Evə girib-çıxarkən
Sual: Evə girib-çıxarkən hansı duaları oxumaq lazımdır?
CAVAB
Evə Ayətəl kürsi və İxlas surəsini oxuyaraq girilməlidir. Bir hədisi-şərif məalı:
Evə girərkən İxlası-şərifi oxuyankasıblıq görməz! [Ey Oğul Elmihalı]
Əshabı-kiramdan Süheyl (radıyallahü anh) bu tövsiyəni yerinə yetirərək zəngin olmuşdur.
Evə sağ ayaqla girib salam verilməlidir. Evdə heç kim yoxdursa, “Əssəlamü aleynə və ala ibədilləhissalihin” deməlidir. Evdən çıxarkən də Ayətəl-kürsini oxumalıdır. Bir hədisi-şərif məalı:
“Evindən çıxarkən “Bismillah, təvəkkəltü aləllah, La havlə və la quvvətə illa billah” deyən, təhlükələrdən qorunur, şeytan ondan uzaqlaşır.” [Tirmizi]
Evdən çıxarkən Ayətəl-kürsini oxuyan hər işində müvəffəqiyətli olar. Evə gələndə də oxunarsa, iki Ayətəl-kürsi arasındakı işlər xeyirli olar.
Hədisi-şərifdə buyuruldu ki:
“Kim evindən çıxarkən Ayətəl kürsi oxuyarsa, yetmiş mələk evinə qayıdana qədər ona dua ilə istiğfar edər.” [Ey Oğul Elmihalı]
Hər səhər “Özümün, ailə üzvlərimin ruzisini halaldan qazanıb, heç kimə möhtac olmamaq, ibadətlərimi doğru-düzgün əda edə bilmək və insanlığa xidmət edə bilmək üçün işimə gedirəm” deyə də niyyət etmək lazımdır.
Evə girərkən dua
Sual: Evə girərkən oxunacağı bildirilən Ayətəl-kürsi və İxlas surəsi nə vaxt oxunur? Bir yoldaş, evə girərkən oxunur dedi, digəri isə, girmədən qabaq oxunur deyir. Bir digəri də, ta binanın qapısından girərkən, liftlə çıxarkən oxunur, deyir. Hansı doğrudur?
CAVAB
Hər üçü də doğrudur.