Doğulduğu gecə görülənlər
Rəsuli Əkrəm (səllallahu əleyhi və səlləm), doğulmadan əvvəl və doğulduğu əsnada; Onun dünyaya təşrif etməsinə əlamət olaraq bir çox hadisə məydana gəlmişdi. O zamanın məşhur kimsələri, hələ Cənabi Peyğəmbərimiz doğulmadan əvvəl röyalar görmüşdülər. Röyalarını kahinlərə və dövrün məşhur alimlərinə təbir etdirdiklərində, bunların Məhəmməd əleyhissalamın gələcəyini söyləmişdilər. Sevgili Peyğəmbərimizin babası Əbdülmüttəlib belə nəql edir;
“Bir dəfə yuxuya getmişdim. Gördüyüm röyadan böyük bir qorxuyla ayıldım. Dərhal bir kahinin yanına gedib, deyib təbir etdirmək istədim. Yanına getdiyimdə üzümə baxıb; “Ey Qureyşin rəisi! Sənə nə oldu? Üzündə tamamiylə başqa bir hal görünür. Yoxsa səni bu hala gətirən əhəmiyyətli bir hadisə var?” dedi. “Belə, hələ heç kimsəyə demədiyim dəhşətli bir röya gördüm” dedikdən sonra, yanında oturub söyləməyə başladım.
“Bu gecə röyamda çox böyük bir ağac vardı. Bir ucu səmaya yüksəldilmiş, budaqları şərqə və qərbə uzanmışdı. O ağacdan elə bir nur saçılırdı ki, günəş yanında çox zəif qalırdı. Bəzən görünür, bəzən də gözdən itirdi. İnsanlar ona tərəf dönmüşdü. Hər an nuru artırdı. Qureyş qəbiləsindən bəziləri o ağacın budaqlarından yapışır, digər bir qismi də ağacı kəsməyə çalışırdı. Bir gənc də onu kəsmək istəyənlərə mane olurdu. Çox gözəl bir üzü vardı və mən indiyə qədər elə bir üz görmədim. Ayrıca, bədənindən ətrafa xoş qoxular yayılırdı. Ağacın bir budağını tutmaq üçün əlimi uzatdım, ancaq tuta bilmədim” dedim. Röyamı bitirincə, kahinin üzü dəyişdi. Bənizi saraldı. Sonra; “Ondan sənin nəsibin yoxdur!” deməyi üzərinə; “Kimin nəsibi var?” deyə sordum. “O ağacın budağından yapışanların” dedi və davam edərək; “Sənin sülbündən bir peyğəmbər gələcək, hər tərəfə sahib olacaq, insanlar Onun dininə girəcəklər” dedi. Sonra yanımda olan oğlum Əbu Talıbə üzünü tutaraq; “Bu, hər halda Onun əmisi olacaq” dedi. Əbu Talıb bu hadisəni Cənabi Peyğəmbərimizə peyğəmbərliyi xəbər verilincə, nəql etmiş və; “Bax o ağac Əbul-Qasım, əl-Əmin Məhəmməd əleyhissalamdır” demişdi.
Sevgili Peyğəmbərimiz Məhəmməd əleyhissalamın dünyaya gəldiyi gecə bir ulduz göründü. Bunu görən yəhudi alimləri, Məhəmməd əleyhissalamın doğulduğunu anlamışdılar. Əshabi kiramdan Hassan ibn Sabit nəql edir;
“Mən səkkiz yaşında idim. Səhər vaxtı bir yəhudi; Ey yəhudilər!” deyə qışqıraraq qaçırdı. Yəhudilər; “Nə var, bu qışqırıq nə üçündür?” deyərək yanına toplaşınca o; “Xəbərniz olsun, Əhmədin ulduzu bu gecə doğuldu! Əhməd bu gecə dünyaya gəldi…” deyə cavab verdi. Rəsuli Əkrəmin doğulduğu gecə Kə’bədəki bütlərin hamısı üzü üstünə yerə yıxıldı. Ürvə ibn Zübeyir rəvayət edir; “Qureyşdən bir camaatın bir bütü vardı. İldə bir dəfə onu tavaf edər, dəvələr kəsib şərab içərdilər. Yenə elə bir gün, bütün yanına gəldiklərində, onu üzü üstə yerə yıxılmış gördülər. Qaldırdılar, yenə yıxıldı. Bu hal üç dəfə təkrar olundu. Bunun üzərinə ətrafına yaxşı dəstək verib tikəltdikləri əsnada, belə bir səs eşidildi; “Bir kimsə doğuldu, yer üzündə hər yer hərəkətə gəldi. Nə qədər büt varsa hamısı yıxıldı. Kralların qorxudan qəlbləri titrədi!” Bu hadisə tam Məhəmməd əleyhissalamın doğulduğu gecəyə rast gəlirdi.
Mədayin şəhərindəki İran Kisrasının sarayının on dörd qülləsi(bürcü) yıxıldı. O gecə gurultuyla və dəhşətlə oyanan Kisra və xalqı; yenə özlərindən bəzi öndə gələnlərin gördükləri qorxunc röyaları təbir etdirdiklərində, bunun böyük bir şeyə əlamət olduğunu anlamışdılar.
Yenə o gecə, Məcusi, yəni atəşə sitayiş edənlərin min ildən bəri yanmaqda olan nəhəng od yığınları anidən söndü. Atəşin söndüyü tarixi həsabladılar, Kisranın sarayında bürclərin yıxıldığı gecəyə rast gəlirdi. O zaman müqəddəs sayılan Savə gölünün də o gecə bir anda suyu çəkilib
qurumuşdu.
Şam tərəfində min ildən bəri suyu axmayan və qurumuş olan Səmavə çayı vadisi, o gecədə dolub daşaraq axmağa başladı. Məhəmməd əleyhissalamın doğulduğu gecədən etibarən, şeytan və cinlər artıq Qureyş kahinlərinə hadisədən xəbər verə bilmədi. Kəhanət sona erdi… Həbibi Əkrəm doğulduğu gecə və daha sonra, o zamana qədər görülməmiş bu hadisələrdən başqa, bir çox hadisələr məydana gəldi. Bütün bunlar son peyğəmbər Məhəmməd əleyhissalamın doğulduğuna işarətdi.20