Dua edərkən övliyanı vasitə etmək
Sual: Dua edərkən övliyanı vasitə etmək caizdirmi?
CAVAB
Caizdir və yaxşı olar. Məsələn; sübh və yatsı namazından sonra böyük alimlərin [məsələn silsiləyi-aliyyənin] adlarını çəkib, sonra Fatiha oxuyub ruhlarına göndərib, onları vəsilə edərək olunan duanın qəbul olduğu təcrübədən keçmişdir. (Fəvaidi Osmaniyyə) 
Sual: Vəfat edən övliyadan necə kömək istəmək olar?
CAVAB
Onun böyüklüyünə inananaraq və onun yolunda olmaq lazımdır. Ruhuna Yasini-şərif və ya üç İxlas, bir Fatiha oxuyub hədiyyə edilir. Sonra heç bir şey düşünmədən hörmət və təvazökarlıqla adını çəkərək vasitə [aracı] olması üçün yalvarılır.
Sual: Duanın qəbul olması üçün Övliyanı vəsilə etmək lazımdırmı?
CAVAB
Duanın qəbulü üçün Əhli-sünnət etiqadında olmaq, haram iş görməkdən, xüsusilə haram yeməkdən və içməkdən uzaq durmaq, fərzləri yerinə yetirmək, Allahü təaladan istədiyi şeyin səbəbini öyrənib, bunu axtarmaq lazımdır. Ağıza girənə və çıxana diqqət etməli, yəni haram yeməməli, haram söz danışmamalı, söz gəzdirməməli, qeybət etməməli, söyüş, ədəbsiz sözləri ağıza almamalıdır. Bu şərtlərin hamısının yerinə yetirilməsi  çətin olur. Övliyanı vəsilə etdikdə isə Allahü təala duamızı onlara eşitdirir və onlar da bizim üçün dua edərlər, Allahü təala da onların duasını qəbul edər. 
İki hədisi şərif məalı belədir:
“Ya Rəbbi, Səndən istəyib verdiyin möhtərəm qullarının xatirinə istəyirəm.” [İbni Macə]
“Çöldə tənha qalan kəs bir əşyasını itirərsə, “Ey Allahın qulları, mənə yardım edin!” desin; çünki Allahü təalanın sizin görə bilmədiyiniz qulları vardır.” [Tabərani]
Duaları izn ilə oxumaq 
Sual: Çəkilmiş  zikirlər üçün bir alimdən icazə almaq lazımdırmı? 
CAVAB 
Lazım deyildir. Ancaq bir duanı, zikri şəfa üçün və ya bir ehtiyacın hasıl olması üçün oxuyarkən izn ilə oxumaq şəfanın hasil olmasına səbəb olur. 
Muhamməd Məsum həzrətləri buyurdu ki: 
Fərz və sünnət olan əməlləri, zikri, dua və ayəti-kərimə oxumağı savab qazanmaq üçün edərkən, icazə almağa gərək yoxdur. Bunları şəfa üçün, bir ehtiyacın hasil olması üçün oxuyarkən təsir etmələri, ustadın izn verməsinə bağlıdır. (2/36)
İmam Rəbbani həzrətləri də, “Qəlbin təmizlənməsi üçün, zikr izn ilə edilməlidir”, buyurur. (3/25)
Mürşidi kamillərin kitablarından öyrənib oxumaq izn almaq sayılır. İzn alan, izn verənin vəkili olur. Onun oxumağı vəkil edənin okumağı kimi təsirli, faydalı olur. (İslam Əxlaqı)
İznli zikr
Sual: “İznsiz çəkilən zikr və ya kəliməyi-tövhidin savabı olmaz” deyirlər. Bu doğrudurmu?
CAVAB
Doğru deyildir, amma iznli olarsa daha çox savab olar və qəlbi də təmizləyər. O böyük alimlərin kitablarındakı zikirlər oxunursa, iznli oxunmuş sayılır.
Sual: Ənbiya və övliyaya dua edərək Allahü təalanın yardımı olmadan, onların bir şey edəcəklərinə inanıb, ya Rəsulallah, ya Şəmsəddini Paniputi, ya Tezverən dədə, mənə bunu ver demək caizdirmi? 
CAVAB
Caiz deyildir, belə söyləmək küfrdür. Hər halda heç bir Müsəlman belə deməz. Bu vəhhabilərin Əhli-sünnət etiqadında olan Müsəlmanlara etdikləri bir iftiradır. “Ya Rəbbi, Rəsulullah hörmətinə, Əbdülqadiri Qeylani hörmətinə mənə bunu ver. Seyyidət Nəfisə hörmətinə xəstəmə şəfa ver” demək isə caiz və faydalıdır. Bir də zikr kimi deyil, rabitə kimi, böyükləri xatırlamaq üçün, məsələn, Ya Şəmsəddini Paniputi deyərək davamlı çağırmaq da caizdir. Ya deyərək adlarını çəkməklə, böyüklərlə irtibat qurulmuş olur.
Duanı iznli oxumaq
Sual: Saytda belə deyilir: “Bir hacətin (ehtiyacın) yerinə yetməsi üçün duanı mürşidi kamilin izniylə oxumaq lazımdır. Vəfat edibsə, kitabından öyrənib oxumaq da iznli oxumaq sayılır. İzn alan izn verənin vəkili olur. Vəkilin oxumağı, mürşidin oxumağı kimi təsirli olur.”
Mərhum ustadımız,  “Bismilləhirrahmənirrahim. Bismilləhilləzi lə yədurru mə'asmihi şəy'ün fil-ərdı və la fissəməə-i və hüvəssəmi'ul alim” duasını, İmamı Rəbbani həzrətlərinin kitablarında yazılıdır deyə oxuyuram” deyərlərmiş. Biz də belə duaları oxuyarkən eyni şəkildəmi deməliyik?
CAVAB
Eynilə deyilsə də olar, amma biz də murad dualarını, “Ustadımızın kitablarında var” deyə oxusaq iznli oxumuş oluruq.