Haram mal

Sual: Yüzdə yüz haramdan gələn pulla məscid inşa etdirməyin və ya xeyirli iş görməyin dinimiz nöqteyi-nəzərindən bir zərəri varmı?

CAVAB

Mövzu ilə bağlı olaraq İbni AbidinQadızadə Əhməd əfəndi Birgivi vəsiyyətnaməsi şərhində deyir ki:

“Bir şəxs əlindəki qəti haram olan maldan sədəqə verib savab umsa, alan kasıb haramdan olduğunu bilərək verənə Allah razı olsun desə, verən də və ya başqa bir şəxs də amin desə, hamısı kafir olar. Ayrıca İbni Abidin buyurur ki:

“Haram olduğu bilinən bəlli malla məscid tikdirmək və başqa xeyirli iş görmək və bunlara qarşılıq savab gözləmək də küfrdür”.

Haram yoldan gələn mülk olmaz

Sual: Bir şəxs haram yollardan pul əldə etsə, bunları nəfəqə üçün istifadə edə bilərmi və zəkatını verməlidirmi?

CAVAB:

Bir şəxsin tam mülkü demək, halal yoldan gəlib, istifadəsi mümkün və halal olan öz malı deməkdir. Vəqf malı heç kimin mülkü deyildir. Bir şəxsin qəsb, sirqat, yəni oğurluq, rüşvət, qumar, alkoqollu içki satışının səməni, yəni qarşılığı, bədəli və fasid olaraq satın aldığı mal kimi haram malı öz halal malı ilə və ya müxtəlif şəxslərdən aldığı haram malları bir-biriləri ilə qarışdırmamışsa, bu haram mallar o şəxsin mülkü olmaz. İstifadə etməsi, nəfəqəyə daxil etməsi halal olmaz. Bu mallarla məscid və başqa xeyr işlər görə bilməz. Bunların zəkatını verməsi fərz olmaz. Yəni, zəkat nisabının hesabına qatılmaz. Sahibləri və ya varisləri bilinirsə, özlərinə geri qaytarması fərzdir. Bilinmirsə, hamısını sədəqə olaraq kasıblara paylasa da sonra sahibi peyda olub, təzminatını istəsələr, verməsi lazımdır. Sahiblərini tapana qədər zay olacaq malı özü istifadə edib, sonra təzminatını ödəməli, yəni bənzərini, bənzəri yoxdursa, qiymətini ödəməldir.   

Hər kəsin əlindəki mal onun mülküdür

Sual: Bir şəxs halal və haram yoldan gələn pulu qarışdırmışsa, bu şəxsin verdiyini almaq və ikram etdiyini yemək olarmı?

CAVAB

Hər kəsin əlində olan mal onun mülkü deyə bilmək lazımdır. Qəsb, zülm, rüşvət, faiz, hədə-qorxu ilə alınan, xəyanət yollarından biri ilə və alkoqollu içki sataraq əlinə keçdiyi açıq şəkildə bilinən bir mal onun mülkü olmaz. Bu malları ondan almaq, istifadə etmək, yemək halal olmaz. Başqa malları mülkü qəbul edilir. Onları verdikdə almaq haram olmaz. Haramdan yığdığı malları öz halal malı ilə, yaxud bir-biriləri ilə qarışdırsa, buna Mülki-xəbis deyilir. Bu xəbis qarışımdan verdikdə, haram olduğunu bilmədiyi malı, pulu almaq caizdir. Çünki imam azam Əbu Hanifə həzrətlərinə göə belə haramdan gələn və əmanət olaraq alınan pulu öz halal malı ilə və ya bir-biriləri ilə qarışdırırb ayıra bilməzsə, hamısı xəbis mülkü olar və öz halal malından sahiblərinə təzminatını ödəməlidir. Təzminatdan sonra bu xəbis mülkünün istifadəsi caiz olar. Fasid əqdlə xəbis mülk olan malı istifadə etmək isə heç caiz deyil.