Uduş kuponu almaq
Sual: Bəzi mağazalar onlarla alış-verişə həvəsləndirmək məqsədilə mağazadan müəyyən miqdarda alış-veriş edən müştərilərinə uduş kuponu verirlər. Bu kuponu almaqda və uduş üçün püşkatmaya qoşulmaqda dinən zərər vardırmı?
CAVAB
Xeyr, heç bir zərər yoxdur. Çünki kupon üçün əlavə bir pul verilmir. Ancaq, bəzi mağazalar da, “Filan yerə bir mesaj göndərin, filan qədər pul uduşu qazanmaq şansı əldə edin” deyərlərsə, bu qumara girər. Çünki uduş üçün mesaj göndərmək, lotoreya bileti almaq kimidir.
Sual: Bir dondurma istehsalçısı istehsal etdiyi dondurma paketlərinə avtomobil hədiyyəsi çəkilişi üçün şifrə vermişdir. Yalnız dondurma alaraq püşkatmaya qatılmaq və çıxarsa avtomobili almaq caizdirmi?
CAVAB
Caizdir.
Püşklə hədiyyə
Sual: Bəzi marketlər  müəyyən bir dəyərdə məhsul alan müştərilərinə püşklə hədiyyə verir. Bu püşkatmaya qatılmaqda zərər vardırmı? Məsələn, 50 manatlıq alver edənə bir çəkiliş haqqı verilir. 47 manatlıq mal aldıq. Çəkilişə qatılmaq, yəni 50 manatı tamamlamaq üçün, 3 manatlıq mal daha alsaq caiz olarmı?
CAVAB
Püşkatmaya qatılanlar, çəkilişə qatılmaq üçün, ayrıca pul vermədikləri üçün caiz olar.