Allahü təalanı çox anmalı
Sual: Allahı xatırlamaq üçün hansı duaları oxumaq lazımdır?
CAVAB
Müsəlman etiqadını düzəltdikdən sonra qul və Haqq borclarını ödəməyə çalışmalı, fürsət tapdıqca hər işində Allahü təalanı xatırlamağa çalışmalıdır! Bildiyi dua və təsbehləri oxumaq da Allahü təalanı xatırlamaq sayılır. Qurani-kərim məalində buyurulur ki:
Allahı çox zikr edənlərin [ananların] günahları əfv olar və onlara böyük mükafat verilər. [Əhzəb 35]
“Qəlblər ancaq Allahü təalanı anmaqla sakitliyə, rahatlığa çıxar.” [Rad 28]
“Allahın nemətlərini anın ki, qurtulasınız.” [Əraf 69]
“Məni anın ki, mən də sizi anım. Mənə şükr edin; nankorluq etməyin.” [Bəqərə 152]
Hədisi şəriflərdə də buyuruldu ki:
“Allahü təala qiyamətdə buyurar ki: Dünyada bir gün məni xatırlayıb anan müsəlmanı, məndən heç olmasa bir dəfə qorxan müsəlmanı, Cəhənnəmdən çıxarın!” [Tirmizi]
“Gecə ibadət edə bilməyən, malını xeyrə sərf edə bilməyən kəs Allahü təalanı çox ansın!” [Bəzzar]
“Sizə məcnun deyilənə qədər Allahü təalanı çox anın!” [Hakim]
“Münafiqlər mürai [riyakar] desələr də Allahü təalanı çox anın!” [Beyhəqı]
“Təklikdə də Allahü təalanı zikr edən kafirlərlə tək başına döyüşən kimidir.” [Şirazi]
“Şükr edən qəlb, zikr edən dil, münasib bir ev və salehə bir qadına sahib olan dünya və axirətin xeyrinə malik olmuş deməkdir.” [İbni Nəccar]
İmamı Rabbani həzrətləri buyurur ki: 
Cənnətin ağacları, çayları dünyadakılara heç bənzəməz. Orada olan hər şey, dünyadakı ibadətlərin, yaxşılıqların meyvələridir. 
Peyğəmbər əfəndimiz, “Cənnətdə ağac yoxdur. Təsbeh, təhmid, təmcid və təhlil oxuyaraq, [Yəni “Sübhanallahi vəlhamdü lillahi və la ilahə illallahü vallahü əkbər” deyərək] oraya çoxlu ağac əkin” buyurdu. (Müjdəçi məktublar 302) 
Hədisi şəriflərdə də buyuruldu ki:
“Allah qatında ən qiymətli söz, “Sübhanallahi və bihamdihi”dir.” [Müslim] 
“Gündə yüz dəfə “Sübhanallahi və bihamdihi” deyənin günahları dəniz köpüyü qədər olsa da bağışlanar.” [Müslim] 
“Hər kimə ki, gecə ibadət etmək çətin gəlir və ya malını xeyrə sərf etməkdə xəsislik edir, yaxud düşmənlə döyüşməkdən qorxur, çoxlu “Sübhanallahi və bihamdihi” desin. Çünki bu Allah yolunda sərf edəcəyi bir qızıl dağdan daha dəyərlidir.” [Tabərani]
“Dildə asan, tərəzidə ağır və bağışlayan olan Allah qatında da ən dəyərli iki cümlə: “Sübhanallahi və bihamdihi, Sübhanallahilazim”” [Müslim]