Falçılıq, batil inanc və xurəfələr

Sual:Gözlərin səyirməsi pis əlamətdirmi?
CAVAB
Xeyr.

Sual: Gözü səyirən, bir şey olacağına inansa, günahdırmı?
CAVAB
Xeyr. Təfəül caizdir. [Yəni xeyrə yozmaq]

Sual: Qəzetlərdəki bürc səhifələrini oxumağın hökmü nədir?
CAVAB
Caiz deyildir.

Sual: İnsan xarakterləri bürclərə görədirmi?
CAVAB
Xalq arasında zodiak (bürc qurşağı) üzərində yer alan 12 qrup  ulduz  “bürclər” adlanır. Zodiak, göy üzündə günəş və əsas planetlərin yolunun üzərində təsvir olunan xəyalı bir qurşaqdır. Bürclər qurşağı olaraq da adlanır. Günəşin bürclərə qarşı olan vəziyyətinin dəyişməsinə görə dövrümüzdə bürclərdən heç biri öz adıyla qeyd olunan bölgədə yerləşmir. Ona görə də 20-ci əsrdə Günəş 1 Yanvarda Oğlaq bürcündə deyil Oxatan bürcündədir. Bu səbəbdən də bu bürclərdə doğulanların bəlli bir xasiyyətə sahibi olduğu söyləmək olmaz. Hər bürcdə doğulan insan eyni xarakterə sahib olsa, bütün dünyadakı insanlar 12 xarakterli olardılar. Eyni bürcdə doğulan iki insandan biri alim, digəri zalım, biri sərt, o biri mülayim ola bilər. İnsanların xarakterlərini bürclər təyin edə bilməz.

 
Sual:Gecə dırnaq kəsmək olmaz deyirlər. Nə vaxt kəsmək olar, dırnaq kəsməyin dinimizdə yeri nədir?
CAVAB
Dırnaq gecə və ya gündüz hər vaxt kəsilə bilər. Həftənin hər günü kəsilə bilər. Cümə günü, cümə namazından sonra kəsmək daha yaxşı olar.

Dırnağı uzun olanın ruzisi məşəqqətli, sıxıntı ilə hasil olur. Hədisi-şərifdə, “Cümə günü dırnağını kəsən, bir həftə bəladan əmin olar” buyuruldu. Cümə namazı üçün qüsl etmək, gözəl ətir vurmaq, yeni, təmiz geyinmək, saç, dırnaq kəsmək sünnətdir. Dırnaqları Cümə namazından əvvəl və ya sonra kəsmək sünnətdir. Namazdan sonra kəsmək daha yaxşıdır. (Dürrül-muxtar)

Hədisi-şərifdə, “Cümə günü dırnaq kəsmək şəfaya səbəbdir” buyuruldu. (E.Şeyx)
Başqa bir hədisi-şərifdə Peyğəmbər əfəndimizin Cümə günü namaza getmədən əvvəl dırnaqlarını kəsərdi. Cümə axşamı günü də dırnaq kəsmək caizdir. Kəsilən dırnaqları torpağa basdırmaq yaxşı olar. Hədisi-şərifdə buyuruldu ki:
“Saç və dırnağınızı toprağa basdırın, cadugərlər onlarla cadu edə bilməsinlər!” [Deyləmi]

Sual: Bir diləyin qəbul olması üçün Məkkə və ya Mədinədən gətirilən bir miqdar xəmir bir gecə evdə qaldıqdan sonra, bir fincan un, şəkər və süd qatılır. 10 gün bu xəmirin yanında hacət namazı qılınır. Sonra bu xəmir dördə bölünür. Bir parçası ilə şirniyyat hazırlayıb ev sakinlərinə verilir. Digər üç hissəsi qonşulara verilir. Onlar da eyni şeyləri edərək dilək tuturlar. Belə bir şeyin dinimizdə yeri vardırmı?
CAVAB
Bunların əsli yoxdur, uydurma şeylərdir. Dilək üçün müxtəlif dualar vardır. [Duanın əhəmiyyəti və müxtəlif dualar maddəsinə baxın.]

Sual: Mollalar Ulduznaməyə baxırlar, bu günahdırmı?
CAVAB
Ulduznamə fal kitabıdır, baxmaq və inanmaq haramdır, böyük günahdır, küfrə qədər apara bilər.

Sual: Yasin oxunub düyünlənir, qırx ədəd olanda qəbrə qoyulur, belə etmək doğrudurmu?
CAVAB
Doğru deyil, bidətdir.

Sual: Bəzi övliya məzarlarına pul atılır, bir zərəri vardırmı?
CAVAB
Məzarlara pul atmaq, ip bağlamaq kimi şeylər dinimizdə yoxdur. Bunların heç bir faydası olmadığı kimi, bidət olduğu üçün də zərərlidir.

Sual: Qayçı kimi iti alətlər əldən ələ verilməz deyirlər. Verilərsə o iki adam dava, mübahisə edərlər, deyirlər. Qayçı həmişə bağlı şəkildə olmalıdır, deyirlər. Açıq şəkildə olsa kəfən biçər deyirlər. Bunların əsli vardırmı?
CAVAB
Əsli yoxdur, xürafədir.

 
Xürafələrin mənşəyi
 Sual: 
Tədqiqatlara görə xürafələr dini bilməyən və ya çox az bilən kimsələr, xüsusilə də qadınlar arasında çox geniş yayılmışdır. Bu xürafələri kimlər və nə üçün çıxarır?
CAVAB
Adətən bunları missionerlər çıxarırlar. Cahillərin əli ilə bunları yaymağa çalışırlar. Bunların məqsədləri Müsəlmanları öz uydurduqları xürafələrlə məşğul etmək və etiqadlarını sarsmaqdır. “Mədinədən gələn məktub”, “Məkkədən gələn mesaj”, “Yuxuda görülən dua” kimi xürafələr çıxarırlar, sonra da “Baxın, Müsəlmanlar xürafələrlə məşğuldurlar” deyirlər. “Bu duanı 7 nəfərə və ya 13 nəfərə göndərin, göndərməsəniz başınıza dəhşətli bəla gələr. Göndərən bir sürprizlə qarşılaşacaqdır” kimi xürafələr internetdə yayılmaqdadır. Bu işlərə alət olub, missionerlərin oyununa gəlməyək.

Xıdırəlləz nədir?
 Sual: 
Xıdırəlləz nədir? Kimi, “Xıdırəlləz bir adətdir, qeyd etməyin heç bir zərəri olmaz” deyərkən, bəziləri də kafirlərin müqəddəs günüdür deyirlər. S.Əbədiyyədə isə “Novruz və Xıdırəlləz günləri kafirlər arasında dəyərli sayılır” yazılıb. Xıdırəlləzi qeyd etməkdə bir zərər vardırmı?
CAVAB
Adət demək səhv olar. Müsəlmanlıqda miladi aylar içərisində mübarək gün və gecə yoxdur. 6 May Xıdırəlləz günü Müsəlmanlıqla bağdaşmır. Həzrəti Xızırla Həzrəti İlyasın görüşdükləri gün deyə qeyd olunan bir xürafədir, qeyd etmək günahdır. O gün bir çox xürafələr görülməkdədir.

Körpənin hamam suyu
 Sual: 
“Yeni doğulmuş körpənin ilk hamam suyunun torpağa tökülməsi lazımmış” deyirlər. Belə bir şey vardırmı?
CAVAB
 Elə bir şey yoxdur.

Nübüvvət möhrü demək
 Sual: 
Dairəvi möhür şəklində əl ilə yazılmış bir kəlmeyi-təvhidi nübüvvət möhrü deyə paylayırlar. Bir də düzəltdikləri o yazılı şəklə baxan adam üçün “O ilin içində ölərsə imanla axirətə köçəcək” deyirlər. Nübüvvət möhrü dedikləri bu yazını paylamaq doğrudurmu?
CAVAB
Elə yazıları da, paylamaqları da doğru deyildir. Müxtəlif fitnələrə səbəb ola bilər. Həmçinin etiqadı düzgün olmayan, dinin əmrinə uymayan bir adamın, kəlmeyi-təvhidə ildə bir dəfə deyil, min dəfə də baxsa, imanla öləcəyini söyləmək çox yanlış düşüncədir.
 İmanla ölmək üçün nə etmək lazım olduğunu dinimiz bildirmişdir. Belə yazılara etibar edilməməlidir.