVAB
Müsəlman, ədəbli, mədəni, zərif, nəzakətli, gülər üzlü olmalıdır! Ədəb, gözəl tərbiyə, yaxşı davranış, gözəl əxlaq, həya, nəzakət, zəriflik deməkdir. Ədəb, heç bir oğrunun oğurlaya bilmədiyi gözəl bir zinətdir. Ədəb, insanla heyvanı ayıran fərqdir. 
Həzrəti Ömər, “Əbəd, elmdən əvvəl gəlir” buyurdu. İbni Mübarək həzrətləri isə, “Hər elmi bilən bir alimin ədəbində nöqsanlıq varsa, onunla görüşməmək itki sayılmaz. Fəqət, ədəbli biri ilə görüşə bilməzsəm, kədərlənərəm” buyurdu.
Ədəbli şəxslərin ədəblərindən bəziləri belədir:
Küçədə:
Küçəyə tüpürmək, zibil atmaq, gəliş-gedişə mane olmaq, iyrənc, pis şeylər atmaq ədəbsizlikdir. Qoca, qadın, xəstələrə hər zaman güzəşt edilir. Ehtiyacları varsa yardım edilir.
Gedərkən:
Çox yavaş və ya çox sürətli və təkəbbürlə getməmək lazımdır! Qurani-kərimdə məalən, “Təkəbbürlə getmə” buyuruldu. (Loğman 18)
Yolda böyük bir şəxs və ya bir alim ilə birlikdə gedən onun önündən və solundan deyil, sağından gedər.
Nəqliyyatda:
Minib-düşərkən itələşmək, sıra olan yerlərdə sırasını gözləməmək pis davranışdır. Gənclər qocalara və xəstələrə yer verər. Peyğəmbər əfəndimiz, “Böyüklərini saymayan bizdən deyildir” buyurur. (Tirmizi)
İndiki zamanda bəzi gənclər yer verməmək üçün özünü yuxuluğa vurur, qulaqcıqla bir şeylər dinləyir. Əcdada layiq nəvələr olmağa çalışmağımız lazımdır.
Alış-verişdə:
İcazə almadan satıcının malına toxunmaq olmaz. Malın görünüşünü, keyfiyyətini pozacaq şəkildə əlləşdirmək və baxmaq olmaz. Qiymət mövzusunda çox israr edilməz. Alınsa da alınmasa da təşəkkür edilər. Satıcı müştərisinin məmnun olacağı hal və hərəkətdə olar. Malını almayanlara hirslənməz, küsməs, əleyhinə olacaq bir sözü arxalarından da söyləməz. Alış-verişdə hər iki tərəf bir-birlərini aldatmaqdan çəkinməlidir. 
Sıx olan yerlərdə:
Toy, cənazə və bayramda daha həssas, zərif və nəzakətli olunar. Yerə və zamana görə uyğun rəftar edilər. Cənazədə, cənazə sahiblərinin kədəri paylaşılar, maddi və mənəvi üzərinə düşən kömək edilər, təsəlli edici söz və davranışlardan istifadə edər. Yaxınlarını itirənlərə daha yaxın davranmaq lazımdır.
Toy və bayramlarda hər zamankından daha çox gülər üzlü, şən, zərif, ikram edici olmaq, böyüklərə və kiçiklərə uyğun hədiyyələr vermək, könüllərini və dualarını almaq ədəblərimiz arasındadır. Ədəbdə, əliylə və diliylə başqasını incitməmək əsasdır.
Qonşuluqda:
Gözəl rəftar, qarşılıqlı köməkləşmə, dərd və sevinclərində iştirak, hər qarşılaşdıqlarında salamlaşma, hal-xətir xəbər alma, bir-birindən istəklərini imkan daxilində təmin etmə mühüm ədəb qaydalarındandır. Səs-küy, zibil, tullantı, narahat edici qoxu və bənzəri şeylərlə qonşuları narahat etmək heç xoş qarşılanmaz. Qonşu qadın və uşaqlarına ayrı bir etina, hörmət və şəfqət göstərilər.
Qonaqlıqda:
Qonağa ikram etmək lazımdır! Peyğəmbər əfəndimiz, “Allaha və qiyamətə inanan qonağına ikram etsin” buyurdu. (Buxari)
Qonağa ikram, ona qarşı gülər üzlü və şirin dilli olmaqdır. Yemək üçün əziyyətə girməmək lazımdır, hazır nə varsa, onu ikram etmək lazımdır. “Qonaq üçün külfətə (əziyyətə) girməyin, qonaq bundan narahat olar. Qonağını kədərləndirən Allahu təalanı kədərləndirmiş olar” buyurdu. (İbni Lal)
Həzrəti Əli, “Dostların pisi sənin üçün külfətə girən, səni üzr istəməyə məcbur buraxandır” buyurur.
Qonaqdan xidmət gözləməmək lazımdır! Peyğəmbər əfəndimiz, “Qonaqdan xidmət gözləmək, ağlın nöqsanlığına əlamətdir” buyurdu. (Deyləmi)
Bir nəfər demişdir ki: “Bir həftədir evimizdə qonaq qalan səmimi dostuma, “Bizim xanım, bir iş üçün çölə çıxıb. Mən namaz qılana qədər sizin xanım süfrəni hazırlayarsa, çox yaxşı olar” dedim. Daha sonra bu sözümə çox incidiklərini öyrəndim. Bu təcrübə qonaqdan xidmət gözləməyin doğru olmadığını göstərir.” 
Qonaq ev sahibinin göstərdiyi yerə oturması, ona etiraz etməməsi lazımdır. Peyğəmbər əfəndimiz, “Bir dostun yanına gedincə, oradan ayrılana qədər, o dost sənin əmrindədir” buyurur. (İbni Adiy)
Xəstə ziyarətində:
Ziyarətə yeni paltar ilə deyil, hər gün geydiyi paltar ilə getmək lazımdır! Gedərkən meyvə və ya çiçək kimi bir hədiyyə götürmək yaxşı olar. Xəstəyə baxmayıb, sağa-sola və ya önünə baxmaq uyğun olmadığı kimi, davamlı olaraq xəstənin üzünə baxmaq da uyğun deyildir. Xəstənin yanında qaş-qabaqlı olmamaq, gözəl şeylərdən bəhs etmək, yaxşılaşması üçün dua etmək lazımdır!
Məktəbdə:
Elmə son dərəcə böyük əhəmiyyət verən Müsəlman elm qaynağı olan məktəblərdəki ədəb qaydalarına da çox əhəmiyyət vermişdir. Çox qiymətli bir varlıq olan müəllimin sözləri diqqətlə dinlənilir və bir şey istədiyində, “Baş üstə müəllim” kimi sözlərlə cavab verilər. Tələbələr arasında bir-birinə hörmətsizlik edilməz. Çirkin hərəkət edilməz. Taxta, parta, xəritə kimi dərs alətləri məhv edilməz. Kimsənin bədəni və ruhi qüsurları ilə lağ edilməz, kiçik görülməz, təhqir edilməz. Dərs içində və xaricində müəllimlə söhbətdə hörmətli hərəkət edilər. Dinimizdə müəllim [xoca] haqqı, ana-ata haqqından əvvəl gəlir.
Telefonda:
Zəng edən əvvəlcə özünü tanıtması, qısa və dolğun danışması, dəqiqələrlə söhbət etməməsi və müəllim (bəy) kimi xitab edici sözlərdən istifadə etməklə danışması lazımdır! Hər yerdə, hər vaxt, həmişə zərif və nəzakətli olmaq lazımdır. Argo və naxoş danışmamaq lazımdır. Bəzi iş yerlərində, müəyyən şəxslə danışa bilərəmmi deyə soruşanda, Yaxşı müəllim, deyilmir, “xətdən ayrılmayın” deyilir. Zəng edən nə üçün ayrılsın ki? Bir də hı hı deyirlər. Yad bir insana qarşı bu uyğun deyildir. İş yerlərində çalışan bu işçilərə bu etik davranışlara riayət olunması üçün əvvəlcədən məlumat vermək lazımdır.   
Danışarkən:
Danışanın sözünü kəsmək nəzakətsizlikdir. Hədisi-şərifdə, “Yoldaşı danışarkən susmaq  mürüvvətdəndir” buyuruldu. Mürüvvət, insanlıq, igidlik, yaxşılıq, comərdlik faydalı olmaq kimi mənalara gəlir ki, halların ən gözəlinə riayət etmək deməkdir.
Məktub yazarkən:
Məktub, qısa və dəqiq olması, məqsədi yaxşı anlatması lazımdır. Böyüklərə, elm sahiblərinə, məktub yazarkən daha ədəbli olmaq lazımdır. 
Evə girərkən:
Evimizə Bəsmələ ilə və İxlas surəsini oxuyaraq girməyimiz lazımdır! Sağ ayaqla içəriyə girib, salam verməyimiz lazımdır! Hər işə Bəsmələ ilə başlamağa alışmağımız lazımdır! 
Birinin evinə girərkən icazə istəmək lazımdır. Qapının zəngini çalaraq və ya səslənərək icazə istəmək lazımdır! İcazə üç dəfə olur. Birincisində səs verilməzsə, bir dəqiqə qədər sonra, ikinci dəfədə səs çıxmazsa, üçüncü dəfə zəngə basmalı, yenə səs yoxsa, dörd rükət namaz qılacaq qədər gözlədikdən sonra getmək lazımdır! Qapı aralanarsa, axtardığını soruşmadan əvvəl, özünü tanıtması lazımdır!
Sual: Bir böyüyün yanında danışılan mövzuyla əlaqədar ağlımızda olan bir söz və ya hədisi-şərif nəql etmək ədəbə ziddirmi?
CAVAB
Bəli. Yalnız dinləmək lazımdır. Bilinən şeylər anladılmaz. Əlbəttə ki, bu da böyüyünə görədir. Özünü böyük zənn edilənlərə görə deyil.
Zəng edərkən
Sual: Zəng edərkən qarşımızdakına, “Narahat edirəm, üzr istəyirəm. Bir şey soruşa bilərəm?” kimi sözlərdən istifadə etməmək lazımdır. Çünki vaxt qiymətlidir. Elə söyləmək vaxtı boşa sərf etmək olar. Bizə də telefon edəndə, uyğun olub olmadığımız soruşulur. Biz də, “Uyğun olmasaydıq, telefonu açmazdıq” deyirik. Tanımadığı halda hal-xətir soruşanlar da olur. Bəzən də, “Bir şey soruşa bilərəm?” deyilir. Uzun bir şey anladılmayacaqsa, belə söyləməyə, giriş etməyə ehtiyac yoxdur. Söyləyəcəyimizi sözü uzatmadan dərhal söyləmək lazımdır.