Heyvanların ticarəti
Sual: İlbiz tutmaq, alıb-satmaq caizdirmi?
CAVAB
İki cür ilbiz vardır; quruda və dənizdə yaşayan ilbizlər. Quruda yaşayanları heç bir məzhəbdə yeyilməz. Dəniz ilbizi, midyə, istridyə, kərəvit kimi dəniz həşəratı sinfindəndir, Hənəfi məzhəbində yeyilməz. Digər üç məzhəbdə isə dənizdə yaşayan hər heyvan yeyilir. Qazancı bu həşəratların satışından olan adamlar ehtiyac halında digər üç məzhəbdən birini təqlid edərək alıb sata bilərlər.
Sual: Bildirçin, kəklik bəsləyib satmaq caizdirmi?
CAVAB
Bəli.
Sual: Vəhşi, kürklü heyvanlarını bəsləyib ixrac etmək caizdirmi?
CAVAB
Bəli.
Sual: Məhəbbət quşu və birəbitdən kimi quşları alıb satmaq və bəsləmək caizdirmi?
CAVAB
Qəfəsə öyrəşmiş, sərbəst buraxılarsa heyvanlar tərəfindən öldürülə bilən quşları alıb satmaq və qəfəsdə bəsləmək caizdir.
Sual: Özbaşına ölən və ya bəsmələ ilə vurulan tülkünün dərisini dabağlamadan satmaq caizdir?
CAVAB
Qoyun, mal-qara kimi, əti yeyilən heyvan özbaşına ölərsə leş olar. Leş dərisini dabağlamadan satmaq caiz deyildir. Tülkü, sansar bəsmələ ilə öldürülərsə dəriləri təmiz olar. Dabağlamadan satmaq caizdir. Özbaşına ölərsə dabağlamadan satmaq caiz olmaz. Donuz və ilan dərisi dabağlansa da təmiz olmaz. (Hələbi)
Sual: Qartal, leylək, dovşan, quzu kimi heyvanların içini təmizləyib ot dolduraraq satmaq caizdirmi?
CAVAB
Bəzək üçün satmaq caizdir.
Sual: İpək böcəyini qaynar suda öldürmək caizdir?
CAVAB
Caiz deyildir, ancaq ipək böcəyini öldürmək üçün baramanı günəş altına qoymaq caizdir. Günəşdə ölməzsə, odda yandıraraq, qaynar suya qoyaraq öldürmək caiz deyildir.(Bəriqa)
Sual: Kürkü korlanmasın deyə sansarı elektriklə öldürmək caizdirmi?
CAVAB
Bəli.
Sual: Meşəyə buraxılan mallar, zamanla vəhşiləşib zərər verir. Sahibləri də bilinmir. Bunlar tapılmış mal hökmünə girər?
CAVAB
Xeyr.
İt alıb-satmaq
Sual: İt alınıb satıla bilər?
CAVAB
Hənəfi məzhəbində it satılar, kirayəyə verilər, öldürülsə ödənilər, dərisindən səccadə belə edilə bilər. (Rədd-ül Muxtar)
Şafidə, it, nəcasət kimi əşya nəcis olduğu üçün, satmaq caiz deyildir. Şafii olanın, çoban iti, gözətçi köpəyi kimi bir itə ehtiyacı olarsa, Hənəfini təqlid edərək iti satın ala bilər.
Kreditlə heyvan satışı
Sual: Bu toyuğu mənə ver, üç gün sonra sənə bir xoruz verim və ya bu qoçu ver, sənə bir həftə sonra yaxşı bir qoyun verim demək, belə bir alış-veriş etmək caizdir?
CAVAB
Caiz deyil, fasiddir, çünki heyvanı heyvana vərəsiyə (qiymətini sonra ödəmək) satmaq fasiddir. Biri vərəsiyə olmaz, ikisi də nağd olarsa caizdir.