Allah razı olsun demək
Sual: Allah, min kərə razı olsun demək küfür olarmı? Çünki Əshabı-kiram kitabında, “Allahü təala Əshabı-kiramdan razı olduğunu bildirir. Allahü təalanın sifətləri əbədidir, sonsuzdur. Onlardan razı olması da sonsuzdur. Bunlardan razı olması dəyişməz” deyilir. Allah min kərə razı olsun deyiləndə, Allahın razı olma sifətinin sanki dəyişəcəyi anlaşılır. Bu isə küfürdür. Bu halda, Allah min kərə razı olsun demək caizdirmi?
CAVAB
Caizdir, heç bir zərəri yoxdur. Heç kim o mənada deməz, təkid [vurğulamaq] üçün, yəni işin əhəmiyyətini bildirmək üçün deyilir. Bu cəhət Qurani-kərimdə və hədisi-şəriflərdə də vardır. Əshabı-kiram üçün bir dəfə cənnətlik deyilsə yetməzmiydi? Amma Allahü təala bir çox ayədə, onların cənnətlik olduğunu bildirir. “Hamısına Cənnəti söz verdim. Mən onlardan razıyam, onlar da Məndən razıdır” buyurur. (Hədid 10, Fətih 18, 29, Tövbə 100, Maidə 119, Mücadələ 22, Bəyyinə 8)
 Daha bir çox surələrdə də bu cəhət açıqlanır. Nəticə olaraq Allah min kərə razı olsun deməyin zərəri yoxdur. Belə deyənin çox sevindiyini sübut edir. Yəni, məqsəd mənanı qüvvətləndirməkdir.
Sual: Allah əbədiyyən razı olsun demək küfürdür?
CAVAB
Xeyr, küfür deyildir. Ancaq, “Allah əbədiyyən razı olsun” deyərkən, sanki bu duadan Allahü təalanın bir müddət razı olacağı mənası da çıxır. Bu etiqadımıza ziddir. Əbədiyyən əlavə edilərsə, yanlış anlaşılmaya səbəb ola bilər. Üç günlüyünə və ya üç illiyinə razı ola bilər mənası da çıxa bilər. Yəni, Allahın belə bir sifəti (xüsusiyyəti) də var deyə sanılar. Bu baxımdan elə demək uyğun deyilsə də, küfür də olmaz, çünki məqsəd Allahın sifəti belədir demək deyil, Allahın razı olmasıdır. Bir kərə razı olması kifayət etdiyi halda min kərə razı olsun deyildiyi kimi, işi böyütmək üçün söylənmişdir.
Sual: Qurani-kərimdə, “Allah, Əshabı-kiramdan razıdır” buyurulur. O Əshab, Rəsulullahın vəfatından sonra pis işlər etsə də, yenə Allah onlardan razı olur?
CAVAB
Mötəbər din kitablarında buyurulur ki:
Allahü təalanın sifətləri əbədidir, sonsuzdur. Onlardan razı olması da sonsuzdur. Yəni, bir neçə illiyə razı olduqdan sonra saxlamaz. Haşa Əshabın gələcəkdə nələr edəcəyini Allah bilmirdimi? Bilməyən Allah olarmı? Onlardan razıdırsa, deməli əbədiyyən razıdır. Bir müddət razı olub sonradan razı olmamaq Allahın sifətlərinə ziddir. Qurani-kərimdə “Allah sözündən dönməz” buyurulur. [Ali İmran 9, Zümər 20, Rad 31, Rum 6]
Razı etmək üçün
Sual: Allahü təala ilə onun sevdiklərini razı etmək üçün nə etmək lazımdır?
CAVAB
Əvvəlcə Əhli-sünnət etiqadını öyrənib dinimizin əmr və qadağalarına riayət etmək lazımdır. Xüsusilə qəlb qırmamağa və qul haqqına diqqət etməyə, bu hədisi-şərifdə bildirilən duaları da oxumağa çalışmaq lazımdır:
“Ey Aişə, bir dəfə “Allahümmə salli ala Muhammədin və ala cəmî’il Ənbiyayi vəlmürsəlin” de ki, bütün peyğəmbərlər səndən razı olsun. Bir dəfə “Allahümmağfirli və li vəlideyyə [və li-məşayıhiyyə] və lil mü’mininə vəl mü’minat vəl müsliminə vəl müslimati əl ahyai minhüm vəl əmvat” de ki, bütün möminlər səndən razı olar. Bir dəfə də “Sübhanallahi vəl hamdü lillahi və la ilahə illəllahü vallahü əkbər və la havlə və la qüvvətə illa billahil aliyyil azım” de ki, Allahü təala səndən razı olsun.” [Ey Oğul İlmihali]