Tarasını (qab ağırlığı) almaq lazımdırmı?
Sual: Duz, xurma kiloqram ilə alınmaz, qabla almaq lazımdır, deyirlər. Bir də, paxlava alarkən, mənə bir kiloqram paxlava ver deyirik, satıcı da karton ilə çəkib verir. Deyək ki, paxlavanın kilosu 10 manatdırsa, on manat veririk. Yaxud 20 manat veririk, o da bizə 10 manat verir. Paketlə, kağız kisə ilə də çəkilən qidalar olur. Bəziləri, “Belə satışlar batil olur, qabını ayrıca almaq lazımdır” deyir. Belə bir şey vardırmı? Etdiyimiz alış-verişlər səhih olurmu?
CAVAB
Belə alver səhihdir, batil deyildir. Hətta biz bir kiloqram ver desək, o da 950 qram versə, yenə səhih olar. Çünki 900 qram və ya 1100 qram ərzağı paketi və ya kartonu ilə 10 manata almış oluruq. Buna topdan satış deyilir. Bunun heç bir zərəri yoxdur. Bu iddialar fiqh kitablarını səhv anlamağın nəticəsidir.
Duzu, xurmanı da eyni şəkildə almağın heç zərəri olmaz. Yəni, bir kiloqram xurma ver deyirik, qiyməti nə qədərdir deyirik, qiyməti nədirsə onu alar. Bunun heç bir zərəri olmaz. Bir kiloqram xurmanı topdan almış oluruq. Bir kiloqram xurma ver desək də, çək desək də fərq etməz. Satıcı bir kilodan az və ya çox çəksə də yenə fərq etməz. Çünki biz o miqdarı satın alırıq. Buna nə qədər verəcəyik deməyə də, bunu satdınmı deməyə də ehtiyac yoxdur. Satıcı bu qədər verəcəksən deyərsə və ya verdiyimiz puldan bəlli bir miqdar alsa, biz də razı olsaq, heç danışmasaq da alış-veriş səhih olmuşdur.
Topdan satış üsulu
Sual: Tənəkə ilə beş kiloqramlıq zeytun yağı satılır. Amma tənəkəsiylə birlikdə 5 kiloqram gəlir, dəqiq 5 kiloqram deyildir. Belə məhsulu satın almaqda bir zərər vardırmı?
CAVAB
Xeyr. Qabıyla olanda, topdan satış üsulu ilə alınmış olur. Heç bir zərəri yoxdur. Paketlə, kisə kağızıyla alınanlar da belə caizdir. Qabıyla birlikdə almaq lazımdır.