Hədiyyə və hökmləri
Sual: Hədiyyələşmənin əhəmiyyəti nədir? Hədiyyə edilən bir şeyi sahibinin xəbəri olmadan geri almaq və ya icazəsiz istifadə etmək caizdirmi?
CAVAB
Hədiyyə, verilən şəxsindir, icazəsiz istifadə etmək olmaz.
Birinə hədiyyə vermək ona olan sevgini bildirməkdir. İki hədisi-şərif məali:
“Bir din qardaşınızı sevirsəniz, sevdiyinizi ona bildirin!” [Buxari]
“Allah yolunda din qardaşını sevdiyini ona bildirsin, çünki bu ülfətdə daha qalıcı, sevgidə səbat vericidir.” [İbni Əbi-d-Dünya]
Bunun üçün hədiyyələşmək sünnətdir. Külfətə girmədən hədiyyə verməyi adət etmək lazımdır. Bir neçə hədisi-şərif:
“Hədiyyələşin ki, məhəbbətiniz [sevginiz] artsın!” [Tabərani]
“Hədiyyə dostluğu artırar, incikliyi aradan qaldırar.” [Əbu Nuaym]
“Hədiyyə Allahu təalanın göndərdiyi gözəl bir ruzidir. Qəbul edən, Allahu təalanın göndərdiyini qəbul etmiş olar. Rədd edən də Onun göndərdiyini rədd etmiş olar.”[Ramuz]
“İstəmədən veriləni alın! O, Allahu təalanın göndərdiyi ruzidir.” [Beyhəqı]
“Hədiyyə verənə siz də hədiyyə verin! Əgər verəcək bir şey tapa bilməzsəniz, onun üçün dua edin ki, hədiyyə qarşılıqsız qalmasın!” [Nəsai]
Sual: Hədiyyə hansı hallarda, caiz və hansı hallarda caiz deyildir?
CAVAB
Mötəbər kitablarda deyir ki:
1- Hədiyyə və ya hibə [bəxşiş], mövcud və bilinən bir malı birinə qarşılıqsız təmlik [mülk olaraq vermək] etməkdir. Müəyyən bir qarşılıq istəyərək vermək də caizdir. Məsələn, borcunu ödəməsini şərt etmək caizdir.
2- Qarşılıq vermək şərti ilə edilən hədiyyə qarşılığı verilmədikcə səhih olmaz. Hədiyyənin və qarşılığının ayrılmadan əvvəl verilmələri lazımdır.
3- “Sən ölsən mənim, mən ölsəm sənin olsun” deyərək evini birinə vermək batildir.
4- Əli Vəliyə, “ Yaşadığın müddət ərzində evim sənin olsun” desə, Vəli öləndə ev sahibinə verilər.
5- “Al xərclə” deyə verilib, hədiyyə olduğu deyilməyən pul təslim ediləndə borc verilmiş olar. “Al, geyin” deyərək verilən paltar hədiyyə olar.”
6- Hədiyyə verilmədən əvvəl verən imtina edə bilər. Hədiyyə verildikdən sonra ancaq ikisinin razılığı ilə imtina edilə bilər.
7- Hafiz bazarlıq etmədən Allah rizası üçün xətm və mövlud oxuyarsa, özünə verilən hədiyyəni alması caiz olar. Azdır, deyə etiraz edərsə, aldığı haram olar.
8- Uşağın hədiyyə etməsi səhih deyildir.Uşağa verilən hədiyyənin səhih olması üçün uşağın hədiyyə edilən şeyi əlinə keçirməsi lazımdır.
9- Kasıb zənginin verdiyi sədəqəni zənginə hədiyyə etsə, zənginin alması caiz olar.
10- Biri, “Bu malı sənə hədiyyə etdim” desə, o biri də alsa, hədiyyə tamam olar.
11- Müştəri, malı təslim almadan başqasına hədiyyə edə bilər.
12- Hələ ələ keçirmədən əvvəl ikisindən biri ölərsə, hədiyyə batil olar.
13- İki şəxs ortaq olduqları bir evi birinə hədiyyə etsələr caiz olar. Bir kimsə evini iki adama hədiyyə etsə, caiz olmaz. Çünki bölünməsi mümkün olan şeyi ortaq mülkiyyət olaraq vermək caiz deyildir.
14- Gələcək ay başında bu malı sənə hədiyyə etdim demək səhih olmaz.
15- Ölənə qədər nəfəqəni vermək və ona xidmət etmək şərti ilə evini birinə hədiyyə və təslim edəndə, xidmətə başlayarsa evi geri ala bilməz.
Evini, ölənə qədər içində yaşamaq şərti ilə satmaq fasid isə də hədiyyə etmək caizdir və evi təslim etdikdən sonra geri ala bilməz. [Məcəllə 855.]
16- Hədiyyə verərkən malın mövcud olması şərt, hazır olması şərt deyildir.
17- Məcbur edərək alınan hədiyyə səhih deyildir. Məsələn; bir kimsə xanımına, “Sənə borcum olan mehrini mənə hədiyyə etməsən, atanın evinə heç gedə bilməzsən” desə, xanımı da hədiyyə etsə səhih olmaz. Çünki istəməyərək, məcburiyyət ilə hədiyyə vermək səhih olmaz.
18- Hədiyyə ancaq ələ keçəndə mülk olur. Satın alınan mal isə ələ keçmədən əvvəl mülk olur.
19- Ölüm xəstəsi malının üçdə birini varislərindən başqasına bağışlaya bilər.
20- Alacağını borclusuna bağışlayan, imtina edə bilməz. “Alacağım yoxdur” deyəndə də borc qalmaz.
21- Qazancları şübhəli olan, hədiyyələşməli və borc alıb istifadə etməsi lazımdır! Haramdan gəldiyi qəti olaraq bilinmədikcə, hədiyyə gələn şeylər halaldır.
22- Doğulacaq balası mənim olmaq şərti ilə bu heyvanı sənə hədiyyə etdim demək caizdir. Balası da hədiyyə olar.
23- Mehri verməmək şərti ilə nikah səhih olar, ancaq sonradan mehrini verməlidir.
24- Müştərinin başqasına satmaması şərti ilə bir mal satmaq və ya başqasına satmamaq şərti ilə satın almaq səhih olub, bu şərtlərin hamısı keçərsizdir, edilməz.
Hədiyyəni geri istəmək
Sual: Verilən hədiyyəni geri istəmək caizdirmi?
CAVAB
Hədiyyə mövcud və bilinən bir malı birisinə qarşılıqsız verməkdir. Müəyyən bir qarşılıq istəyərək vermək də caizdir. Məcbur qalmadıqca hədiyyəni geri istəməmək lazımdır.
Kasıba verilən hədiyyəni geri almaq caiz deyildir, çünki kasıba verilən hədiyyə sədəqə olur. Sədəqəni isə geri almaq caiz deyildir. Zənginə verilən hədiyyəni zərurət varsa geri istəmək caizdir, amma çirkindir, çünki hədisi-şərifdə, “Verdiyi hədiyyəsini geri istəyən, qustuğunu yalayan köpəyə bənzəyər” buyuruldu. (Buxari)
Hədiyyəni geri istəmək qusduğunu yalamak kimidirsə də, bir kimsə səbəbli və ya səbəbsiz verdiyi hədiyyəni geri istəyə bilər. Ancaq bu yeddi şeydən biri varsa, hədiyyəsini geri ala bilməz:
1- Verilən hədiyyənin qiymətini artıran əlavələr meydana gəlmiş olması:
Hədiyyə edilən bir kitabı alan kimsə cildləmişsə, hədiyyə edilən heyvanın balası olmuşsa, hədiyyə edilən evə parket döşəmə kimi qiymətini artıran bir şey əlavə edilmişsə, hədiyyə edilən əraziyə bir şey əkilib və ya inşa edilmişdirsə, hədiyyə edilən pencəyə astar kimi bir şey tikilmişsə, yəni verilən hədiyyənin qiyməti artmışsa, hədiyyəni verən artıq bunu istəyə bilməz. Hədiyyə edilən bıçaq kəskinləşdirilərsə, hədiyyə edən artıq onu geri istəyə bilməz. Hədiyyə edilən paltar boyanmışsa, boya da paltarın qiymətini artırmışsa, artıq hədiyyəni geri istəmək olmaz. Əgər boyalı paltarın qiyməti artmamış və ya əskilməmişsə, o vaxt hədiyyə edən şəxs bunu geri istəyə bilər. Hədiyyə edilən qoyun bayramda qurban edilərsə, sonra hədiyyə verən hədiyyəsindən imtina edərsə, kəsilmiş heyvanı ala bilər, amma o biri qurban borcundan xilas olar, yəni onun qurbanı səhih olar.
2- İkisindən birisinin ölməsi:
Hədiyyəni verən və ya alan ölmüşsə, artıq hədiyyə geri istənilə bilməz. Verən ölmüşsə, verənin varisləri istəyə bilməz. Hədiyyəni alan ölmüşsə, varislərindən bu hədiyyə tələb oluna bilməz.
3- Hədiyyənin qarşılığı [İvaz] olduğu bildirilərək bir hədiyyə vermək:
Sənin hədiyyə etdiyin bu bahalı velosipedə qarşılıq olaraq bu qələmi verdim deyilərsə, velosipedi hədiyyə verən artıq hədiyyəsini istəyə bilməz. Qələmi verən də geri istəyə bilməz. Əgər hədiyyənə qarşılıq demədən verərsə, qələmi verən də velosipedi verən də geri istəyə bilər. Əgər verilən hədiyyədə böyük bir qüsur aşkar edilərsə, onu geri verərək, ona qarşılıq verdiyi əvəzi geri ala bilməz. Məsələn; velosipedin əyləci zədələnmiş, təkəri cırıqdırsa velosipedini al, qələmimi ver deyə bilməz.
4- Hədiyyə edilən malın, alanın mülkündən çıxması:
Hədiyyə edilən əşya satılmışsa, itmişsə və ya başqasına hədiyyə edilmişsə, artıq geri istənilə bilməz.
5- İkisi arasında nikah olması:
Ər-arvad bir-birinə verdiyi hədiyyəni geri istəyə bilməz. Kişi müsəlman, qadın əhli kitab bir kafir olsa, hətta boşansalar da, hədiyyəsini geri istəyə bilməz. Bir kişi yad bir qadına bir şey hədiyyə etdikdən sonra onunla evlənsə, bu vəziyyətdə bağış edən, bağışından dönə bilər, çünki nikah bağışdan sonra edilmişdir. Bu vəziyyət hal-hazırda çox görülür. Nişanlanıb, oğlan gəlinə hədiyyələr verir. Nikahdan əvvəl və ya sonra ayrılırlar. Qusduğunu yalamaq kimi olsa da oğlan gəlinə nikahdan əvvəl verdiyi hədiyyələri geri istəyə bilər. Nikahdan sonra verilənləri isə istəməyə haqları yoxdur.
6- Aralarında nikahı əbədi haram edən qohumluq olması:
Üsul və fürular yəni, ata, atanın atası və daha yuxarısı, ana, ananın anası və daha yuxarısı, övladlar, nəvələr və daha aşağısı ilə qardaşlar, qardaş uşaqları, əmilər, dayılar, bibilər, xalalar, verilən hədiyyələri geri istəyə bilməzlər. Bu şəkildə qohum olan istər Müsəlman, istər kafir olsun eynidir.
7- Hədiyyənin dəyişib başqalaşması:
Hədiyyə edilən buğdanın üyüdülüb un halına gəlməsi və ya yarma edilməsi, yaxud çörək bişirilməsi, verilən südün pendir edilməsi, yağının çıxarılması halında, artıq verilən hədiyyə geri istənilə bilməz.
Birinə min manat hədiyyə edilsə, sonra o adamdan min manat borc istənsə, o kimsə də min manat hədiyyə edənə borc versə, borc alan kimsə onsuz da mən bu min manatı sənə hədiyyə etmişdim, vermirəm deyə bilməz.
Bir kimsə digərində olan alacağını hədiyyə edərsə, ona hədiyyə etdiyi şeyi geri istəyə bilməz.
Hədiyyə edilən şey satılsa, müştəri onu bir qüsurundan ötəri geri verərsə, əvvəl bağış edən şəxs bu vəziyyətdə bağışından dönə bilməz.
Bağış edən əvəzi təslim aldığı vaxt, hər ikisi də verdikləri şeyə geri dönə bilməzlər. Özünə hədiyyə edilən şəxs istər qohum olsun, istər yad olsun fərq etməz.
Birinə üç gün muhayyər [imtina edə bilmək haqqına sahib] olmaq şərtiylə bir şey bağışlansa, bu hədiyyə səhih olar, muhayyərlik isə batil olar, çünki hədiyyə bəxşişdir və bağışlayan üçün muhayyərlik olmaz.
[Yuxarıdakı bilgilərin hamısı İxtiyarRədd-ül muxtar və Hindiyyədən alınmışdır.]
Bir kimsə xanımına, “Sənə borcum olan mehrini mənə hədiyyə etməsən, atanın evinə heç gedə bilməzsən” desə, xanım da hədiyyə etsə səhih olmaz, çünki istəməyərək, məcburiyyət ilə hədiyyə vermək səhih olmaz. Mehri ərinə hədiyyə etməyi şərtə bağlamaq, məsələn “Bu işi edərsən mehrim sənə halal olsun” demək səhih deyildir. (Fətava-yı Bəzzaziyyə)
Alacağını borclusuna və ya başqasına bağışlayan bundan imtina edə bilməz. Müştəri malı təslim almadan başqasına hədiyyə edə bilər. Gələcək ay başında bu malı sənə hədiyyə etdim demək səhih olmaz. Bir kimsə öz borcunu əda etmək şərtiylə birinə bir şey hədiyyə edəndə, borc ödənəndə hədiyyə lazım olar. Ödəməzsə, hədiyyədən imtina edə bilər. Hədiyyə edərkən malın mövcud olması şərt, hazır olması şərt deyildir. Toylarda gətirilən hədiyyənin kimə gətirildiyi bəlli deyilsə, məmləkətin adətinə baxılır. (Məcəllə)
Kişi nişan üçün göndərdiyim şeylər mehr idi desə, qadın isə hədiyyə idi desə, yeyilən şeylər hədiyyə olar. Başqa şeylər mehr olar. (S.Əbədiyyə)
Hədiyyə kimə verilmişsə onun olur. Evə gətirilibsə, müştərək əşya kişinin, qadına aid olanlar qadınındır. Toyda gələn hədiyyələr də belədir. Qadına məxsus olan əşya qadınındır. Müştərək əşya kişinindir. Məsələn; hicab, bilərzik, boyunbağı kimi əşyalar qadının sayılır, qalstuk, qazan, qab da kişinin olur. Sünnət edilən uşağa gələn hədiyyələr də belədir. Sünnət toyunda bir hicab gəlmişsə anasına, qalstuk gəlmişsə atasına aid olar. Oyuncaq, kiçik velosiped kimi bir şey gəlmişsə uşağın olar. Qazan, tava gətirilmişsə atasının olar.
Sual: Saleh olan oğlan və qız uşağa hədiyyəni bərabər şəkildə vermək lazımdır?
CAVAB
Bəli, lazımdır. Hədisi-şərifdə buyuruldu ki:
“Hədiyyə verərkən uşaqlarınız arasında bərabərliyə riayət edin!” [Tabərani]
Fasiq uşağa nəfəqədən başqa kömək etməmək lazımdır!
Sual: Kafirdən hədiyyə almaq və ya ona hədiyyə vermək caizdir?
CAVAB
Ehtiyac olanda caizdir. (Hədiqə)
Sual: Bankdakı pulumu və ya hissə sənədlərimin miqdarını söyləyib, “Ata, sənə hədiyyə etdim” deməklə ona hədiyyə etmiş sayılarammı, onun mülkü olarmı?
CAVAB
F.Bəzzaziyyədə “Filankəsdəki alacağımı sənə hədiyyə etdim, ondan al demək caiz olar” buyurulur. Demək ki, hədiyyə etmək caiz, ancaq hədiyyə etdim deməklə, dərhal onun mülkü olmaz. Qəbz etməsi, yəni əlinə keçirməsi və ya bankdakı hesabın atanızın adına keçməsi lazımdır. İbni Abidində “Alacaq, ancaq borcluya hədiyyə edilir. Başqasına hədiyyə edə bilmək üçün qəbz etməyə onu vəkil etməsi lazımdır” buyurulur. Vəkil etdikdən sonra, o da gedib bankdakı pulu öz adına keçirərsə, ancaq o vaxt onun müklü olar.
Sual: Başqalarının yanında mənə bir hədiyyə verilsə, onlar da ortaq olarmı, yəni yanımdakılara bu hədiyyədən vermək məcburiyyətim varmı?
CAVAB
Başqalarının yanında sizə bir hədiyyə gələndə, o hədiyyəni oradakılara vermək məcburiyyəti yoxdur. “Bir hədiyyə gələndə orada olanlar hədiyyəyə ortaqdır” hədisi-şərifi hər hədiyyə üçün olmadığı kimi, vermək məcburiyyətini də bildirmir. İnsanlar arasında göz haqqı var deyərlər. Yemək, içmək kimi bir şey gələndə, oradakılara vermək mürüvvətdir. Bir qələm gəlmişsə, qələm qırılıb oradakılara pay edilməz.
Sual: Uyğun bir din kitabını bir yoldaşa hədiyyə etməklə bir kq paxlava hədiyyə etmək arasında fərq vardır?
CAVAB
İkisi də çox savabdır. Ancaq kitab hədiyyə etmək, sədəqəyi-cariyə olduğu üçün öldükdən sonra da bunun savabı davam edər. Hədisi-şərifdə buyuruldu ki:
“Möminə öyrənib yaydığı elmin savabı ölümündən sonra da davam edər.” [İbni Macə]
Sual: Bibimin oğlu bizə gəlir və hər cür əşyalarımdan geyib gedir, öz əşyalarını da bizdə qoyur. Mənim bir şey deməyəcəyimi bilir, ancaq bəzən bəzi əşyalar üçün qəlbimdən, onun olsun geri istəmirəm, deyə keçirirəm. Sonradan onlara gedəndə hansı üçün belə düşünmüşdüm çaşıram. Dil ilə o əşya üçün al sənin olsun demədikcə onun mülkü olarmı?
CAVAB
Pul istisna olmaqla al istifadə et deyə verilən əşya hədiyyə olar. Geyib getməklə, öz əşyasını orada qoymaqla geydikləri ona hədiyyə edilmiş olmaz. Qəlbindən keçirməklə də olmaz. Səndəki əşyalarımı sənə hədiyyə etdim desəniz  hamısı hədiyyə olar.
Zorla hədiyyə alınmaz
Sual: Ərimə, filan yerə gedək və ya gəl bunu edək desəm, mehrini mənə hədiyyə edərsənsə, razı olaram deyir. Dil ilə hədiyyə etsəm, qəlbdən hədiyyə etməsəm hökm necə olar?
CAVAB
Hədiyyədə söz etibarlıdır. Zarafatdan belə hədiyyə etsəniz, hədiyyə etmiş olursunuz. Ancaq, təhdidlə, zorla hədiyyə etdirmək etibarlı olmaz. Yəni, məcburiyyətlə [istəməyərək, zorla] hədiyyə etməyiniz səhih olmaz. Gələcəkdə mehrinizi istəyə bilərsiniz. Çünki fətva kitablarında buyurulur ki:
“Əri xanımına, “Sənə borcum olan mehrini mənə hədiyyə etməsən, atanın evinə qoymaram” desə, xanımı da hədiyyə etsə səhih olmaz. Çünki istəməyərək, məcburiyyət ilə hədiyyə vermək səhih olmaz. Mehri ərinə hədiyyə etməyi şərtə bağlamaq, məsələn, bu işi edərsənsə mehrim sənə halal olsun demək də səhih deyildir.” [Fətava-nı Bəzzaziyyə]
Hədiyyə, alanın mülkü olur
Sual: Bir yoldaş mənə bir neçə İslam Əxlaqı kitabı hədiyyə etdi. Bunları tanışlarına verə bilərsən, paylaya bilərsən dedi. Mən bunları paylayanda sanki savabın hamısı hədiyyə edən yoldaşa olacaq, bizə savab olmayacaq sanıram, bu düşüncəm səhvdir?
CAVAB
Çox səhvdir. Bir şey bir kimsəyə hədiyyə ediləndə, artıq o şey, o kimsənin öz malı olur. Öz malından istədiyi kimi istifadə edər, sata bilər, hədiyyə edə bilər. Hətta yandırsa belə, hədiyyə verənin savabı azalmaz. O da başqalarına hədiyyə edərsə, o da savab alar. Hədiyyə alan da başqalarına hədiyyə edərsə, ona da savab olar. O birilərinin savabından bir şey azalmaz.
 
Sözün etibarlı olduğu yerlər
Sual: Məcəllənin ikinci maddəsindəki, “Bir işdən məqsəd nədirsə, hökm də ona görədir” ifadəsinə görə, dinimizdə söz deyil də, hər zaman niyyətmi etibarlıdır?
СAVAB
Məcəllədəki o maddə, “Əməllər, niyyətə görədir” hədisi-şərifinin hökm halındakı ifadəsidir. Dinimizdə niyyətin etibarlı olub sözün etibarlı olmadığı yerlər olduğu kimi, yalnız sözün etibarlı olub niyyətin etibarlı olmadığı yerlər də vardır. Məsələn, nikahda, talaqda (boşanmaqda), nəzirdə, kölə azad etməkdə, andda, alış-verişdə, hədiyyədə və günah işləməkdə, niyyət deyil söylənilən söz etibarlıdır. Bir neçə nümunəverək:
1- Zarafatla və ya rol oynayarkən, iki şahid yanında evlənən həqiqətən evlənmiş olar. Niyyəti etibarsızdır. Yaxud bir kişi zarafatla və ya xanımını qorxutmaq niyyəti ilə, “Səni boşadım” desə, xanımı boş olar. İki hədisi-şərif məali:
“Zarafatdan da olsa nikahlananın və ya boşayanın nikahı da, boşaması da etibarlı olar.” [Tabərani]
“Üç şeyin zarafatı da ciddisi kimi səhihdir. Nikah, talaq, talaqdan imtina etmək.”[Tirmizi]
2- Nəzir edərkən heç niyyət etməsə də söz arasında dilindən çıxsa da nəziri etibarlıdır, çünki nəzirdə zarafatca və ya təsadüfi söyləmək ciddi söyləmək kimidir. Hətta “Bir gün oruc tutmaq nəzrim olsun” deyəcəyi yerdə, “Bir ay” deyə ağzından çıxsa bir ay oruc tutması lazımdır. Söz etibarlı, niyyət etibarsızdır.
3- Kafir qız, “Mənimlə günah iş görsən Müsəlman olaram” desə, “Əməllər niyyətə görədir” deyə, yaxşı niyyətlə günah iş görmək caiz olmaz. O işdəki yaxşı niyyəti etibarsızdır, günahı etibarlıdır.
4- Alış-verişdən sonra alıcı və ya satıcı, “Mən zarafat etmişdim, bu alış-verişdən imtina etdim” desə, sözə etibar edilməz.
5- Alacağını borclusuna hədiyyə edən, “Zarafatdan söyləmişdim” desə də hədiyyəsindən imtina edə bilməz. Niyyəti etibarsız, sözü etibarlıdır.
Görüldüyü kimi bəzi hallarda ağızdan çıxana baxılır, niyyət etibarsızdır. Məcəllənin ikinci maddəsi, burada bildirilən maddələrə tətbiq oluna bilməz.
Hədiyyədə niyyət
Sual: Bir kimsə zarafat niyyətiylə bu evi sənə verdim desə, qarşısındakı da qəbul etdim desə, təklif və qəbul gerçəkləşib ev onun olarmı?
CAVAB
Bəli, onun olar. Hədiyyədə niyyətə deyil sözə baxılır. “Evi sənə verdim” ifadəsi təklifdir. Qonağın da, “Qəbul etdim” deməsi qəbuldur. S.Əbədiyyə kitabında deyilir ki:
İcab (təklif) qarşısındakının anlayacağı bir dillə, satdım, verdim, hədiyyə etdim kimi qəbulun da aldım, eynilə qəbul etdim, razı oldum kimi keçmiş zamanı bildirəcək şəkildə söylənməsi lazımdır. İcab və qəbulun ikisi də o yerdə adət olan sözlərlə və keçmiş zamanda olanda, niyyət etmələri lazım deyildir.(Bey və Şira bəhsi)
Göründüyü kimi niyyət etibarlı deyildir.
Tarladakı ağacı hədiyyə etmək
Sual: Bir kimsə tarlasındakı ağacı hədiyyə edə bilərmi?
CAVAB
Hədiyyə edə bilməz. Ağacdakı meyvəni hədiyyə edə bilər. İçində yemək olan qabı hədiyyə edib, “Yalnız qabı hədiyyə edirəm, içindəki yeməyini hədiyyə etmirəm” demək caiz olmaz. Bunun əksini, yəni qabla yeməyi verib, “Yalnız yeməyi hədiyyə edirəm, qabımı istəyirəm” demək caizdir, çünki yemək qabdan ayrılmayan bir parça deyildir. Bunun kimi bu qoyunu sənə hədiyyə etdim, amma yunu mənimdir deyilməz. Yunuyla hədiyyə edilir. Tarladakı ağacı hədiyyə etmək, bu qaydanın xaricindədir. Yəni, tarladakı ağac hədiyyə edilə bilməz, çünki ağac tarlaya bağlıdır. Tarlasız yaşaya bilməz. Ancaq ağac çıxarılıb verilə bilər. Tarlaya bağlı olduğu müddətdə hədiyyə edilə bilməz.
Yaxşılığı haram etmək
Sual: Kişi xanımına, “Sənə verdiklərim, yedirib içirdiklərim haram olsun” desə, ehsan etdikləri haram olar deyilir. Ehsan olaraq edilənlər niyə haram olur? O vaxt kimsə kimsəyə yaxşılıq etməz. Kişinin xanımına və ya oğluna, qızına yaxud bir kasıba verdiklərini sonradan haram etmək səlahiyyəti vardırmı?
CAVAB
Xeyr. Bir kişi xanımına və məhrəmi olanlara yaxşılıq etsə, pul versə, hədiyyə versə, sonra bir şeyə hirslənib, “Bunları sənə haram etdim” desə, haram olmaz. Bunları geri istəməyə də haqqı olmaz. Kasıba verilən hədiyyəni geri almaq da caiz deyildir, çünki kasıba verilən hədiyyə sədəqə olar.
Ər-arvad bir-birinə verdiyi hədiyyəni geri istəyə bilməz. Kişi Müsəlman, qadın kitab əhli bir kafir olsa da, hətta boşansalar da hədiyyəsindən imtina edə bilməz, geri istəyə bilməz.
Üsul və fürular yəni ata, atanın atası və daha yuxarısı, ana, ananın anası və daha yuxarısı, övlad, nəvə və daha aşağısı ilə qardaş, qardaş uşağı, əmi, dayı, xala, bibi verilən hədiyyələri geri istəyə bilməz. Bu şəkildə qohum olan istər Müsəlman, istər kafir olsun eynidir.(S.Əbədiyyə)