Duanın əhəmiyyəti
Dua Allaha yalvararaq muradını istəməkdir. Allahü təala dua edəni sevər, dua etməyənə qəzəb edər. Dua möminin silahı, dinin təməl dirəklərindən biridir. Yerləri, göyləri aydınladan nurdur. Dua gəlmiş olan bəlaları aparar. Gəlməmiş olanların da gəlməsinə mane olur. Allahü təala “Mənə xalis qəlb ilə dua edin” Belə duaları qəbul edərəm” buyurdu. Bunun üçün dua etmək namaz, oruc kimi ibadətdir. Yenə “Mənə ibadət etmək istəməyənləri zəlil və alçaq edib, Cəhənnəmə ataram” buyurur. (Mömin 60)
 Allahü təala hər şeyi səbəb ilə yaratmış, nemətlərini səbəblərin arxasından göndərmişdir. Zərərləri, dərdləri dəf üçün və faydalı şeyləri vermək üçün də dua etməyi səbəb etmişdir. Hədisi-şəriflərdə buyuruldu ki:
 “Dua ibadətin əsli və özüdür. Allah qatında duadan məqbul bir şey yoxdur. Dua 70 cür qəzanın qarşısını alar. Ömrün bərəkətini artırar” (Tirmizi)
 “Dua edən üç şeydən məhrum deyildir: Ya günahı bağışlanar və ya dərhal xeyirli qarşılığı görər, və yaxud axirətdə mükafatını tapar” (Deyləmi)
 “Rəbbiniz əlbəttə həya və kərəm sahibidir. Qulları əllərini qaldırıb bir şey istədikləri zaman, onların əllərini boş çevirməkdən həya edər) (Əbu Davud)