İsmi-əzəm duası
Sual: İsmi-əzəm duası hansıdır?
CAVAB
İsmi-əzam Qurani-kərimdədir. Hansı ayələr olduğu məlum deyildir. Hədisi- şərifdə buyuruldu ki:
“İsmi-əzam ilə edilən dua qəbul olur və diləyi yerinə yetir.” [İbni Macə] 
“Allahü təalanın Əsmai-hüsnası ilə dua edilərsə, qəbul olar.” [Şir’a]
“İsmi-əzəm bu üç surədədir: Bəqərə, Ali-İmran və Taha.” [İbni Macə]
Peyğəmbər əfəndimiz ismi-əzəm haqqında bəzi işarələr bildirmişdir:
““Ya bədi'assəməvəti vəl ardı, ya zəl-cəlali vəl-ikram” deyə dua edənin duası qəbul olur.” [Tirmizi]
“Başına dərd və bəla gələn, Yunis Peyğəmbərin duasını [La ilahə illa əntə sübhanəkə inni küntü minəzzalımin] oxusun! Allahü təala, onu mütləq xilas edər.) [Tirmizi]
“İsmi-əzəm, “Və ilahüküm ilahün vahid, la ilahə illa hüvərrahmanürrahim” ayəsi ilə “Allahü la ilahə illa hüvəl hayyül qayyum” ayəsinin içindədir.” [Tirmizi] [Bəqərə 162-ci və Ali-İmran 2-ci ayələridir.]
““Allahümmə bismikəl a'zam və rıdvanikəl əkbər” duasına davam edin; çünki bu, əsmai-hüsnadandır.” [Tabərani]
“Ya Rəbbi, ya Rəbbi deyənə Allahü təala, “İstə qulum, istədiyini verim” buyurur.” [Deyləmi]
“Qəbul olması üçün duanı ixlas ilə etməli, yeyib içdiyi və geyindiyi halaldan olmalı, otağında haramdan bir sap varsa, bu otaqda etdiyi dua qəbul olmaz.” [Tərgibüs-salat]
Peyğəmbər əfəndimiz dua edərkən, “Ya hayyu ya qayyum” deyərdi. (Tirmizi) 
“Allahümmə inni əs'əlükə bi-ənnə ləkəl-hamdü la ilahə illa əntə ya hannan ya mənnan ya zəl-cəlali vəl-ikram” deyə dua edən şəxsə də buyurdu ki: “Allah’ın ismi-əzəmi ilə dua etdin. Belə dua edilərsə, Allahü təala o duanı qəbul edər.” [Nəsai]
Həzrəti Aişə validəmiz rəvayət etmişdir: 
“Rəsulullah, Duanın qəbul olmasına səbəb olan ismi-əzəmi bilirsənmi?” buyurdu. Mən də bilmədiyimi dedikdə, “Ya Aişə onu öyrətmək və onunla dünya üçün bir şey istəmək doğru olmaz” buyurdu. Qalxıb dəstəmaz alıb iki rikət namaz qılaraq, “Allahümmə inni ədukəllah və ədukərrahman və ədukəlbərrarrahim və ədukə biəsmaikəlhusna külləha ma alimətü minha və ma ləm aləm əntağfirəli və tərhaməni” duasını oxudum. Gülümsəyərək, “İsmi-əzəm oxuduğun duanın içindədir” buyurdu. (İbni Macə)
“Ya zəlcəlali vəl-ikram” deyən bir nəfərə, “Allahdan nə istəyirsən istə, qəbul olar” buyurdu. (Tirmizi)
““La ilahə illallahü vallahü əkbər, la ilahə illallahü vəhdəhü lə şərikə ləh, ləhül mülkü vələhül hamdü və hüvə ala külli şəyin qadir, la ilahə illallahü vəla havlə vələ quvvətə illa billah” deyə dua edən, hər diləyinə çatar.” [Tabərani]
“Allahümmə inni əs’əlükə bi-ənni əşhədü ənnəkə əntəllahü lailahə illa əntəl-ahadüs-samadül-ləzi ləm yəlid və ləm yuləd və ləm yəkülləhü küfüvən əhad” deyə dua edən bir şəxsəə, Peyğəmbər əfəndimiz buyurdu ki: 
“Allah’ın ismi-əzəmi ilə dua etdin. Belə dua edilərsə, Allahü təala qəbul edər.”
[Tirmizi]
Sual: İsmi-əzəmi tərsinə oxumaq deyə bir şey vardırmı?
CAVAB
Elə bir şey yoxdur.