Borcluya möhlət vermək
Sual: Borcunu ödəyə bilməyənə möhlət vermək lazımdırmı?
CAVAB
Borcunu həqiqətən ödəyə bilməyənlərə möhlət vermək fərzdir, çox savabdır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Qiyamət gününün dəhşətindən qurtulmaq və Allahu təalanın himayəsinə sığınmaq istəyən darda qalan borcluya möhlət versin!” [Tabərani]
“Darda olanı fərahlığa qovuşduran və ya belə bir kimsənin borcunu ödəyənə Allahu təala qiyamət gününün dəhşət, qorxu və çətinliklərindən qurtarar.” [Müslim]
“Kasıb borcluya borcunu ödəməsi üçün asanlıq göstərənə, hər gün o borc miqdarı qədər sədəqə savabı yazılar.” [İ.Əhməd]
“Bir kimsə borcunu ödəyə biləcəyi vaxta qədər kasıba möhlət versə, günahlarından tövbə etməsi üçün Allahu təala da ona möhlət verər.” [Tabərani]
“Müsibətdən xilas olmaq, istədiyinə qovuşmaq və Ərşin kölgəsinə sığınmaq istəyən, əli darda olanın borcunun vədəsini uzatsın və ya o borcu bağışlasın!” [Abdürrəzzaq]
“Qiyamətdə günahı çox olan bir müsəlmanı hesaba çəkərlər. O kimsə də “Mənim heç yaxşılığım yoxdur. Yalnız köməkçimə, “Kasıb olan borcluları sıxışdırma, nə vaxt imkanları olsa, o vaxt vermələrini söylə, bir şey istəsələr yenə ver, boş yola salma!” deyə söyləyərdim.” deyər. Allahu təala da o kimsəni əfv edərək buyurar ki: “ Ey qulum, bu gün sən kasıb, möhtacsan. Sən dünyada mənim qullarıma acıdığın kimi, bu gün biz də sənə acıyırıq.” [Buxari]
Sual: Bəzi kəslərdə alacağım var, qaytarmağa imkanları yoxdur. Borclarını vermələri üçün sıxışdırsam günah olar?
CAVAB
Bəli, borcunu verə bilməyən kasıbları sıxışdırmaq haramdır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Qiyamət gününün çətinliklərindən xilas olmaq istəyən, əli darda olana, alacağını təxir etsin və ya bağışlasın!” [Müslim]
“Bir müsəlmana Allah rizası üçün borc verənə hər gün üçün sədəqə savabı verilər. “Kasıbdan alacağını tez istəməyənə, hər gün üçün malın hamısını sədəqə vermiş kimi savab verilər.”  [Hakim]
“Kim, kasıbdakı alacağını təxir edər və ya bağışlayarsa, Allahu təala da qiyamət günü onu öz himayəsinə alar.” [Tabərani]